• 1. Təlim məşğələlərində tapşırıqlar
  • Tapşırıqlar və onların xüsusiyyətlərindən asılı olaraq metodların seçilməsi




    Download 0.68 Mb.
    bet32/33
    Sana02.07.2021
    Hajmi0.68 Mb.
    #15333
    1   ...   25   26   27   28   29   30   31   32   33
    Tapşırıqlar və onların xüsusiyyətlərindən asılı olaraq metodların seçilməsi

    P l a n

    1. Təlim məşğələlərində tapşırıqlar.

    2. Tapşırığın xüsusiyyətləri.

    3. Tapşırığın məzmunu.

    4. Tapşırıqlara rəhbərlik.

    N ə t i c ə



    Ədəbiyyat

    1. Təlim məşğələlərində tapşırıqlar Uşaq bağçasında qəbul olunmuş məktəbəqədər yaşlı uşaqların əməyinin təşkili formaları - tapşırıq, növbətçilik və kollektiv əməkdən ibarətdir. Əmək tapşırıqları - məktəbəqədər yaşlı uşaqların əmək fəaliyyəti təşkilinin nisbətən sadə formasıdır. Bunlar kiçik məktəbəqədər yaşlı uşaqlarla aparılan işdə o vaxt xüsusi əhəmiyyət kəsb edir ki, əmək hələ onlar üçün planlı və müntəzəm fəaliyyət deyildir. Bu yaşda uşaqlar əksər hallarda oyun və əmək tapşırıqlarını ayıra bilmirlər, öz şəxsi təşəbbüsləri ilə işləməyi bacarmırlar və yalnız yaşlılar onları müxtəlif tapşırıqlarla əməyə cəlb edirlər. Belə ki, tərbiyəçi və ya dayə uşaqlara müraciətlə nə isə bir iş görmələrini: hər hansı bir əşyanı gətirməyi, gülləri suvarmağı (pəncərədə, ləkdə və s.) balıqları yemləməyi və s. xahiş edirlər. Tapşırmaq - özünəxidmət, eləcə də kollektiv əməklə bağlı hər hansı bir işi yerinə yetirməyi uşağa həvalə etməkdir. Yəni tapşırıq dedikdə təlim məqsədinə uyğun olaraq keçirilən məşğələdə uşağa hər hansı bir işi həvalə etmək kimi başa düşülür.

    2. Tapşırıqlar uşaqların əmək fəaliyyətinin təşkili kimi bir sıra xüsusiyyətlərə malikdir, belə ki, onları həmişə yaşlılar verir, onlarda nəticə əldə etmək üçün düzgün istiqamət olur, məsələlər konkret müəyyənləşdirilir, uşaqlarla fərdi iş aparmaq üçün geniş imkanlar yaranır. Belə halda tapşırığın icrasında işin dəqiqliyinə, mövcud bacarıq və vərdişlərə, uşağın ona tapşırılmış işə münasibətinə, işi axıra çatdıra bilmək bacarığına nəzarət etmək asan olur. Uşaqlara tərbiyəvi iş aparılması təcrübəsində fərdi tapşırıq xüsusilə geniş yayılmışdır. Buradan da tərbiyəçi üçün uşaqlara əmək bacarıq və vərdişlərinin formalaşdırılması imkanı yaranır. Axı bir – iki uşağı öyrətmək bütün qrupu öyrətməkdən asandır, buna görə də hər uşağın hərəkətinə nəzarət etmək, ehtiyacı olanlara kömək göstərmək, əlavə məsləhət vermək, əyani olaraq göstərmək nisbətən asan olur. Tapşırıqlar mürəkkəbliyinə (sadə, mürəkkəb), icra edilmə xarakterinə (fərdi və ya birgə), yerinə yetirilmə müddətinə (qısamüddətli, uzunmüddətli, epizodik) görə müxtəlif olur. Tapşırıqların məzmununa və təşkiletmə xüsusiyyətlərinə görə rəngarəng olması onlardan uşaqlarla tərbiyə işində istifadə etməyə imkan yaradır. Vərdişlərin formalaşdırılması üçün uzunmüddətli tapşırıqların xüsusi əhəmiyyəti vardır. Məlumdur ki, məktəbəqədər kiçik yaşlı uşaqların əmək fəaliyyəti çox vaxt oyunla qarışır və bunları ayırmaq da çətin olur. Tapşırıqlar bu iki fəaliyyət növünü tədricən ayırmaqda tərbiyəçiyə kömək edər. Hətta ən sadə tapşırıqlar (nəyi isə vermək, qaldırmaq və s.) belə oyuna əsaslanmır. Əksinə bunlarda tələbkarlıq elementləri vardır ki, bunun köməyi ilə uşaq yaşlıların tapşırığını yerinə yetirməklə məqsədyönlü hərəkət etməyi öyrənir. Uşaq daim və müntəzəm olaraq çalışmağın (hətta istəməsə belə) zəruri olduğunu dərk etdikdə öhdəsinə düşən işi yerinə yetirər. Bunun üçün uşağa onun öz öhtəsinə düşən işin məzmununu mənimsəməyə imkan verən xüsusi hazırlıq lazımdır. Tapşırıq üç yaşdan beş yaşa qədər olan dövr üçün xüsusilə vacibdir. Beş yaşından etibarən uşaqlar artıq üç növ növbətçilikdə iştirak edə bilirlər. Əgər uşaq bağçasının kiçik qrupundan böyük qrupuna keçən uşaq düzgün növbətçilik etməyi bacarmırsa, bu o deməkdir ki, tərbiyəçi məktəbəqədər yaşın aşağı mərhələsində uşağı tapşırığı yerinə yetirməyə kifayət qədər məqsədyönlü cəlb edə bilməmişdir. 3. Gün ərzində olan əmək tapşırıqlarını uşaqlar çox tez-tez icra edirlər. Tərbiyəçi hər bir uşağa fərdi olduğu kimi, bütün qrupa da hər vaxt lazımı və faydalı iş tapşıra bilər. Təcrübədə tapşırıq daha çox günün birinci yarısı, yəni səhərçağı (səhər yeməyinə qədər), yaxud günün ikinci yarısında (gündüz yuxusundan sonra) təşkil edilir. Tərbiyəçi uşaqları tapşırığın məzmunu ilə bağlı olan qazanılmış əmək vərdişlərini möhkəmləndirmək, yeni bacarıqları formalaşdırmaq və s. kimi müxtəlif məqsədli işlərə cəlb edir. Uşaqları sadə və gücü çatan işləri icra etməyə çox erkən yaşdan, iki yaşından cəlb etmək məsləhət görülür. Uşağa verilən “Get gör, Həsən necə ev tikib”, “Kuklanı stulda oturt”, “Topu Əliyə ver” kimi kiçik və sadə tapşırıqlarda tərbiyəçinin uşağı məqsədyönlü hərəkət etməyə həvəsləndirən, deyilənə qulaq asmağı öyrədən yaşlıların tələbini yerinə yetirmək bacarığını formalaşdıran müəyyən göstərişi olur. Beləliklə, kiçik qrupda növbətçilik olmadığından tərbiyəçinin çoxlu miqdarda uşağı təbiət guşəsindəki əməklə bağlı rəngarəng tapşırıqların, qrup otaqları və bağçanın sahəsində müxtəlif məişət-təsərrüfat əməyinin icrasına müntəzəm olaraq cəlb etməsi üçün böyük imkan olur. Kiçik qrup uşaqlarının tapşırığı əsasən fərdi xarakter daşıyır: tərbiyəçinin xahişi ilə yaddan çıxan ayaqqabını şkafa qoymaq, təsadüfən başqa uşağın yerə saldığı paltarı qaldırıb yerinə asmaq, gəzintiyə getməzdən qabaq oyuncaqları yığışdırmaq, şəkil çəkmək üçün karandaşları paylamaq və s. Uşaq bağçasının böyük qrupunda da tapşırıqlar uşaqların əmək tərbiyəsində əhəmiyyətli rol oynayır, lakin burada vəzifə daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. Tərbiyəçi uşaqları vəzifəyə daxil olmayan özünəxidmət və növbətçilik tapşırıqlarını yerinə yetirməyə cəlb edir. Tapşırığın yerinə yetirilməsinə də tələbkarlıq artır, onlar indi ictimai xarakter alır, kiçik qrupun uşaqlarına, uşaq bağçasının əməkdaşlarına, onların köməyinə ehtiyacı olanlara kömək edirlər. Uşaqların əmək tapşırıqlarını yerinə yetirilməsinə marağı, hər şeydən əvvəl, onların məzmunu ilə şərtlənir. Tapşırığın məzmununun müəyyənləşdirilməsi tərbiyəçinin maraq və həvəsindən, uşaq bağçasının və qruplarının həyat şəraitindən, uşaqların tərbiyəsindən, mövcud uşaq müəssisəsində əmək tərbiyəsinin təşkilindən və əlbəttə coğrafi şəraitdən asılıdır. Tapşırığın məzmunu həmçinin uşağın əməyinin pedaqoji prinsipi üzrə təşkili ilə müəyyənləşir: gücü çatmaq, pedaqoji məqsədəuyğunluq, təsir üsulu, onların miqdarı və mürəkkəbliyi axır nəticədə uşağın nəaliyyətinə təsir göstərir. Bəzən eyni tapşırığı uşağın yaşından asılı olaraq asanlaşdırmaq və çətinləşdirmək olar. Tapşırığın bəzi xüsusiyyətlərini (hərəkətin miqdarı, onları yerinə yetirmək üsulları, yekun vaxtı) nəzərə alaraq onları qruplaşdırmaq olar. Bu məzmunca müxtəlif əmək tapşırıqları vasitəsilə həll edilə bilən tərbiyə məsələlərini daha yaxşı görməyə imkan verir. Birinci qrupa bir üsulla hərəkətin yerinə yetirilməsilə bağlı tapşırıqları: vermək, gətirmək, aparmaq, çəkmək, qaldırmaq və s. aid etmək olar. Belə tapşırıqlar uşaqlarda fərasətlilik, cəldlik, çalışqanlıq və s. inkişafına kömək edir. İkinci qrupu bir neçə əmək əməliyyatı olan tapşırıqlar təşkil edir. Bunlar birincilərdən mürəkkəbdir, odur ki, onların icrası üçün müəyyən əmək fəaliyyəti vərdişləri, iş üçün əlavə predmet və yaxud avadanlıq olmalıdır. Onlarla davranmaq, onları haradan götürmək, iş qurtaranda iş yerini yığışdırmaq və s. üçün bilik və bacarıq lazımdır. Buraya aşağıdakı məzmunda tapşırıqları daxil etmək olar: qəfəsi yumaq, heyvanları, balıqları, quşları yemləmək, otaq bitkilərini, güllüyü, dirriyi suvarmaq. Üçüncü qrupa uşaqların dərhal yox, bir neçə dəfədən sonra əldə etdiyi nəticə ilə bağlı tapşırıqlar: səpmək, əkmək, kuklaların paltarlarını yumaq və s. tapşırıqlar daxildir. Xüsusi qrupa nəticəsi görünməyən tapşırıqlar seçib salmaq lazımdır. Belə tapşırıqlar: bugün səhər yeməyində nə olacağını aşpazdan soruşmaq, canlı guşənin sakinləri üçün yem varmı, yaxud bağça müdirini məşğələyə dəvət etmək, əməkdaşlardan kimi isə telefona çağırmaq və s. uşaq bağçasının gündəlik həyat şəraitində çox yayılıb. Bu tapşırıqlar uşaqlardan xüsusi səy tələb etmir. Burada uşaqlara yaşlılarla ünsiyyətdə olmaq, nəyi isə xatırlamaq, yadda saxlamaq bacarığı aşılamaq məsələləri həll olunur. Böyük məktəbəqədər yaşlı uşaqlar belə tapşırıqları çətinlik çəkmədən yerinə yetirirlər. Nisbətən kiçiklər üçün bunlar mürəkkəbdir və özünəməxsus xüsusiyyəti var, odur ki, bunlarda əməyin nəticəsi uşaq üçün əyani olaraq görünmür. Beləliklə, məzmunca müxtəlif tapşırıqların tərbiyəvi imkanlarını, onların vəzifəsini bilərək və hər bir uşağın imkanını nəzərə alaraq, tərbiyəçi onun yerinə yetirilməsini məqsədyönlü təşkil etməklə uşaqlara hələ bacarmadıqlarını öyrədə bilər. 4. Uşaqların tapşırığı yerinə yetirməsinə rəhbərlik edərək, tərbiyəçi öz qrupunda olan uşaqların imkanlarını öyrənir, gündəlik (tapşırıqda) işdə onları sadə tapşırıqların icrasına cəlb edərək, o hər bir uşağı müşahidə edir, onların bacarıq səviyyəsini, işə necə həvəslə başlamalarını, onu müstəqil olaraq axıra çatdırmaq xüsusiyyətini aşkara çıxarır. Müşahidələr göstərir ki, üç yaşından beş yaşınadək uşaqların əksəriyyəti tapşırığı yerinə yetirərək tərbiyəçinin tələblərinə əsaslanırlar. Buna görə də tapşırığın yerinə yetirilməsində uşağın fəaliyyətinə düzgün rəhbərlik onlarda əməyə müsbət münasibət bəsləmək, çalışqanlıq və səy göstərmək kimi bacarıqların tərbiyə edilməsi mühüm şərtdir. Kiçik və orta qruplarda uşaq təşəbbüsünü görmək və duymaq xüsusilə lazımdır, çünki burada uşaqların icra etdiyi tapşırıq yaşlılar tərəfindən təşkil olunur. Buna görə tapşırıq uşağın əməkdə iştirak etmək həvəsini boğmamalıdır. Böyük və məktəbə hazırlıq qruplarında uşaqların fiziki imkanları genişlənir, onlar tapşırığı müstəqil icra etmək təcrübəsi qazanırlar. Bir çox tapşırıqlar uşaqların öhdəsinə düşür və daimi, müntəzəm xarakter daşıyır. Bununla belə tapşırıqların əhəmiyyəti azalmır. Təkcə məzmunun keyfiyyəti deyil, həm də tapşırığın icra keyfiyyəti yüksəlir. Uşaq bağçasında uşaqların məktəbə hazırlanması qaydasında ictimai istiqamətli tapşırıqlara (balacalara kömək üçün cürbəcür tapşırıqları icra etmək, bağçanın əməkdaşlarına, təsərrüfat müdirinə, aşpaza, dayəyə, başqa qrupların tərbiyəçilərinə, ailə üzvlərinə kömək etmək) xüsusi diqqət verilir. Böyük məktəbəqədər yaşlı uşaqların əməyə cəlb edilməsində kollektiv xarakterli (bir tapşırığı bir neçə uşağın icra etdiyi) tapşırıqların böyük tərbiyəvi əhəmiyyəti var. Belə tapşırıqlar məzmunca müxtəlif əmək növləri ilə, təsərrüfat-məişət, təbiətdə əmək və əl əməyi ilə bağlıdır. Tərbiyəçi tapşırılmış işin ardıcıllığını, iş yerinə hazırlığı və s. uşaqlarla birlikdə müzakirə edir. Ümumi işlərin yerinə yetirilməsini tələb edən tapşırıqlar uşaqları kollektiv əməyə hazırlayır. Məktəbəqədər yaşın yuxarı pilləsində uşaqların əməyinə rəhbərliyin metodik üsulları keyfiyyətcə dəyişir. Onların təcrübəsinin, biliyinin və bacarığının artdığını nəzərə alaraq, göstəriş verməyi, əyani surətdə göstərməyi azaltmaq, onlara işin icrası üçün daha çox sərbəstliik vermək, qabiliyyətini, fərasətini, çalışqanlığı və iradi səyini aşkara çıxarmağa imkan yaratmaq lazımdır. Tapşırılmış işin icrasına onun müvəffəqiyyətlə və vaxtında öhtəsindən gəlməsinə nəzarət, hətta tapşırığın uşaqlar tərəfindən yerinə yetirilməsi bəzən tərbiyəçinin diqqətindən kənarda qalsa belə öz əhəmiyyətini itirmir, buna görə də tərbiyəçi iş prosesini deyil, təkcə onun nəticəsini qiymətləndirmək imkanı əldə edir. Buna görə eləcə də yoldaşının işinin nəticəsinin qiymətləndirilməsi xüsusi tərbiyəvi əhəmiyyət kəsb edir. Uşaqda özünə qiymətverməni formalaşdırma üsullarında biri tərbiyəçinin uşağa öz işinin nəticələrini yaşıdlarının gördüyü işin nəticələri ilə müqayisə etmək təklifidir. Görülmüş işin məzmununun, onun keyfiyyətinin təhlili sayəsində uşaqlar anlamağa başlayırlar ki, qiymət işin keyfiyyətindən asılıdır, keyfiyyət isə səy, iş üçün lazımi vərdişlər və işə düzgün münasibətdən asılıdır. Uşaq bağçasının bütün yaş qruplarında tərbiyəçi çalışmalıdır ki, uşaqlar əmək tapşırıqlarının yerinə yetirilməsinə eyni dərəcədə cəlb olunsunlar və müxtəlif növ tapşırıqlara yenicə başlayan dövrdə kiçik məktəbəqədər yaşlı uşaqlara xüsusi diqqət vermək lazımdır. Beləliklə, qeyd etmək lazımdır ki, tapşırıqlar uşaqların əmək tərbiyəsində əhəmiyyətli rol oynayır və bu işdə tərbiyəçi uşaqların yaş və fərdi xüsusiyyətlərini nəzərə almalıdır.



    Download 0.68 Mb.
    1   ...   25   26   27   28   29   30   31   32   33




    Download 0.68 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Tapşırıqlar və onların xüsusiyyətlərindən asılı olaraq metodların seçilməsi

    Download 0.68 Mb.