Mühazirə Müəllim: Soltanova Səadət m ü n d ə r I c a t




Download 1,25 Mb.
bet20/28
Sana11.05.2021
Hajmi1,25 Mb.
#14498
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
Tiristor — əsasını üç p - n keçidi təşkil edən yarımkeçirici elementdir. Belə cihazlar üçün ümumi cəhət onların Volt-Amper xarakteristikasında mənfi müqavimətli hissənin olmasıdır. Bu isə onlardan açar rejimində işləyən çevirici cihazlar kimi istifadə etməyə imkan verir. Belə açar rejimində işləyən çoxkeçidli cihazlardan praktikada ən çox istifadə olunanı tiristorlardır. Bunlar p − n − p − n sturukturlu dörd təbəqədən təşkil olunmuşdur. Tiristorlar, əsasən, silisiumdan hazırlanır. Tiristorlar quruluş və iş prinsiplərinə görə müxtəlifdir: dinistorlar, trinistorlar və simistorlar. İdarə olunmayan tiristor dinistorlar adlanır Adi diodlardakı kimi, iki elektroda malik olduğundan, çox vaxt, bu cihaza diod tiristoru da deyilir.

Yarımkeçirici cihazlar müasir radioelektron qurğuların əsas element bazasını təşkil edir. Bunlar kiçik ölçü və kütləyə malik olması, közərdilmə dövrələrinin lazım olmaması və etibarlılığı ilə elektrovakuum cihazlarından əhəmiyyətli dərəcədə fərqlənir. Bu cihazlar sinfinə müxtəlif yarımkeçirici diodlar, tranzistorlar, tiristorlar və s. daxildir. Bunların iş prinsipi yarımkeçiricilərdə baş verən elektrofiziki proseslərə əsaslanır. Hazırda istifadə olunan yarımkeçirici cihazlar, əsas etibarilə silisium (Si), germanium (Ge) selen (Se) və s. kimi elementar yarımkeçirici materiallardan və qalium arsenid (GaAs), silisium karbid (SiC), kadmium sulfid (CdS) və s. kimyəvi birləşmələrdən hazırlanır. Yarimkeşiricilər, məlum olduğu kimi, başqa materiallardan elektrik keçiriciliyi, kristalların energetik halı, elektrik xassələrinin temperatur, şüalanma və digər xarici təsirlərdən özünəməxsus asılılığı ilə fərqlənir. Yarımkeçirici materialların elektrofiziki xassələrini dəyişməklə onların əsasında hazırlanmış cihazlarda elektrik cərəyanını idarə etmək olur. Qeyd etmək lazımdır ki, yarımkeçirici cihazların bir sıra üstünlükləri ilə yanaşı, bəzi çatışmayan cəhətləri də vardır. Bunlara misal olaraq cihazın parametrlərinin temperaturdan asılı olmasını, kiçik giriş müqavimətlərə malik olmalarını, hazırlanma texnologiyasının mürəkkəbliyini və s. göstərmək olar. Elektron lampalarında isə göstərilən nöqsanlar, demək olar ki, mövcud deyil. Odur ki, yarımkeçirici cihazlarını elektrovakuum cihazlarına qarşı qoymaq lazım deyil; bu iki sinif cihazların hərəsinin öz tətbiq sahələri vardır və bunlar müəyyən mənada bir-birini tamamlayır.

Trinistorlar idarə olunan tiristorlara deyilir. Bu cihaz,triod lampasında olduğu kimi, idarəedici elektroda malikolduğundan, buna triod tiristoru da deyilir. VAX-nın həm düz, həmdə əks qollarında mənfi müqavimətli hissələrə malik olan tiristorlar simistorlaradlanır.


Download 1,25 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Download 1,25 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mühazirə Müəllim: Soltanova Səadət m ü n d ə r I c a t

Download 1,25 Mb.