) Əyripəncəliyi hansı yaşda müalicə etmək mütləq vacibdir?




Download 1,06 Mb.
bet16/18
Sana24.10.2020
Hajmi1,06 Mb.
#12235
1   ...   10   11   12   13   14   15   16   17   18

1062) Əyripəncəliyi hansı yaşda müalicə etmək mütləq vacibdir?
A) 6 ayından

B) 1 yaşından

C) 3 yaşından

D) 5 yaşından

E) Həyatın ilk günlərindən
Ədəbiyyat: N.V.Kornilov, E.T.Qryaznuxin, V.İ.Ostaşko. “Ortopediya” 2001.-ci il
1063) Hansı simptom uşağın təcili cərrahi stasionara yerləşdirilməsini tələb edir?
A) Bayılma

B) Bədən hərarəti 38°C

C) Təkrarlanan qusma

D) Tezləşən duru nəcis

E) Qarın əzələlərinin gərginliyi
Ədəbiyyat: K.U.Aşkraft, T.M.Xolder. “Uşaq cərrahiyyəsi” 1997-ci il
1064) Aşağıdakılardan hansılarda adətən konyuktivit müşahidə olunmur?
A) Malyariya

B) Qızılca

C) Yersinioz

D) Qurdeşənəyi

E) Adenovirus infeksiyaları
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология». 2002
1065) Hansı preparatı uzun müddət təyin etdikdə katarakta baş verə bilər?
A) Prestarium

B) İbuprofen

C) Metipred

D) Stuqeron

E) Selanid
Ədəbiyyat: Е.И. Сидоренко «Офтальмология» 2002.
1066) Sadə ixtiozun klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Saçın tökülməsi

B) Dırnaqların distrofiyası

C) Pustulyoz elementlər

D) Dərinin quruluğu

E) İri və orta lövhəli qabıqlanma
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1067) Atopik dermatitin müalicəsinə aid olmayan hansıdır?
A) Antihistamin preparatlar

B) Anafilaksiya mediatorlarının blokatorları

C) Fermentlər

D) Hipoallergen pəhriz

E) Antibakterial preparatlar
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1068) Məhdud sklerodermiyanın əsas klinik əlamətlərinə aid olmayan hansıdır?
A) Zədələnmə nahiyasində bərkimə və indurasiyalar

B) Dəri distrofiyası

C) Tünd qırmızı-bənövşəyi rəngdə olan ödemli ləkə

D) Qaşınma

E) Dərinin atrofiyası
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни.М.1996
1069) Uşaqlarda sifilis zamanı nadir halda zədələnən orqan hansıdır?
A) Ürək

B) Limfa düyünləri

C) Qara ciyər

D) Böyrəklər

E) Ağ ciyərlər
Ədəbiyyat: Суворова К.Н. Детская дерматовенерология. Казань. 1996
1070) Kəskin şüa xəstəliyinin erkən kliniki əlamətlərinə nə aiddir?
A) Leykopeniya

B) Ürəkbulanma və qusma

C) Saçların tökülməsi

D) Duru nəcis

E) Dəridə eritema
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
1071) Yenidoğulma dövründə baş vermiş qıcolma tutmaları zamanı çox hallarda hansı qıcolma əleyhinə dərmanla müalicə məqsədəuyğundur?
A) depakinlə

B) etosuksimidinlə

C) metoksumidinlə

D) karbomazepinlə

E) fenobarbitalla
Ədəbiyyat: В.А.Карлов. Эпилепсия . «Медицина», Москва, 1990.
1072) Baş beynin çoxlu miqdarda kiçik kistlərdən təşkil olunmuş iri böyük kistlə parazitar zədələnməsi aşkar olunmuşdur. Bu hansı halda mümkündür?
A) enli lent şəkilli qurdlarla

B) şistosomo yaponicum

C) şistosomo haematobium

D) donuz soliteri

E) exinokokok
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
1073) Sadə febril qıcolmalarda ən çox hansı tip tutmalar olur?
A) fokal motor tutmalar

B) absanslar

C) mürəkkəb parsial tutmalar

D) fokal sensor tutmalar.

E) generalizə olunmuş toniko-klonik tutmalar
Ədəbiyyat: В.А.Карлов. Эпилепсия. «Медицина», Москва, 1990.
1074) Xroniki böyrək çatışmazlığında ən çox rast gəlinən nevroloji fəsad hansıdır?
A) deliriy

B) periferik nevropatiya

C) demensiya

D) digər zədələnmələr

E) tutmalar
Ədəbiyyat: В.И.Гузев. Руководство по детской неврологии. «Медицина», Москва, 1990.
1075) Vit.B12-nin defisiti zamanı hansı hal müşahidə olunmur?
A) periferik nevropatiya

B) görmə sinirinin atrofiyası.

C) ensefalopatiya

D) miopatiya

E) mielopatiya
Ədəbiyyat: В.А.Гусел,Н.В.Маркова. Справочник по клинической фармакологии. «Медицина», Москва, 1989.
1076) Vit.B12-nin defisiti zamanı görmə sahəsinin hansı dəyişkənliyi xarakterikdir?
A) bitemporal hemianopsiya

B) mərkəzi görmənin saxlanılması ilə olan hemianopsiya

C) binazal hemianopsiya

D) homonim hemianopsiya

E) mərkəzi skatoma
Ədəbiyyat: В.А.Гусел,Н.В.Маркова. Справочник по клинической фармакологии. «Медицина», Москва, 1989.
1077) Daun sindromu olan xəstənin beyni üçün xarakterik hal hansıdır?
A) hidrosefaliya

B) yaşına və bədəninə görə ölçüsü böyükdür

C) uzununa qeyri-normal dartılıb

D) artıq qırışlara malikdir.

E) yaşına və bədəninə görə ölçüsü kiçikdir
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
1078) Ağır miasteniyada müşahidə olunan əzələ zəifliyi özünü adətən nə şəkildə göstərir?
A) sallanmış əl

B) disfagiya

C) gözün hərəki sinirlərinin zəifliyi

D) sallanmış ayaq

E) diafraqmanın zəifliyi
Ədəbiyyat: Б.М.Гехт,Н.А.Ильина. Нервно-мышечные болезни. «Медицина», Москва, 1982.
1079) Düşen distrofiyasında psevdohipertrofiya harada müşahidə olunur?
A) çanaq qurşağı əzələlərində

B) çiyin qurşağı əzələlərində

C) baldır əzələlərində

D) bud əzələlərində.

E) müşahidə olunmur
Ədəbiyyat: Б.М.Гехт,Н.А.Ильина. Нервно-мышечные болезни. «Медицина», Москва, 1982.
1080) Əgər xəstədə kəskin diplopiya inkişaf edirsə, hansı zədələnmənin ehtimalı daha çoxdur?
A) gözün hərəki sinirinin

B) siliar liflərin

C) blok sinirin

D) müller liflərinin

E) uzaqlaşdırıcı sinirin
Ədəbiyyat: А.В.Триумфов. Топическая диагностика заболеваний нервной системы. «Мед-прессинформ», Москва, 2001.
1081) Üzdə ağrı və diplopiya (Qradeniqo sindromu) uşaqda hansı hallarda yaranır?
A) neoplazma

B) travma

C) işemiya

D) infeksiya

E) qansızma.
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
1082) Gözün hərəki sinirinin ilkin təzyiq simptomları nə şəkildə özünü göstərir?
A) bəbəyin genəlməsi

B) xarici çəpgözlük

C) yuxarı baxdıqda diplopiya.

D) aşağı baxdıqda diplopiya

E) daxili çəpgözlük
Ədəbiyyat: А.В.Триумфов. Топическая диагностика заболеваний нервной системы. «Мед-прессинформ», Москва, 2001.
1083) Orta qulağın xəstəlikləri zamanı hava keçiriciliyi nə cür dəyişir?
A) sümük keçiriciliyinə nisbətən güclü

B) yüksək və aşağı səslər arasında dövr edir.

C) sümük keçiriciliyinə nisbətən daha yavaş səslər

D) sümük keçiriciliyinə nisbətən daha yüksək səslər

E) sümük keçiriciliyinə nisbətən yavaş
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
1084) Anadangəlmə birincili hipotireoza xas olmayan əlamətlər:
A) Qəbizlik

B) Dərinin quruluğu

C) Diareya

D) Psixomotor inkişafın gecikməsi

E) Anadangəlmə uşaqlarda uzun müddət davam edən sarılıq
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
1085) Birincili anadangəlmə hipotireoz olan xəstələrdə müşahidə olunmur:
A) Boy hormonunun səviyyəsinin yüksəlməsi

B) Hiperxolesterinemiya

C) T3, T4 səviyyəsinin azalması

D) TSH hormonunun yüksəlməsi

E) Elektokardioqrammada voltajin azalması
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
1086) Müalicə olunmamış anadangəlmə hipotireozda müşahidə olunmur:
A) Qəbizlik

B) Toxumaların pastozluğu

C) Poliuriya

D) Dilin böyüməsi

E) Kobud səs
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
1087) 1-ci tip şəkərli diabetdə hipoglikemik koma zamanı məsləhət görülmür:
A) 40 % qlükoza məhlulunun vurulması

B) İnsulin vurmaq

C) 0,5-1,0 ml adrenolinin dərialtına vurulması

D) Hipoqlikemiyanın səbəbini araşdırmaq

E) Komadan çıxan xəstələrin yedizdirilməsi
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
1088) Anadangəlmə birincili hipotireozda aşağıdakılardan hansı müşahidə olunmur?
A) Hiperxolesterinemiya

B) Osteoporoz

C) Bradikardiya

D) Taxikardiya

E) Sümüklərin differensiyasının gecikməsi
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
1089) Uşaqlarda şəkərli diabetin diaqnozunu təsdiq etmək üçün aşağıdakı göstəricilərin hansılarından biri xas deyil?
A) Hiperqlikemiya

B) Qlükozuriya

C) Hiperbilirubinemiya

D) Poliuriya

E) Sidikdə ketonun olması
Ədəbiyyat: Н.Т.Старкова. Эндокринология. «Питер», Санк-Петербург. 2002.
1090) Xroniki böyrəküstü vəzin çatışmazlığına (Addison xəstəliyi) hansı aid deyil?
A) Ümumi zəiflik

B) Dərinin sarılığı

C) Hipotoniya

D) Arıqlama

E) Dərinin hiperpiqmentasiyası
Ədəbiyyat: Н.Т.Старкова. Эндокринология. «Питер», Санк-Петербург. 2002.
1091) Kəskin appendisitdən fərqli olaraq şəkərli diabetin prekomatoz vəziyyətinə nə xas deyil:
A) Trombositopeniya

B) Hiperqlikemiyanın olması

C) Qlükozuriyanın olması

D) Asidozun olması

E) Asetonuriyanın olması
Ədəbiyyat: Ю.Ю. Дедов. Эндокринология. «Медицина», Москва, 2002.
1092) Hipofizar nanizm xəstəliyinə xas olmayan əlamət hansıdır?
A) Sümüklərin inkişafı ilə pasport yaşının bir-biri ilə uyğun olmaması

B) Proporsional bədən quruluşu

C) Hipoqonadizim

D) Depiqmentasiya

E) “Kuklavari” üz cizgiləri
Ədəbiyyat: М.И. Балаболкин. Эндокринология. «Медицина», Москва, 1998.
1093) Şəkərli diabet diaqnozunu qoymaq üçün hansı triada əsasdır?
A) Poliuriya, polidipsiya, sidiyin xüsusi çəkisinin aşağı olması

B) Polifagiya, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması

C) Arıqlama, poliuriya, polidipsiya

D) Taxikardiya, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması

E) Tərləmə, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması
Ədəbiyyat: Е.Б.Кравец. Клинические лекции по детской эндокринологии.. “Тандем-Арт”, Томск, 2004.
1094) Diffuz-toksiki ur xəstəliyinə xas deyil:
A) Taxikardiya

B) Dərinin depiqmentasiyası

C) Ekzoftalm

D) Boy inkişafının tezləşməsi

E) Xırda tremor
Ədəbiyyat: М.И. Балаболкин. Эндокринология. «Медицина», Москва, 1998.
1095) 7 yaşlı uşaqda 4 gündür ki, qulaq ağrıları var, qızdırması 39,2°C-dir. Qulaq seyvanı önə-aşağı qabarıb, qulaqarxası sahədə ağrılar, şişkinlik və dərinin hiperemiyası vardır. Meningeal sindrom yoxdur. Bir həftə əvvəl kəskin rinit keçirmişdir. Sizin ilkin diaqnozunuz:
A) Parotit

B) Otit, mastoidit

C) Mikuliş simptomu

D) Rinit


E) Haymorit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
1096) Xroniki haymoritin diaqnostikası üçün biri istisna olmaqla, bütün sadalananlar təyin olunmalıdır:
A) antibiotikoqrammalar

B) burun ətrafı ciblərin rentgenoqrafiyası

C) qanın və sidiyin analizi

D) nevropatoloq məsləhəti

E) əsnəkdən yaxma
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
1097) 11 yaşlı uşaqda boğaz ağrıları, ağızın açılmasının mümkünsüzlüyü, yüksək ağız sulanması (tüpürcək buraxması) baş verir. Damaq badamcığının biri digərindən böyükdür, hiperemikdir, şişkindir, səsi tıntındır. Sizin ilkin diaqnozunuz:
A) udlaqarxası abses

B) tonzillit

C) paratonzilyar abses

D) difteriya

E) angina
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
1098) 5 yaşlı uşaqda üst çənə önə qabarıqdır, ağızdan nəfəs alır, udlağın arxa divarından selikli-irinli sekret axır. Tez-tez zökəm baş verir, ağzı açıq yatır, xoruldayır. Sizin ilkin diaqnozunuz:
A) tonzillit

B) III dərəcəli adenoidlər, adenoidit

C) I dərəcəli adenoidlər

D) xroniki haymorit

E) rinit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
1099) 10 yaşlı uşaqda udqunma zamanı boğazda ağrılar var, qızdırması 39,2°C-dir, baş ağrıları, badamcıqlar üzərində irinli ərp müşahidə olunur. Sizin ilkin diaqnozunuz:
A) paratonzilyar abses

B) faringit

C) udlaqarxası abses

D) angina

E) adenoidit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
1100) Paratonzilyar abses zamanı ilk əvvəl nə tövsiyyə olunur?
A) fizioterapiya təyin etmək (çənəaltı limfa düyünləri üzərinə UYT-cərəyanlar)

B) boğaza isidici kompres qoymaq

C) absesi yarmaq

D) boğazı qələvi məhlulla qar-qara etmək

E) suprastin və aspirin təyin etmək
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
1101) Skarlatina keçirən uşaqda neçə müddətdən sonra adenotomiya və tonzillektomiya əməliyyatı aparıla bilər:
A) 1 ay sonra

B) 6 ay sonra

C) 4 ay sonra

D) 3 ay sonra

E) 1 il sonra
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И.Керчев. Болезни уха, горла и носа. «Геотар – Мед.», Москва, 2002.
1102) Ananın deməyinə görə uşağı çimizdirəndən sonra onun eşitməsi korlanıb. Sizin ilkin diaqnoz hansıdır ?
A) qulaq kiri tıxacı

B) qulaq seyvanının qızılyeli

C) eşitmə sinirinin nevriti ( koxlear nevrit)

D) xarici qulaq keçəcəyinin furunkulu

E) kəskin otit
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И.Керчев. Болезни уха, горла и носа. «Геотар – Мед.», Москва, 2002.
1103) Uşaqlarda parotit zamanı ən çox hansı ağırlaşma qeyd olunur ?
A) anqina

B) eşitmə sinirinin nevriti ( koxlear nevrit)

C) sepsis

D) kəskin otit

E) meningit
Ədəbiyyat: Ю.Б.Исхаки, Л.И.Кальштейн. Детская оториноларингология. «Маориф», Душанбе, 1984.
1104) Kəskin rinitdən sonra qulaqda ağrılar və eşitmənin zəifləməsi qeyd olunur. İlk yardım hansı istiqamətdə aparılmalıdır ?
A) fizioterapiya təyin etmək

B) qulağa damcı tökmək

C) burun tənəffüsünün bərpası

D) ağrıkəsici təyin etmək

E) qulağa qızdırıcı sarğı qoymaq
Ədəbiyyat: В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин. Оториноларингология «Медицина», Москва 2002. с. 114 – 120.
1105) Qızılca keçirdikdən sonra hansı müddətdən sonra uşaqda adenotomiya və tonzillektomiya əməliyyatı aparıla bilər ?
A) 3 ay sonra

B) 15 gün sonra

C) 2 ay sonra

D) 1 ay sonra

E) 4 ay sonra
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И. Керчев. Болезни уха, горла и носа. «Геотар - Мед», Москва, 2002. с. 236 –239.
1106) Hansı lokalizasiyada yerləşən yad cisim üçün ballatasiya (yırğalanma) simptomu xarakterikdir ?
A) burunudlağın yad cismi

B) traxeyanın yad cismi

C) udlağın yad cismi

D) qırtlağın yad cismi

E) bronxun yad cismi
Ədəbiyyat: В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин. Оториноларингология «Медицина», Москва 2002. с. 314 – 316.
1107) Bu preparat göz tərəfdən fəsadlar verə bilər və oftalmoloq tərəfindən vaxtaşırı müşahidə tələb edir:
A) Taveqil

B) Delaqil

C) Novokainamid

D) Anaprilin

E) Kaptopril
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
1108) Bir yaşında qədər uşaqda mikroftalm olduğu zaman pediatr tərəfindən bütün müayinələri aparmaq vacibdir,biri istisna olmaqla:
A) Toksoplazmoza müayinə

B) Nevropatoloqun konsultasiyası

C) Kəllənin R-qrafiyası

D) 3 yaşına qədər təkbaşına müşahidə

E) Oftalmoloqun konsultasiyası
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1109) İrsi nefritin klinik gedişində aşağıdakı əlamətlərdən hansı olmur?
A) Katarakta

B) Eşitmə qabilliyətinin pozulması

C) Hematuriya

D) Görmə itiliyinin aşağı düşməsi

E) Konyunktivit
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1110) Göz patologiyasının və ürək dəyişikliklərinin uzlaşması hansı halda ola bilər?
A) İrsi nefrit

B) Vilson-Kanovalov xəstəliyi

C) Horner sindromu

D) Marfan sindromu

E) Lui-Bar sindromu
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1111) Uzun müddət istifadə olunduqda kataraktanın əmələ gəlməsinə səbəb ola bilər?
A) Diqoksin

B) Teonikol

C) APF antaqonistləri

D) Prednizolon

E) Fenobarbital
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
1112) Konyuktivit nə vaxt müşahidə olunmur:
A) Su çiçəyi

B) Qırmızı qurd eşənəyi

C) İyersinioz

D) Qızılça

E) Adenovirus infeksiyası
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1113) Konyuktivit aşağıdakı xəstəliklərin birində rast gəlmir:
A) Adenovirus infeksiyası

B) Reyter sindromu

C) Revmatizm

D) Qızılca

E) Qırmızı qurdeşənəyi
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
1114) Göz tərəfindən fəsadlaşma verə bilən preparat:
A) Enap

B) Heparin

C) Kordaron (amiadaron)

D) Ampisillin

E) Aspirin
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
1115) Reyter sindromuna daxil deyil:
A) Konyuktivit

B) Artrit

C) Uretrit

D) Katarakta

E) Leykosituriya
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1116) Diffuz toksiki ur zamanı gözdə dəyişiklik:
A) Enoftalm

B) Mikroftalm

C) Nistaqm

D) Ekzoftalm

E) Anizokoriya
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
1117) Şəkərli diabet zamanı göz tərəfindən ən ağır fəsad:
A) Katarakta

B) İridosiklit

C) Qlaukoma

D) Konyunktivit

E) Retinopatiya
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.; Р.В. Гаджиев Диабетическая ретинопатия, Баку, «Елм» 1999, 71с.
1118) Hansı xəstəlikdə göz yarığı çəp formalı olur?
A) Dermatomiozit

B) Pankardit

C) Piyelonefrit

D) Talassemiya

E) Revmatoid artrit
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
1119) Yarımçıq doğulmuş uşaqlarda bu göz simptomlarından ən çox hansı rast gələ bilər?
A) Nistaqm

B) Konyuktivit

C) Retrolental fibroplaziya

D) Çəpgözlük

E) Anizakoriya
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
1120) Mərkəzi sinir sisteminin zədələnməsi zamanı bu göz simtomlardan hansı təsadüf etmir:
A) Midriaz

B) Miopiya

C) Nistaqm

D) Grefe simtomu

E) Ekzoftalm
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
1121) Ağır kəllədaxili qansızma zamanı gözdə yaranan dəyişiklik hansıdır?
A) Batan qünəş simptomu

B) Anoftalm

C) Konyuktivit

D) Uveit


E) Keratit
Ədəbiyyat: Г.Г. Шанко, Е.С. Бондаренко Невропатология детского возраста, Минск, «Высшейшая школа», 1990, 560с.
1122) Yeni doğulmuş uşağın gözü ilkin olaraq hansı xəstəliyə qarşı mütləq profilaktika edilməlidir?
A) Dermatomiozit

B) Sifilis

C) Qonablenoreya

D) Hepatit

E) Vərəm
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
1123) Hansı sindrom zamanı gözün sklerası daim sarı olur ?
A) Qlisse sindromu

B) Jilber sindromu

C) Marfan sindromu

D) Reyter sindromu

E) Horner sindromu
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
1124) Gözdə qalın bozumtul ərpin olması hansı infeksion xəstəliyin olmasına şübhə yaradır?
A) Qızılça

B) Difteriya

C) Məxmərək

D) Dizenteriya

E) Su çiçəyi
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология, Санкт-Петербург, «Бином», 2002. с. 248.
1125) Hansı bağırsaq infeksiyası gözün ağır zədələnməsinə səbəb ola bilər?
A) İyersinioz

B) Dizenteriya

C) Eşerixioz

D) Salmonelyoz

E) Botulizm
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология, Санкт-Петербург, «Бином», 2002. с. 248.
1126) Hansı dərman qruplarına aid olan preparatlar midriaza səbəb ola bilər ?
A) Antipiretik

B) Antibiotik

C) Qeyri steroid iltihabəlehinə

D) Analgetik

E) Antihistamin
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
1127) Horner sindromuna hansı siptom aid deyil?
A) Enoftalm

B) Nistaqm

C) Hipotoniya

D) Ptoz


E) Mioz
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248; K.K.Tağibəyov Oftalmoloji Lüğət, İzahlı Bakı, “Kəsıoglu”, 2003, 181s.
1128) Yenidoğulmuşun dakriosistiti zamanı hansı simptom müşahidə olunur?
A) İşıqdan qorxma

B) Nistagm

C) Ekzoftalm

D) Blefarospazm

E) Yaş nöqtələrindən irin axması
Ədəbiyyat: М.Ю. Султанов Щадящая техника дакриоцисториностомии, Баку, «Елм», 1996, 30с. K.K.Tağibəyov Oftalmoloji Lüğət İzahlı, Bakı, “Kəsıoglu”, 2003, 181s.
1129) Albinizm zamanı göz almasında hansı simptomlar müşahidə olunmur?
A) Ekzoftalm

B) Görmə itiliyinin enməsi

C) Nistaqm

D) Cəpgözlük

E) İşıqdanqorxma
Ədəbiyyat: Д.Тейлор, К.Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1130) Leykemiyalı xəstələrdə vinkristinlə müalicə zamanı hansı fəsadlar müşahidə oluna bilər?
A) Glaukoma

B) Uveit


C) Ekzoftalm

D) Ptoz


E) Keratit
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1131) Şəkərli diabet zamanı oftalmaloq tərəfindən xəstə müayinə olunmalıdır:
A) 3 ildən bir

B) 6 aydan bir

C) 6 ildən bir

D) həftədə bir dəfə

E) ildə bir dəfə
Ədəbiyyat: Р.В. Гаджиев Диабетическая ретинопатия, Баку, «Елм», 1999, 71с.
1132) Gözdaxili təzyiqin tonometriyasının normal rəqəmləri hansılardı?
A) 16-26 mm.c/s

B) 39-41 mm. c/s

C) 11-14 mm. c/s

D) 28-32mm. c/s

E) 39-50 mm c/s
Ədəbiyyat: Э.С.Аветисов Руководство по детской офтальмологии М., «Медицина», 1987, 367с.
1133) Sideroz nə deməkdir?
A) Görmə sinirinin zədələnməsi

B) Göz toxumasında dəmirin toplanması

C) Quzehli qişanın iltihabı

D) Gözdə misin toplanması

E) Buynuz qişanın iltihabı
Ədəbiyyat: Р.А. Гундорова, А.А. Малаев, А.М. Юшаков Травмы глаза. М., «Медицина, 1986, 363с.
1134) Göz yuvasının bədxassəli şişlərinə xarakterik olmayan əlamət hansıdır?
A) Enoftalm

B) Görmə funksiyaların çox tez enməsi

C) Göz qapaqların və göz ətrafı toxumaların şişkinliyi

D) Göz almasının hərəkətin məhdudlaşması

E) Ekzoftalm
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.


Download 1,06 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18




Download 1,06 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



) Əyripəncəliyi hansı yaşda müalicə etmək mütləq vacibdir?

Download 1,06 Mb.