MÖvzu 1 Yoldəyişənlərin istismarı




Download 50.62 Kb.
bet33/40
Sana06.06.2021
Hajmi50.62 Kb.
#14797
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
Qatarların göndərilməsi

Stansiya növbətçisinə qatarı biryollu və düzgün olmayan yolla ikiyollu sahələrdə qatar göndərəcəyi stansiya növbətçisinin razılığı olmadan göndərmək qadağandır. Avtobloklama ilə təchiz edilmiş biryollu sahələrdə qatarlar birinci blok-sahə boşaldıqdan sonra qonşu stansiya növbətçisinin əvvəlcədən razılığı alınmadan qatar dispetçerinin göstərişi ilə göndərilir.

İkiyollu sahələrdə qatarların düzgün yolla göndərilməsi əvvəlcə göndərilmiş qatarın çatması barədə xəbərdarlığı aldıqdan sonra qatarı düzgün yolla göndərən stansiya növbətçisinin göstərişi ilə, avto-bloklamada isə birinci blok sahə boşaldıqdan sonra yerinə yetirilir.

Qatarın göndəriləcəyi stansiya növbətçisinin əvvəlcədən razılığı tələb olunmur.

Dispetçer mərkəzləşdirilməsi ilə təchiz edilmiş sahələrdə qatarlarin göndərilməsi ancaq qatar dispetçerinin göstərişi ilə yerinə yetirilir.

Bu qaydanın 9.9-cu bəndinə uyğun olaraq təhlükəsizlik qurğuları ilə təchiz edilməyən, özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin stansiyadan göndərilməsi stansiyalararası mənzil qatarlardan boş olduqda, qatar dispetçerinin göstərişi ilə icazə verilir.

Stansiya növbətçisi, dispetçer mərkəzləşdirilməsi ilə təchiz edilmiş sahələrdə isə-qatar dispetçeri qatarı göndərməzdən əvvəl borcludur:

mənzilin, avtobloklamada isə birinci blok-sahənin boşluğuna əmin olmağa;

qatarın göndərmə marşrutuna çıxan manevrlərin dayandırmasına;

göndərmə marşrutunun hazırlığına;

mənzili tutmaq üçün çıxış svetoforunun açılmasına və ya maşinistə başqa icazəvericinin verilməsinə.

Stansiya növbətçilərinin və qatar dispetçerlərinin qatarların göndərilməsi ilə əlaqədar olan əməliyyatların yerinə yetirilməsi ardıcıllığı “Qatarların hərəkəti və manevr işinə dair Tə’limat”la müəyyən edilir.

Stansiya növbətçisinin icazəsi olmadan qatarın mənzilə göndərilməsi qadağandır.

Sərnişin və poçt-baqaj qatarlarının maşinistlərinə stansiyalardan cədvəldə müəyyən edilmiş vaxtdan əvvəl getmələri, eləcə də cədvəllə sərnişinlərin minməsi və düşməsi üçün dayanacağı nəzərdə tutulmuş stansiyaları dayanmadan keçmələri qadağandır.

Sərnişin və ya poçt-baqaj qatarlarının texnoloji əməliyyatları (qarşılaşması, ötməsi) yerinə yetirməsi üçün nəzərdə tutulan və sərnişinlərin minib - düşməsi, baqaj və poçtun yüklənməsi və boşaldılması nəzərdə tutulmayan bölmə məntəqələrində dayanacaq müddəti qatar dispetçerinin maşinistə və stansiya növbətçisinə verdiyi göstəriş ilə qısaldıla və ya təxirə salına bilər.

Xidməti cədvəllərdə belə dayanacaqlar xüsusi nişanlarla qeyd olunur, sərnişinlər üçün afişa və cədvəllərdə isə bu dayanacaqlar göstərilmir.

Qatarın düzgün tərtib edilməsinə stansiya işçiləri məs'uliyyət daşıyırlar.

Qatarı göndərməzdən əvvəl tərtibat stansiyalarında bütün yük və yük-sərnişin qatarlarının aparıcı lokomotivinin maşinistinə natura vərəqəsi və bağlı halda möhürlənmiş daşıma sənədləri verilir.

Tərkibində sənədsiz vaqonlar olan qatarları göndərmək qadağandır.

Baş konduktor (qatar tərtibatçısı) olan qatarlarda natura vərəqəsi və daşıma sənədləri ona verilir. Bu halda baş konduktor (qatar tərtibatçısı) natura vərəqəsinə əsasən maşinisti göndərilən qatarın tərkibi ilə tanış etməlidir.

Yol boyu vaqonların açılması və qoşulması ilə əlaqədar qatarın natura vərəqəsinə stansiya işçiləri tərəfindən müvafiq dəyişikliklər edilməlidir.

Bütün sərnişin (motorvaqonlardan başqa) və poçt-baqaj qatarlarinda qatarın natura vərəqəsi sərnişin qatarının rəisinə (mexanikbriqadirə) verilir.

Stansiya növbətçisi qatarların hərəkət jurnalında hər bir qatarın faktiki göndərilmə vaxtını, onun nömrəsini, lazım gəldikdə isə qatarın tərkibini xarakterizə edən başqa məlumatları qeyd etməli və dərhal qatarın göndərildiyi qonşu stansiyanın növbətçisinə və qatar dispetçerinə mə'lumat verməlidir. Bundan başqa stansiya növbətçisi qatar barəsində lazımı məlumatların avtomat idarəetmə sisteminə verilməsini təmin etməlidir.



Download 50.62 Kb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Download 50.62 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÖvzu 1 Yoldəyişənlərin istismarı

Download 50.62 Kb.