Mühazirə konspekti Bakı 2020 I mövzu. Telekommunikasiya rabitəsi haqqında ümumi məlumat




Download 0,51 Mb.
bet21/44
Sana29.03.2021
Hajmi0,51 Mb.
#13628
TuriMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
Mövzu 2.9 ATM texnologiyası

Respublika telekommunikasiya şəbəkələrində tətbiq edilən veriliş sistemlərinə nəzərən ATM daha çevik veriliş üsulunu seçməyə imkan verir ki, u qiymətli kanallardan effektiv istifadəni təmin edir.

ATM texnologiyasında məlumatın ötürülməsi üçün uzunluğu 53 bayt olan ATM kadrlarından istifadə edilir. Belə kadrlarda paket kommutasiyasında istifadə edilən kadrlardan fvə verilənlər sahəsinə vərqli olaraq ünvan haqqında məlumat nəzarət hissəsi olmur ki, bu da məlumatın emalını və kommutasiya prossesini sürətləndirir. Burada ancaq birləşmə baş verən zaman verici və qəbuledici arasında 20 baytlıq ünvan mübadiləsi olur. Kommutasiya virtual yolun identifikasiyası və ya virtual kanalın idendifikatoru vasitəsilə baş verir. ATM kanalda səhv ehtimalı 1012 –yə bərabər olur. Məlumatın düzgünlüyünə nəzarət yuxarı səviyyənin protokolları tərəfindən yerinə yetirilir. Məlumat ötürülməzdən əvvəl məlumat mübadiləsinin sonuna qədər pozulmayan virtual və yaxud məntiqi kanal yaradılır.Kanalların parametrləri ötürülən məlumatın növlərindən asılı olaraq müxtəlif ola bilər.

ATM texnologiyasının sadələşdirilmiş çoxsəviyyəli modeli əsas 3 hissədən ibarətdir:



  1. Uyğunlaşma səviyyəsi (ATM Adoptation layer AAL)

Uyğunlaşma səviyyəsi özü də 2 yarımsəviyyədən (convergene sublayer- OS) konverqesiya və seqmentləşmə (summentation and reassembly – SAR) yarımsəviyyələrindən ibarətdir. Busəviyyədə işlədicidən alınmış məlumat dəyişməyən uzunluqlu kiçik protokol vahidlərinə bölünür. Seqmentləşmə yarımsəviyyəsi isə bu protokol vahidlərinin uzunluöu 44 bayt olan daha kiçik fraqmentlərə bölür. Alınmış fraqmentlərə 2 baytlıq sonluq əlavə edilməklə özü ilə faydalı informasiya daşıyan 48 baytlıq ardıcıllıq alınır.

  1. ATM səviyyəsi.

Bu səviyyə 48 baytlıq ardıcıllığı qəbul edərək ona 5 baytlıq başlıqəlavə edilir və nəticədə standart 53 baytlıq ATM alınır. Alınmış kadr fiziki səviyyəyə ötürülür.

ATM səviyyəsi aşağıdakı funksiyaları yerinə yetirir:



  • Selin idarə olunması

  • ATM kadrlarının ötürülməsi

  • Multipleksləşmə

  • Demultipleksləşmə

  1. Fiziki səviyyəyə RNU

Fiziki səviyyə də 2 yarımsəviyyədən ibarətdir.

1)kadrların ötürülməsinin generasiyası və bərpası

2)veriliş mühiti (RM) yarımsəviyyəsi

Veriliş mühiti yarımsəviyyəsi kadrların qəbulu və ötürülməsini, həmçinin sinxronlaşmanı yerinə yetirir.(şəkil 1.4)



Səviyyələr

Yarımsəviyyələr

Vəzifəsi

AAL

CS

Konvergensiya

SAR

Seqmentləşmə

ATM




Selin idarə olunması. Başlıqların hasil olunması və çıxarılması. Yuvaların transilyasiyası,multipleksləşmə və demultipleksləşmə. Başlığın düzgün tamamlanmasına naəzarət.

PHY

TC

Kadrların hasili və verilişin bərpası

PM

Siqnalların zamanla fiziki xarakteristikalarının, kodlamanın tipinin yayılma fəzasınınmüəyyənləşdirilməsi

Şəkil 4.1 ATM –in sadələşdirilmiş çoxsəviyyəli modeli

ATM texnologiyasını tətbiq etməklə rəqəm verilişi şəbəkələrinin üstünlüklərindən istifadə edilməsindən fərqli olaraq səsin bu şəbəkə vasitəsilə verilməsi hallarına praktikada hələ də yer verilmir. Son vaxtlar respublikada ümumi istifadəli telefon şəbəkəsinin qurulması üçün sinxrom rəqəm icrarxiyalı SDH multipleksorlarından istifadə geniş vüsət almışdır. SDH - ə keçid verilişin keyfiyyətinin yüksəlməsinə, şəbəkənin rədd faizinin aşağı düşməsinə imkan yaradır. Bununla bərabər telefon şəbəkəsinin qurulma prinsipi əsaslı sürətdə dəyişməyib.

Belə şəbəkədə birləşmə əvvəlcədən müəyyənlədirilimiş marşurt üzrə yerinə yetirilir. Əgər böyük yüklənmə saatlarında əsas istiqamətlərdəki kanalların buraxıcılıq qabiliyyəti trafiki buraxmaq üçün kifayət etmirsə, alternativ istiqamət üzrə trafiki ötürmək mümkündür. Ancaq bu prosses çox saylı məhdudlanmalara məruz qalır. Telefon şəbəkəsinin qurulmasına belə yanaşılması müəyyən problemlərə buraxma zolağından qeyri- effektiv istifadəyə, danışığın keyfiyyətinin pisləşməsin, yüksəlmələr vaxtı birləşmələrdə rədd faizinin yüksəlməsinə və s.gətirib çıxarır.Bunları aradan qaldırmaq üçün ATM texnologiyasından istifadə etməklə şəbəkənin yeni qurulma modelindən istifadə etmək mümkündür. Belə şəbəkə modeli imkan verir ki, şəbəkən istənilən ATC istənilən digər ATC ilə birbaşa birləşsin. Bu zaman şəbəkənin özünə böyük bir kommutator kimidə baxmaq olar.

Şəkil 1.5. İki ATC-in ATM şəbəkəsi vasitəsilə birləşdirilməsi

Səsin ATM şəbəkəsi vasitəsilə ötürülməsi ilk dəfə 1994 – cü ildə Nortel firması tərəfindən nümayiş etdirilmişdir. İndi ATM avadanlığının bütün növləri səsin ötürülməsinə imkan verilir.ATM vasitəsilə səsin ötürülməsi üsullarınəı 2 qrupa ayırmaq mümkündür:

CBR xitmətlərindən və rt –VBRxidmətlərindən istifadə etməklə. Bu rejimlərin hər biri telefon şəbəkəsi üçünvacib olan sinxronlaşmanı kifayət qədər yerinə yetirə bilirlər.

Telefoniya nöqteyi – nəzərindən CBR rejimində ATM şəbəkəsi vasitəsilə səsin ötürülməsiüsuluna çox oxşardır; hər iki halda sabit enli kanalda “nöqtə - nöqtə” prinsipi ilə səsin nəql edilməs yerinə yetirilir. Bub zaman STM – 1 kanalında eyni sayda E1 və E2 seli yerləşir. Deməli, ATM şəbəkəsi SDH şəbəkəsinin işini əvəz edə bilər(rəqəm verilişi üçün qurulmuş sürətli ATM şəbəkəsi vasitəsilə səsin ötürülməsi tam mümkündür). Bu halda ATM şəbəkəsinin bir sıra üstünlükləri olur. Bu üstünlüklər aşağıdakılardır:


  • Vahid idarəetmə üsulundan istifadə etməklə qarşırıqlı trafikin (səs + video+rəqəm verilişi) ötürülməsi;

  • E1 selinin müəyyən hissəsinin müxtəlif istiqamətlər üzrə marşurutlaşdırılması;

  • Səs trafiki üçün nəzərdə tutulmuş zolaqla digər xarakterli məlumatın ötürülməsinin mümkünlüyü

  • Eyni istiqamətlərdəki çağırışların N164 Kbit sürəti ilə vahid seldə birləşdirilməsi.

ATM şəbəkə mexanizmi inkan verir ki, multipleksor şəbəkəsində telefon trafiki

üçün nəzərdə tutulmuşburaxma zolağından daha effektiv istifadə olunsun. Burada əsas ideya ondan ibarətdir ki, günün müəyyən saatlarında telefon trafiki azalan vaxt azad olunmuş tezlik zolağı digər trafiklərin ötürülməsi üçün istifadə olunur. Bunu iki usulla yerinə yetirmək mümkündür:



  1. Circuit Emulation “veriliş borusunun” diametrinin günün saatlarından asılı olaraq dəyişdirilməsi. Belə ki, ən böyük yüklənmə saatlarında bu diametr maksimum “ölçüyə”, digər saatlarda isə kiçik “ölçüyə” malik olur.(şəkil1.6)

  2. ATC – dən alınan siqnala əsasən buraxma zolağının kiçildilməsi.

Bu üsula daha ətraflı baxaq.

AAL1 səviyyəsinin paketlərindaə kanalların vəziyyətini əks etdirən xüsusi bayt-maskalar olur. Bu bayt-maskaların köməyi ilə hansı kanalın sərbəst, hansının isə məşğul olduğunu müəyyənləşdirmək mümkündür. Fərz edək ki, 8 telefon kanalı verilişi üçün birləşmə yaradılıb və ATM kommutatorları bütün marşurtlar üzrə lazım olan qədər veriliş zolağı ayırmışlar. İstənilən anda kanallardan biri, məsələn ikincisi azad olarsa, onda uyğun kommutator bayt-maskanın birinci bitində “1”-i “0” ilə əvəz edilir. Bu isə o deməkdir ki, ikinci kanal sərbəstdir və azad olmuş 64 Kbit/s tezlik zolağı digər birləşmə üçün istifadə oluna bilər.

Beləliklə, ATM şəbəkəsi səs trafikinin ötürülməsini, ənənəvi multipleksorların funksiyalarının yerinə yetirilməsini müvəffəqiyyətlə təmin edir. Bunlara əlavə olaraq, ATM şəbəkəsi ilə rəqəm verilişi zamanı onun imkanları daha da genişlənir. Belə ki, ATM şəbəkəsi verilənləri nəql etmir həm də onları kommutasiya edir. Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, ATM texnologiyasının respublika telekommunikasiya şəbəkəsində tətbiq etmək, onun üstünlüklərindən istifadə etmək şəbəkənin imkanlarını daha da genişləndirər.


Download 0,51 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Download 0,51 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə konspekti Bakı 2020 I mövzu. Telekommunikasiya rabitəsi haqqında ümumi məlumat

Download 0,51 Mb.