Mövzu 1.2.Məlumatların ötürülmə prinsipi və elektrik siqnallarının verilməsinin təşkili
Müasir dövrdə telekommunikasiya sistemlərində əsas məqsəd məlumatlı informasiyaların bir məntəqədən digər məntəqəyə ötürülməsidir. Qeyd edək ki, bu məntəqələrdə informasiya göndərilməsi əsasən məlumat mənbəyindən (informasiya növündən asılı olaraq telefon, teleqraf, poçt, internet, televiziya, radio) daxil olan informasiyalar çeviriciyə daxil olur, çeviricdə informasiyalar elektrik siqnalına çevrilir, veriliş xətti vasitəsilə (kabel və yaxud yayım mühiti ilə) digər məntəqəyə ötürülür. Digər məntəqədə R2 qəbuledici, çevirici qurğu həmin siqnalı ilkin məlumata çevirir və M2 – yə, yəni məlumat qəbuledicisinə daxil olur.Bu misal yalnız birkanallı veriliş sistemində yaradılır.
Qeyd edək ki, sxemdən göründüyü kimi məlumat mənbəyi bir qədər mürəkkəbləşmiş sxemlə ötürülür. Bu o deməkdir ki, uzaq məsafələrə kanal yaratmaq üçün çoxkanallı veriliş sistemindən istifadə olunur. Çoxkanallı veriliş sistemində verici, veriliş xətti, qəbuledici, qrup siqnallarını formalaşdırıcı qurğu və qrup siqnallarını çevirici qurğudan istifadə edilir. Sxemin iş prinsipini nəzərdən keçirsək elektrik siqnalını vericiyə U(t) Un(t) elektrik siqnallarını,qrup siqnallarını formalaşdırıcı qurğuya daxil edir, çevirmə nəticəsində alınmış U(t) siqnalı vericiyə, oradan isə veriliş xətti vasitəsilə qəbulediciyə ötürülür. Qəbuledicidə qrup siqnallarını çevirici qurğu elektrik siqnallarına çevirərək U1(t) Un(t) siqnallarını alır, yəni məlumat qəbul edənə ötürülür. Məlumatların bir məntəqədən digər məntəqəyə ötürülməsini təmin edən avadanlıqların cəminə rabitə kanalı deyilir. Bu kanallar vasitəsilə müasir dövdə həm analoq, həm rəqəm, həm də optik siqnalların göndərilməsi mümkündür. Qeyd etməliyik ki, rabitənin növündən asılı olaraq (bütün növ rabitələr) ola bilər. Bildiyimiz kimi ölkə ərazisində kənd, rayon, şəhər, zona, şəhərlərarası telefon şəbəkəsi, beynəlxalq şəbəkə - bu şəbəkələrin təşkil edilməsi üçün rabitə qovşaqları yaradılır. Rabitə qovşaqları dedikdə əsasən giriş və çıxış məlumatlar qovşaqları, ikinci mərhələdə geniş zolaqlı inteqral rəqəmli telefon şəbəkəsi, üçüncü mərhələdə isə NÇN yeni nəsl şəbəkəsi (paket kommutasiyalı) nəzərdə tutulur.
M1
Veriliş xətti
Yayım mühiti
çevirici
R2
M2
MƏLUMAT MƏNBƏYİ MƏLUMAT QƏBULEDİCİSİ
verici
Veriliş xətti
Qəbuledici
QSÇQ
U(t) Qrup
siqnalı
QSFQ
U(t) Un(t) U(t) Un(t)
MƏLUMAT MƏNBƏYİ MƏLUMAT QƏBULEDİCİSİ
Telekommunkiasiya şəbəkəsinin xidmətlərin inkişafı ATS – lərin yeni avadanlıqlarla təhciz edilməsi ilə, yəni analoq veriliş sistemlərini, RVS ilə əvəz edilməsi ilə bağlıdır. Biz qeyd etmişdik ki, elm və texnikanın inkişafı ilə əlaqədar olaraq hal – hazırda 80 - ə yaxın informasiya növü möcuddur. Bu informasiyaları elektrik siqnalına çevirib bir məntəqədən digər məntəqəyə ötürmək üçün hal-hazırda abunəçi xəttlərində istifadə olunan rəqəmli sıxlaşdırma sistemləri aparır və aşağıdakı üstünlükləri vardır:
Yüksək mühafizə;
Kanal parametrlərinin sabit olması;
Diskret siqnalların ötürülməsinə kanalların buraxma qabiliyyətinin yüksək olması;
Ötürülən məlumatın keyfiyyətinin R-X uzunluğundan az asıllığı;
Rəqəmli rabitə şəbəkəsinin qurulmasının mümkünlüyü;
Yüksək texniki iqtisadi göstəriciləri və s.
RVS – nin struktur sxemini nəzərdən keçirək. Bu veriliş sistemlərinin iş prinsipi veriliş vaxtının T müddətli dövrlərə bölünməsi ilə bağlıdır. Bu zaman diskretləşmə tezliyi t = olur. hər bir kanal veriliş sistemində dövlərin müddəti t = olan N – kanal aralığına bölünür. Bu vaxt hər bir kanal aralığı zamanı, kanalın giriş siqnalı olan məlumatlar ötürülür. Hesabatlar diskret f ilə aparılır. Kanal siqnalı, qrup siqnalında zamana görə dəyişməsi impuls paylayıcı kanal (İPX) vasitəsilə təyin edilir. ARÇ – analoq rəqəm çevrilməsinin köməyilə qrup siqnalının hər impulsuna kod kombinasiyası uyğun gəlir. ARÇ çıxışında İKM – li qrup siqnalı alınır.
Qəbulun sonunda İPK – lın köməyilə həmin qəbula uyğun olan KA (kanal açarı) nəticədə kanal siqnalı alınır.
İKM – 30 RVS – nin dövrü strukturu aşağıdakı sxemdə göstərilmişdir.
|