Mühazirə Müəllim: Soltanova Səadət m ü n d ə r I c a t




Download 1,25 Mb.
bet22/28
Sana11.05.2021
Hajmi1,25 Mb.
#14498
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
Transformasiya əmsalı-Gərginlik transformatorunun birinci tərəf dolağının nominal gərginliyinin ikinci tərəf dolağının nominal gərginliyinə olan nisbətinə transformasiya əmsalı deyilir. Transformasiya əmsalı aşağıda göstərilən düsturla təyın olunur.
K=U1/U2

burada: U1 - birinci tərəf dolağının nominal gərginliyi;


U2 - ikinci tərəf dolağının nominal gərginliyidir

Elektrik ölçü cihazlarının və başqa elektrik aparatlarının ölçü həddlərini artırmaq üçün gərginlik transformatorlarından istifadə olunur. Gərginlik transformatorunun birinci tərəfinin dolağı bilavasitə gərginliyi 1000V-dan yuxarı olan şəbəkəyə qoşulur. İkinci tərəfınin dolağına isə voltmetrlər, tezlikölçən, fazometrlərin, vattmetrlərin, sayğacların və başqa elektrik cihazlarının paralel(gərginlik) dolaqları qoşulur. Şəbəkənin gərginliyinin təsiri altında gərginlik transformatorunun birinci tərəf dolağından dəmir nüvəni maqnitləşdirən çox böyük olmayan cərəyan keçir. Nüvədə dəyişən maqnit seli gərginlik transformatorunun ikinci tərəf dolaqlarının sıxaclarında gərginlik meydana gətirir.


Əgər gərginlik transformatorunun pasportunda 6000/100 V yazılıbsa, deməli gərginlik transformatorunun birinci tərəf dolağı 6000 V gərginliyə, ikinci tərəf dolağı isə 100 V gərginliyə hesablanıb. Beləliklə, transformasiya əmsalı: Kgər = 6000/100 = 60 olur.
Gərginlik transformatorları dəqiqlik siniflərinə görə dörd yerə bölünür: 0,2; 0,5; 1,0; 3,0. Elektrik sayğaclarının paralel dolaqlarını doydurmaq üçün seçilmiş gərginlik transformatorlarının dəqiqlik sinfi mütləq 0,5 olmalıdır.

Gərginlik transformatorları öz konstruksiyalarına görə birfazalı, üçfazalı üççubuqlu və üçfazalı beşçubuqlu olurlar. Birfazalı gərginlik transformatorları öz aralarında açıq üçbucaq və ulduz-ulduz sxemləri üzrə bağlanırlar.


Əgər üçfazalı şəbəkələrdə xətt gərginliyindən əlavə faz gərginliyini də ölçmək lazım gələrsə, o zaman üç ədəd birfazalı gərginlik transformatorları öz aralarında «ulduz-ulduz»sxemi üzrəbağlanmalıdırlar. «Ulduz-ulduz» sxemi üzrə bağlanan gərginlik transformatorlarının ikinci tərəf dolaqlarının neytral nöqtəsi yerlə birləşdirilərsə, o zaman yerə nəzərən faz gərginliyini ölçmək olar.


Download 1,25 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Download 1,25 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə Müəllim: Soltanova Səadət m ü n d ə r I c a t

Download 1,25 Mb.