Kondensatorlar
(3) ifadəsindən görünür ki, h radiusu olan , vakuumda yerləşən kürənin tutumudur. Bu çox böyük ədəddir. Praktikada elektrik yükünü toplamaq üçün böyük tutuma malik olan kiçik həcmli qurğulardan istifadə olunması daha əlverişlidir. Bu məqsədlə istifadə olunan qurğular kondensator adlanır.
Kondesator bir-birinə yaxın yerləşən və aralarında dielektrikolan iki naqil lövhədən təşkil olunur. Ətraf mühitdə yerləşən yüklənmiş naqillərin kondesatora təsirini azaltmaq məqsədi ilə kondesatorun lövhələrini elə şəkildə hazırlayırlar ki, elektrik yükü ancaq lövhələr arasında toplansın. Kondensatorun müsbət yüklənmiş lövhələrin yükü kondensatirun yükünü təyin edir.
Lövhələrinini formasından asılı olaraq kondensatorlar üç növ olur:müstəvi, sferik və silindrik.
Elektrik sahəsi kondensatorun lövhələri arasında cəmləşdiyinə görə intensivlik xətləri lövhənin birindən başlayıb, digərində qurtarır. Ona görə lövhələrdə toplanan sərbəst yüklər qiymətcə bərabər və işarələri əks olur. Kondensatorun lövhələrində toplanmış yükün (müsbət işarəli), həmin lövhələr arasındakı potensiallar fərqinə olan nisbəti ilə təyin olunan kəmiyyət kondensatorun tutumu adlanır.
(4)
|