MÖVZU 33 Lokomotivlərin, motorvaqonlu qatarların




Download 50.62 Kb.
bet36/40
Sana06.06.2021
Hajmi50.62 Kb.
#14797
1   ...   32   33   34   35   36   37   38   39   40
MÖVZU 33

Lokomotivlərin, motorvaqonlu qatarların

və özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin

maşinistlərinin qatarları idarəetmə qaydaları.

Ümumi qaydalar.

Sahədə qatarların hərəkətinə ancaq bir işçi-xidmət etdiyi sahədə qatarların hərəkət qrafikinin yerinə yetirilməsinəcavabdeh olan qatar dispetçeri rəhbərlik etməlidir.

Qatar dispetçerinin əmrləri həmin sahədə bilavasitə hərəkətləəlaqədar işçilər tərəfindən, sözsüz, yerinə yetirilməlidir.

Sahədə qatar dispetçerinin xəbəri olmadan qatarların hərəkətinə dair operativ göstəriş vermək qadağandır.

Hər bir stansiya və yol postu üzrə qatarların hərəkətinəhər bir qatara rəhbərlik eyni vaxtda bir işçinin tabeliyindəolmalıdır:

stansiyada-stansiya növbətçisinin; dispetçer mərkəzləşdirilməsi ilə təchiz edilmiş sahələrdə-qatar dispetçerinin; postda-postnövbətçisinin; qatarda (motorvaqonlu qatarda) -aparıcı lokomo-tivi idarə edən maşinistin.

Yollarının inkişafından asılı olaraq stansiyalarda bir neçə stansiya,post və ya park növbətçiləri ola bilər və onların hər biri öz iş rayonlari daxilində qatarların hərəkətinə rəhbərlik edir. Belə stansiyalarda qatarların hərəkəti ilə əlaqədar hər bir stansiya, post və ya park növbətçisinin vəzifə borcu və idarəetmə rayonlarının sərhədləri stansiyanın texniki-sərəncam aktında göstərilir.

Stansiyalarda aparıcı lokomotivin (motorvaqonlu qatarın, özü hərəkət edən xüsusi hərəkət tərkibinin) maşinisti və qatara xidmət edən başqa işçilər stansiya növbətçisinin, dispetçer mərkəzləşdirilməsi ilə təchiz edilmiş sahələrdəki stansiyalarda isə - qatar dispetçerinin göstərişinə tabedirlər.

Hər bir sərnişin, poçt-baqaj, yük-sərnişin və tərkibində insanlarla tutulu vaqonları olan qatar, bir qayda olaraq, müəyyən edilmiş yola, yük qatarları isə müəyyən qrup yollarına qəbul edilməlidir.

Stansiyalarda dayanacağı olmayan qatarlar, bir qayda olaraq, baş yolla buraxılmalıdır.

Qatarların qəbulu və göndərilməsi üçün yollardan istifadə qaydası stansiyanın texniki-sərəncam aktında göstərilməlidir.

Stansiya növbətçisi qatarların vaxtında qəbulu üçün boş yolların olmasını tə'min etməyə borcludur. Stansiya növbətçisi, bütün hallarda qatarların giriş işarəsinin qabağında lüzumsuz (ehtiyac olmadan) saxlanmasına görə cavabdehlik daşıyır.

Stansiya rəisi stansiya növbətçilərinin, mərkəzləşdirilmə postunun operatorlarının, işarəçilərin və yoldəyişmə postu növbətçilərinin qatarların qəbulu və göndərilməsi, manevr işi ilə əlaqədar əməliyyatların yerinə yetirilməsi işinə, xüsusilə İMB qurğularının normal işinin pozulma hallarında nəzarət etməyə borcludur.

Stansiya rəisi stansiya növbətçilərinin işini elə təşkil etməlidir ki,hərəkətin təhlükəsizliyini, sözsüz tə'min etməklə qatarların ləngiməsinə yol verilməsin.

Stansiya növbətçisinin otağı izolə edilməlidir. Stansiya növbətçisinin otağına ancaq stansiya rəisi, bilavasitə onunla işləyən, öz vəzifə borcunu yerinə yetirən şəxslər, stansiya növbətçisinin işinə və idarəetmə cihazlarının saz işləməsinə nəzarət edən işçilər daxil olmaq hüququna malikdirlər.

Əgər stansiyalarda ştatda Daşıma proseslərini idarəetmə birliyinin işçiləri nəzərdə tutulmayıbsa, qatarların qəbulu və göndərilməsi, manevr edilməsi, yoldəyişənlərə texniki xidmət, sərnişinlərə xidmət, yüklərin qəbulu və verilməsi əməliyyatları ADDY rəisinin müəyyən etdiyi qayda üzrə digər birliklərin işçiləri tərəfindən yerinə yetirilir.





Download 50.62 Kb.
1   ...   32   33   34   35   36   37   38   39   40




Download 50.62 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÖVZU 33 Lokomotivlərin, motorvaqonlu qatarların

Download 50.62 Kb.