MəŞĞƏLƏ 21 Şəxsiyyətin psixoloji korreksiyasının




Download 75.98 Kb.
bet1/17
Sana01.10.2023
Hajmi75.98 Kb.
#85946
  1   2   3   4   5   6   7   8   9   ...   17
Bog'liq
XXXI MƏŞĞƏLƏ ŞƏXSİYYƏTİN KORREKSİYASI 1
XXXII MƏŞĞƏLƏ ŞƏXSİYYƏTİN KORREKSİYASI

MƏŞĞƏLƏ 21


Şəxsiyyətin psixoloji korreksiyasının
konseptual məsələləri
Şəxsiyyətin korreksiyası ilə bağlı sizə təqdim etdiyi­miz bu mate­ri­allarda psixoloji korreksiya problem­ləri­nin həllinə F. Perlz (geştalt terapiya), K.Qoldşteyn (geş­taltyanaşmanın motivasiyaya tətbiqi), Kö­ler, Koffka, Erenfels (fərdin qavrama xüsusiyyətləri), V.Reyx (mü­qa­vimətin dəf edilməsi), C.Moreno (psixodramalar), C.Kelli (problemin dərk edilməsinə şəxsi konstruktların təsiri), Rocers (problemin həllinə kliyentin şəxsi-nöqteyi-nə­zərindən yanaşma) və b. praktikasında özü­nə yer alan ideya, metod, texnika və texnologiyalara, ö cümlədən, şəx­si təcrübəyə yer verilmişdir.
Şəxsiyyətin psixoloji korreksiyası və terapiyası müx­təlif sosial rol­ların icraçıları olan, şəxsiyyətdaxili və şəx­siyyətlərarası münaqi­şə­lər və ziddiyyətlər yaşayan ye­ni­yetmə, gənc və yaşlı insanlardır. Şəxsiy­yətin psixo­kor­­reksiyası aşağıdakı problemləri əhatə edir:

  1. konstruktiv şəxsiyyətlərarası münasibətlərin qu­rul­­ması, digər insanlar və sosial qruplarla qarşılıqlı əla­qə­nin, ünsiyyət və kommu­ni­kasiyanın tənzimlənməsi;

  2. “Mən”lər arasında harmonik əlaqənin qurulması, onların inkişa­fı, “Mən-şüur”, “Mən-İdeal” və “Mən - konsepsiya”nın formalaşması;

3) şəxsi mövqeyin təhlili və inkişafı, özünütanı­ma­nın və özünü­dərketmənin inkişafı, yalnış oriyentasiya­nın dəyişdirilməsi;
4) şəxsiyyətin struktur komponentlərinin (motiv­ləş­­mə, məqsəd­qoyma, özünüqiymətləndirmə, özünüreal­laş­dırma və s.) inkişafı;
5) emosional sahəyə hakim olan natamamlıq, səriş­tə­sizlik, özgü­vən­sizlik, səmərəsizlik, bacarıqsızlıq və d. bu kimi hisslərdən azadol­ma və iradi keyfiyyətlərin möh­­kəmləndirlməsi;
6) ünsiyyət bacarıqlarının və başqalarına qarşı həs­sas münasi­bə­tin, şəxsi istək və ehtiyaclarını baş­qala­rı­nın istək və ehtiyacları ilə əla­qələndirmək bacarığının, em­patiyanın inkişafı;



Download 75.98 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17




Download 75.98 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MəŞĞƏLƏ 21 Şəxsiyyətin psixoloji korreksiyasının

Download 75.98 Kb.