MÖVZU 27 Qatarların hərəkət qrafiki




Download 50.62 Kb.
bet29/40
Sana06.06.2021
Hajmi50.62 Kb.
#14797
1   ...   25   26   27   28   29   30   31   32   ...   40
MÖVZU 27

Qatarların hərəkət qrafiki

Hərəkət qrafiki qatarların hərəkətinin təşkilinin əsasıdır, bütün bölmələrin fəaliyyətini ümumiləşdirir və dəmir yolunun istismar işinin planını ifadə edir. Qatarların hərəkət qrafiki dəmir yol nəqliyyatı işçiləri üçün dəyişdirilməz qanundur, onun yerinə yetirilməsi ən mühüm keyfiyyət göstəricilərindən biridir. Qatarların hərəkət qrafikini ADDY rəisi və ya onun birinci müavini təsdiq edir. Qatarların hərəkət qrafikinə ciddi riayət etmək və onun pozulmasının qarşısını almaq qatarların hərəkətinin təşkili ilə əlaqədar olan bütün işçilər üçün başlıca vəzifədir. Qatarların qrafik üzrə hərəkəti stansiyaların, depoların,dartı yarımstansiyalarının, texniki xidmət məntəqələrinin və dəmir yolunun hərkətlə əlaqədar olan başqa bölmələrinin işləri düzgün təşkil etmələri və texnoloji prosesi yerinə yetirmələri nəticəsində təmin edilir. Qatarların hərəkət qrafikinin pozulması yolverilməzdir. Müstəsna hallarda, texniki qurğuların nasazlığı və ya təbii fəlakət nəticəsində qatarların hərəkət qrafikinin pozulması baş verərsə, bütün birliklərin (xidmətlərin) işçiləri gecikən sərnişin və yük qatarlarının qrafikə salınmasında operativ tədbirlər görməli və onların təhlükəsiz hərəkətini təmin etməlidirlər.

Qatarların hərəkət qrafiki aşağıdakıları təmin etməlidir:

-sərnişinlərin və yüklərin daşınma tələbatının yerinə yetirilməsini;

- qatarların hərəkətinin təhlükəsizliyini;

-stansiyaların iş görmə, sahələrin buraxma və daşıma qabiliyyətindən səmərəli istifadəni;

- hərəkət tərkibindən səmərəli istifadəni;

-lokomotiv briqadalarının müəyyən edilmiş fasiləsiz işə riayət etməsini;

-yolların, tikililərin, işarəvermə, mərkəzləşdirmə və bloklama, rabitə və elektrik təchizatı qurğularının cari saxlanışı və təmir işlərinin aparılmasının mümkünlüyünü.

Qatarlar bölünür:

A. Növbədənkənarlar-yanğını söndürmək üçün və normal hərəkətin bərpası üçün təyin edilmiş bərpa, yanğınsöndürən, qartəmizləyən, vaqonsuz lokomotivlər, özü hərəkət edən xüsusi hərəkət tərkibləri;

B. Növbəlilər-üstünlüyünə görə:

1. sürətli sərnişin;

2. sürət sərnişin;

3. bütün başqa adlı sərnişin;

4. poçt-baqaj, hərbi, yük-sərnişin, insanla dolu yük və sürətləndirilmiş yük qatarları;

5. yük (tranzit, sahə, yığma, daşıma, ötürücü), təsərrüfat qatarları və vaqonsuz lokomotivlər.

Xüsusi tələbatla təyin olunmuş qatarlar, növbəliyi təyin olma zamanı müəyyən edilir.

Qatarların hərəkət qrafiki yerli vaxtla 24 saat hesabı ilə aparılır. Azərbaycan Dövlət Dəmir Yolunda saatlarda vaxtin göstəricisi eyni olmalıdır. Xidməti otaqlarda, böyük stansiyaların parklarında, sərnişin platformalarında və sərnişinlər üçün otaqlarda saatlar qoyulmalıdır. Sərnişinlərə xidmət və qatarların hərəkəti ilə əlaqədar şəxslərin iş yerlərində qoyulmuş divar və bayır saatlarının quraşdırılması, saxlanılması və təmiri İşarəvermə və rabitə birliyi işçilərinə həvalə edilir.



Download 50.62 Kb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Download 50.62 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÖVZU 27 Qatarların hərəkət qrafiki

Download 50.62 Kb.