|
O‘zbekiston respublikasi oliy ta’lim va innovatsiyalar vazirligi farg‘ona davlat universiteti
|
bet | 2/3 | Sana | 06.02.2024 | Hajmi | 467,72 Kb. | | #152171 |
Bog'liq Hisoblash texnikasi rivojlanish tarixi va avlodlari fayllar orgAbacus
Bundan sora dövrlər geçdiycə başqa ixtiralar oldu çox dərinə getmiyib daha böyük dəyişimləri gösdərməy isdəyirəm.
1830-cu ildə ingilis riyaziyyatçısı Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşını — analitik maşını (Analytical Engine) yaratmağa cəhd göstərdi. Maşına perfokartların daxil edilməsi, verilənlərin və nəticələrin isə “anbar”da (yaddaşda) saxlanması nəzərdə tutulurdu.
Analytical Engine
İlk insansız maşının ixtirasında Ada Lavleys köməyi çox böyük olmuşdur.
İlk dəfə olaraq bu qadın (Ada Lavleys) proqramlaşdırmanın nəzəri əsaslarını vermişdir və o, tarixə “ilk proqramçı” kimi düşmüşdür.Bunlar bizə çox sadə gələr bilər amma baxış açımızı genişləndirməliyik.
Necə ki indi kompüterimizdə olan girməyə belə tənəzzül etmədiyimiz kalkulyator həmin EHM-lərin əsas istifadə məqsədi olmuşdur. Daha sonra kompüter təkmilləşdikcə daha çox işlər görməyə başladıq.
İlk komputer isə ENIAC(Electronic Numerical Integrator and Computer) hesab edilir. “Qaqa gir bidənə pubg vuraq” aparatını ərsəyə gətirən Con Fon Neymandır(Futbolçu Neymarla tanışlığı yoxdu biləsiz).Bu kompüter təxminən 167m² bir sahəni əhatə edir, uzunluğu 24 metr (80 fut) və ağırlığı 30 ton idi.
Con Fon Neyman komputer arxitekturasınada göz ataq.
İndi isə ENİAC -ın inkişaf və nəsillərinə göz ataq. İnkişaf deyəndə isə bu aparatların ölçülərinin kiçilib funksionallığının artmasından bəhs edirəm. Bunun əsas səbəbi isə bu sahədə məşğul olacaq mütəxəssislərin artmasıdır.
Nəsilləri bir-birindən fərqləndirən onların element bazalarıdır:
I nəsil (1946–1955)-elektron lampaları
II nəsil(1955–1965)-tranzistorlar və diodlar
III nəsil(1965–1980)-inteqral(mikro)sxemlər
IV nəsil(1980-?)-Böyük inteqral sxemlərdir
EHM-ləri istifadə formasına görə ölçü və imkanları ilə təsnifatlandıraq.Çünki hərkəs kompüterləri fərqli istifadə edir: kimisi evində (Çukurun bölümlərinə baxmaq üçün), kimisi iş yerlərində və s.
Buna görədə onları qruplaşdırmaq istədim:
|
| |