2.Sətirlərin və sütunların idarə edilməsi
Excel-də işləyərkən cədvəllərə sətir, sütun və xanalar əlavə etmək, lazımsızları silmək, müəyyən sətir və sütunları gizlətmək, bir xanada deyil, bir çox xanalarda əməliyyat aparmaq lazım gəlir.Bunun üçün əvvəlcə onları seçmək lazımdır.Bütöv bir sütunu seçmək üçün onun nömrəsi üzərində Mouse-un (Siçan) sol düyməsi sıxılır.
Bir neçə sütunu eyni anda seçmək üçün Mouse-un (Siçan) sol düyməsini sıxılı saxlamaqla onu lazımi sütunların nömrələri üzərində sürüşdürmək lazımdır.
Sətri seçmək qaydası sütunla eynidir.Yan-yana yerləşmiş xanaları seçmək üçün Mouse (Siçan) sıxılı şəkildə xanalar üzərində sürüşdürülür.Qonşu olmayan xanaları seçmək üçün Ctrl düyməsini sıxılı saxlayıb,lazımi xanalar üzərində Mouse-un (Siçan) sol düyməsi sıxılır.
Bütün vərəqi seçmək üçün sətir və sütun adlarının kəsişdiyi yerdə düyməni sıxmaq lazımdır.
Seçməni ləğv etmək üçün işçi vərəqin istənilən sahəsində sol düymə sıxılır.Seçmə əməliyyatlarını klaviaturadan da daxil etmək olar.
Shift + , , , - xanalar qrupu seçilir.
Shift +Space + , - sətirlər qrupu seçilir.
Ctrl + Shift + , -aktiv xanadan sütunun əvvəlinə və ya sonuna kimi bütün xanalar seçilir.
Cədvələ xanaların əlavə edilməsi üçün Главная menyusunun Ячейки bölməsindən Вставить - Вставить ячейки əmrləri ardıcıl seçilir. Ekrana Добавление ячеек pəncərəsi açılır.
Cədvəldə uyğun yeri seçib lazım olan variantlardan biri seçilir.
Burada:
Ячейки с сдвигом в право –xanaları sağ tərəfə sürüşdürür.
Ячейки с сдвигом вниз - xanaları aşağıya doğru sürüşdürür.
Əgər cədvələ sütun əlavə edilməlidirsə ,onda cədvəldə uyğun yeri seçib
Столбцы əmrini vermək lazımdır.
Sətirlərin əlavə edilməsi üçün Строки əmri seçilir.
Cədvəldə xanaların,sətirlərin və sütunların silinməsi üçün Главная menyusunun Ячейки bölməsindən Удалить - Удалить ячейки əmri seçilir.Bu zaman ekrana Удаление ячеек pəncərəsi açılır.
Burada:
Ячейки с сдвигом влево- xanaları sol tərəfə sürüşdürür.
Ячейки с сдвигом вверх - xanaları yuxarıya doğru sürüşdürür.
Строку- boş sətiri silir.
Столбец –boş sütunu silir.
Yadda saxlamaq lazımdır ki, Cədvəldə xanaların,sətirlərin və sütunların əlavə edilməsi və silinməsi əməliyyatlarını həmin elementlərin kontekst menyusundan da icra etmək mümkündür.
Misal .Xananın tərkibinin köçrülməsi
1.A1 xanasından başlayaraq aşağıdakı cədvəl yığılır.
2.B3 xanasından D6 xanasına kimi seçmə aparıb, Копировать düyməsi ,
ardınca F2 xanası aktiv edilib,Вставить düyməsi sıxılır.
Misal .Xananın tərkibinin daşınması.
1.Yuxarıdakı cədvəldə seçmə aparıldıqdan sonra Вырезать əmrini seçilir.
2.Sonra lazımi xana seçilib Вставить düyməsi sıxılır.
Qeyd etmək lazımdır ki,buferə köçrülmüş informasiyanı təkcə cari işçi vərəqə deyil , həm də digər sənədlərə də köçürmək olar.
Seçilmiş sahəni silmək üçün Delete düyməsi sıxılır.
Misal . Xüsusi yapışdırma
Xüsusi yapışdırma əməliyyatını aparmaq üçün cədvəl yığılır.Sonra onu qeyd edib Главная menyusunun Вставить bölməsindən Копировать düyməsini sıxılır.
Bundan sonra lazım olan xananı aktivləşdirib,Главная menyusunun Вставить bölməsindən Специальная вставка əmri seçilir.
Bu zaman ekrana Специальная вставка dialoq pəncərəsi açılır.
Aşağıda bu pəncərənin bəzi rejimləri izah edilmişdir.
Все – xananın bütün parametrlərini köçürür
Формула – yalnız düsturları köçürür
Значение – verilənlərin yalnız ədədi qiymətini köçürür
Добавить,сложить – köçürmə zamanı toplama əməliyyatlarını yerinə yetirir
Вычесть – çıxma əməliyyatlarını yerinə yetirir
Умножить – vurma əməliyyatlarını yerinə yetirir
Разделить- bölmə əməliyyatlarını yerinə yetirir
Пропускать пустые ячеики - boş xanalar köçürmədə iştirak etmir
Транспонировать- köçürmə zamanı sətir və sütunların göstəriciləri yerini dəyişir
Açılan dialoq pəncərəsindən Транспонировать rejimini aktiv edilib OK düyməsin sıxılır.Bu zaman cədvəl aşağıdakı kimi olacaqdır.
|