MÖVZU 29 Qatarlara lokomotivlərin qoşulması




Download 50.62 Kb.
bet31/40
Sana06.06.2021
Hajmi50.62 Kb.
#14797
1   ...   27   28   29   30   31   32   33   34   ...   40
MÖVZU 29

Qatarlara lokomotivlərin qoşulması

İşçi elektrovozlar və teplovozlar qatarın baş hissəsinə qoşulur və maşinist tərəfindən qabaq kabinədən idarə edilir. Bir idarəetmə kabinəsi olan teplovozlar və parovozlar qabağa hərəkət istiqamətində qatarın başına qoşulur.

Bütün sahə boyu iki və ya üç işçi lokomotivlə hərəkət edən qatarlarda kompressoru (buxar hava nasosu) daha güclü olan lokomotiv qatarın başına qoşulur. Çəkisi və uzunluğu artırılmış qatarlarda işçi lokomotivlərin yerləşmə qaydası, eləcə də sahənin bir hissəsinə qədər gedən işçi lokomotivlərin qatarlara qoşulması və onlarınhərəkətinin təhlükəsizliyini tə'min edən hərəkət şərtləri ADY rəisitərəfindən müəyyən edilir. İki və çox kabinələrdən idarə olunan vəya çox vahidli sistemdə işləyən lokomotivlərin manevr hərəkətləriüçün ADY rəisi yerli şəraitdən asılı olaraq hərəkətin və insanlarıntəhlükəsizliyini tə’min edən qaydalar müəyyən edir.

Qatar işi ilə məşğul olan lokomotivlər, özü hərəkət edən xüsusihərəkət tərkibi dövriyyə sahələri ərazisində istismar edilməlidir.Lokomotivlərin və özü hərəkət edən xüsusi hərəkət tərkibinin təhkim olunmamış sahələrə buraxılması ADY-nun icazəsi ilə müstəsna hallarda həyata keçirilir.

Bir idarəetmə kabinəsi olan lokomotivlərin və ya özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin arxaya hərəkətinə, ancaq aşağıda göstərilən hallarda icazə verilir:

şəhərətrafı, təsərrüfat, bərpa, yanğınsöndürən, ötürmə və daşıma qatarlarında;

dalan və birləşdirici yollarda hərəkət zamanı;

fomanevrin aparılması zamani;

ikiqat dartida lokomotivin ikinci yerdə hərəkəti zamanı;

lokomotivlərin dönməsi üçün qurğu olmayan stansiyalardan qatarin göndərilməsi zamanı;

qatarı itələdikdən sonra göndərmə stansiyasına geriyə qayıtma zamanı;

bir məntəqədən hər iki istiqamətə, eləcə də stansiya ərazisində qatarları itələmə zamanı;

köməkçi lokomotivlə mənzildən qatarı çıxarma zamanı;

vaqonsuz hərəkət zamanı.

İşsiz vəziyyətində göndəriləcək lokomotivlər və özü hərəkət edən xüsusi hərəkət tərkibləri qatara qoşulmaq üçün hazırlanmalı və ADY-nun tə’limatına uyğun olaraq qoşulmalıdır.

İşsiz lokomotivlər işçi lokomotivin ardınca qoşula bilər və onların miqdarı iki və daha çox dövlətin dəmir yolu ərazisi ilə hərəkət zamanı həmin Yolların rəhbərləri ilə razılaşdırılır, ADY-nun ərazisində isə ADY rəisinin icazəsi ilə həyata keçirilir.





Download 50.62 Kb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Download 50.62 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÖVZU 29 Qatarlara lokomotivlərin qoşulması

Download 50.62 Kb.