Şəxsiyyətin natamamlıq və səriştəsizlik kompleksinin korreksiyası




Download 38.53 Kb.
bet1/5
Sana01.10.2023
Hajmi38.53 Kb.
#85947
  1   2   3   4   5
Bog'liq
XXXII MƏŞĞƏLƏ ŞƏXSİYYƏTİN KORREKSİYASI
XXXI MƏŞĞƏLƏ ŞƏXSİYYƏTİN KORREKSİYASI 1

Şəxsiyyətin natamamlıq və səriştəsizlik kompleksinin korreksiyası


Şəxsiyyətin psixoloji problemlərinin həlli üçün isti­fa­də edilən kor­reksiya metodları konkret psixoloji vəzi­fələrin həlli ilə bağlı olaraq müəyyənləşir. Problemin həl­li müxtəlif yollarla həyata keçirilə bilər. Müəyyən bir me­to­dun konkret şəraitdə həyata keçirilməsi hərəkət­lərin mənimsənilməsi ilə təyin edilir. Məsələn, kiminsə özü ilə bağlı düşüncələrinin dəyişdirilməsi üçün onun ba­xış­lar sistemində yeni ba­xış­ların yaradılması lazım gə­lir. Bu proses yeni baxışla əvvəlki ara­sın­da nə dərəcə­də zid­diy­yət təşkil etməsindən asılı olaraq müxtəlif üsul­larla hə­ya­ta keçirilir. Prosesin qurulmasında yalnız metodun özü, onun sə­mərəliliyi əsas şərt deyildir. Bu vəzifəni həll edən psixo­loqun pe­şə­karlığı, eləcə də kliyentin kor­rek­si­yaya hazır olması və özü­nüre­al­laş­dırma marağı da nə­ti­cələrə təsir göstərir. Şəxsiyyətin nata­mam­lıq və səriştəsizlik kompleksi­nin korreksi­ya­sı da bir sıra mərhə­lə­lər­lə həyata keçirilir.
Nümunə 3
Bu istiqamətdə müraciət edənlərdən biri rayon sa­kin­lərindən idi. Narahatlığının səbəblərini həyatdan zövq ala bilməmək, hər şeyə qar­şı biganəlik, həyatın “dadsız” olması kimi ifadə edirdi. Ali təhsilli mühəndis, 28 yaşın­da, ailəli, 2 övladı var.
I mərhələ
Əvvəlcə diaqnostikaya başladıq.

  1. С.Ravenin “İntellektin proqressiv matrisası” .

  2. K.Yunqun “Şəxsiyyət sorğusu”.

  3. “Daxili resursların müəyyənləşdirilməsi” testi.

  4. “Yağışda adam” və “Mövcud olmayan varlıq” pro­yektiv testləri.

Nəticələr:

  • İntellektin proqressiv matrisası üzrə yaşa görə yax­şı nəticə - 128 bal.

  • K.Yunqun “Şəxsiyyət sorğusu” üzrə - introvert.

  • “Daxili resursların müəyyənləşdirilməsi” testi üzrə - öz poten­sialını qiymətləndirmədə çətinliklər, onları aş­kar­etmə marağının olmaması.

  • Leonqardın “Xarekterin aksentuasiyası” şkalası.

  • “Yağışda adam” testi üzrə-sosial mühitədən özü­nü­təcridetmə, gə­rəksizlik və dəyərsizlik hissi.

  • “Mövcud olmayan varlıq” testi üzrə - sosiallaşmaya maraqsızlıq, özünümüəyyənləşdirmədə çətinliklər, hə­yat yolunu düzgün müəy­yən­­ləşdirə bilməmək, bacarıq­sızlıq və natamamlıq hissi.


Download 38.53 Kb.
  1   2   3   4   5




Download 38.53 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Şəxsiyyətin natamamlıq və səriştəsizlik kompleksinin korreksiyası

Download 38.53 Kb.