Mövzu 3. Optik veriliş şəbəkələrinin transmisiya avadanlıqları
Təcrübə işi
3.1. Optik veriliş sistemlərinin struktur sxemi
1960 - cı ildə lazerin yaradılması və 70 –ci ildə ABŞ – da optik lif texnologiyasının işlənib hazırlanması apteo elektropn texnologiyasının inkişafına səbəb oldu. Optik kabel sistemlərinin inkişafına isə optik kvant generatorunun – lazerin yaranmasına səbəb olmuşdur. Məlumdur ki, adi kabellərə Meqaherslə siqnal ötürülürsə, dalğa ötürücülərdə Qeqa hers lazer sistemlərində isə infraqırmızı spektirli optik dalğaların ötürülməsi mümkündür.
Kvars şüşə lifli ötürücülərin yaradılması ilə rabitə texnologiyasında ciddi dönüş baş verdi. Belə ki, optik kabellərin yaradılması işıq şüalarının ötürülməsinin səmərəliliyi artırdı, və yeni avadanlıqların layihələndirməsi başlandı.
Optik kabellərin aşağıdakı üstün cəhətləri vardır:
Məsafəyə böyük informasiya selinin verilməsi (enlizolaqlı)
İtkilərin az olması, generasiya sahələrinin 10 km-dən 240 km - ə qədər
artırılması
Kiçik qabaritliyi
Xarici elektromaqnit təsirindən yüksək müdafiə qabiliyyəti, keçid
maneələrin olmaması
Texniki təhlükəsizliyi
İqtisadi xərclərin az olması
Çatışmayan cəhətləri isə bu kabellərin radiyasiyaya məruz qalması, nəmlik
olmadığına görə lifdə oksigen korroziyasının getməsidir.
Şəkil 1 – də OVS – nin əsas komponenetləri əks edilir.
|