) Göz almasının kontuziyası ilə xəstələrə məxsus deyil




Download 1,06 Mb.
bet17/18
Sana24.10.2020
Hajmi1,06 Mb.
#12235
1   ...   10   11   12   13   14   15   16   17   18

1135) Göz almasının kontuziyası ilə xəstələrə məxsus deyil:
A) Enoftalm

B) Ekzoftalm

C) Göz ətrafında sianoz

D) Miopiya

E) Göz qapaqları altına və göz almaları konyuktivasının altına qansızmalar
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1136) Qlaukomanın kəskin tutması zamanı göz daxili təzyiq necə olur?
A) Çox yüksək

B) Dəyişiksiz

C) Kəskin aşağı

D) Yüksək

E) Aşagı
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1137) Anadangəlmə qlaukoma ilə əziyyət çəkən uşağın əməliyyat olunması:
A) Məktəbə gedən zaman

B) Konservativ müalicənin effekti olmadıqda

C) 14 yaşında

D) Diaqnoz qoyulduqdan bir ay ərzində

E) 15 yasından sonra
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
1138) İlk süd dişi rüşeymləri nə vaxt yaranır?
A) Hamiləliyin – 6-7-ci həftəsi

B) Hamiləliyin-22-26-cı həftəsi

C) Hamiləliyin 9-12 –ci həftəsi

D) Hamiləliyin – 12-14 –cü həftəsi

E) Hamiləliyin – 16-20-ci həftəsi
Ədəbiyyat: Н.Н.Баъанов. Стоматология. «Медицина», Москва, 1990.
1139) Uşağı stomatoloqa nə vaxt göstərmək lazımdır?
A) Dişlərdə çürümə aşkar edilən kimi

B) İlk süd dişləri çıxan kimi

C) Risk faktoru aşkar olunanda

D) 1 yaşında

E) Ağır raxit zamanı
Ədəbiyyat: T.F.Vinoqradova. Məktəbəqədər yaşlı uşaqlarda stomatoloci xəstəliklərin profilaktikası və müalicəsində pediatrın və stomatoloqun rolu». SSRİ Səhiyyə Nazirliyi Ana və Uşaqların Mühafizəsi Baş İdarəsi. Moskva, 1981, 4, 24 cədvəl
1140) Uşaqlara dişlərini təmizləməyi nə vaxtdan öyrətmək lazımdır?
A) ilk süd dişləri çıxan vaxtdan

B) 2 yaşından

C) 5 yaşından

D) məktəbə daxil olmaq ərəfəsində

E) süd dişlərinin hamısı çıxdıqdan sonra
Ədəbiyyat: Е.В.Боровский, В.Н.Копейкин, А.А.Колесников, А.Г.Шаргородский. Стоматология. “Медицина”, Москва, 1987. с. 66-68.
1141) Bunlardan hansı ağız boşluğu selikli qişasında patoloji proseslər nəticəsində baş verən dəyişiklik deyil?
A) Vakual distrofiya

B) Parakeratoz

C) Akantoz

D) Fibroz

E) Diskeratoz
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nicniy Novqorod, 2004.
1142) Eksfoliativ xeylit zamanı zədələnmə sahəsi hansıdır ?
A) Ağız boşluğu selikli qişası

B) Yanaqlar

C) Diz büküşləri

D) Dirsək büküşləri

E) Dodağın qırmızı haşiyəsi
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
1143) Aşağıdakılardan hansı qlossitin müasir təsnifatına aid deyil?
A) Skrotal dil

B) Rombabənzər qlossit

C) Kubabənzər qlossit

D) Deskvamativ qlossit

E) Sapabənzər dil məməciklərinin xroniki hiperplasiyası
Ədəbiyyat: L.N.Kazarina. Uşaqlarda ağız boşluğu selikli qişası və dodaq xəstəlikləri. “NQMA”, Nijniy Novqorod, 2004.
1144) Tüpürcək vəzilərinin retensiyalaşmış sisti necə adlanır?
A) Mikoselle

B) Bilaretal parotit

C) Ranula

D) Sialodenit

E) Autoimmunal parotit
Ədəbiyyat: A.Kameron, R.Uidmer. Uşaq stomatologiyası üzrə soraq kitabçası. «Medpress-İnform», Moskva, 2003.
1145) Dişin çənə sümüyündə qalaraq çıxmaması patologiyası necə adlanır?
A) Retensiya

B) Osteomielit

C) Osteoma

D) Qlossalgiya

E) Parotit
Ədəbiyyat: Н.Н.Баъанов. Стоматология. «Медицина», Москва, 1990.
1146) Paradontitin yaranmasına səbəb olan yerli faktorlara aşağıdakılardan hansı aid deyil ?
A) Follikulyar sist

B) Epülis

C) Ameloblastoma

D) İçməli suda florun miqdarı

E) Odontoma
Ədəbiyyat: A.A.Kolesov. Uşaq stomatologiyası. «Medisina», Moskva, 1991.
1147) Epidemik parotitin hansı xəstəliklərlə differensial diaqnostikası aparılır?
A) Otit

B) Herpetik stomatit

C) İnfeksiyon mononukleoz

D) Osteomielit

E) Follikulyar angina
Ədəbiyyat: V.V.Rodinskiy. Uşaqlarda üz-çənə nahiyyəsinin iltihabi prosesləri. «Detstomizdat», Moskva, 1998.
1148) Florlaşma rejimi təyin ediləndə aşağıdakılardan hansı faktor kimi nəzərə alınmır?
A) Pasiyentin yaşı

B) İqlim şəraiti

C) İçməli suda florun miqdarı

D) Tibbi göstəriş

E) Pasiyentdə kariyes yaranma riskinin dərəcəsi
Ədəbiyyat: A.Kameron, R.Uidmer. Uşaq stomatologiyası üzrə soraq kitabçası. «Medpress-inform», Moskva, 2003.
1149) Dəri leyşmaniozu hansı qrup xəstəliklərə aiddir?
A) transmissiv

B) dərinin irinli xəstəliyi

C) virus xəstəliyi

D) kollagenozlar

E) irsi xəstəliklər
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1150) Bərk Şankrı hansı xəstəliklə differensasiya etmək lazımdır?
A) pullu dəmrov

B) leyşmanioz

C) dəri vərəmi

D) dəri xərçəngi

E) herpes
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1151) İnsan qoturluğu necə yoluxur?
A) cinsi yolla

B) daraqdan

C) əşyalardan

D) ağcaqanad vasitəsi ilə

E) əllə görüşdükdə
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1152) Qoturluğun müalicəsində hansı preparatlardan istifadə olunur?
A) dimedrol

B) benzil benzoat suspensiyası

C) penisillin

D) prednizolon

E) Pananqin
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1153) Vasserman reaksiyası hansı xəstəliyin diaqnostikasında tətbiq olunur?
A) qonoreya

B) sifilis

C) herpes

D) urogenital xlamidioz

E) trixomoniaz
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1154) Qonoreya zamanı hansı orqanlar zədələnmiş olur?
A) qara ciyər

B) sidik cinsiyyət

C) limfa vəziləri

D) ağ ciyər

E) mədə
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1155) Sifilisin yoluxma yolları hansılardır?
A) kontakt

B) əllə görüşmə

C) əşyalardan

D) cinsi


E) hava damcı yolu ilə
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1156) QİÇS xəstəliyinin törədicisi nədir?
A) həşəratlar

B) ibtidai

C) virus

D) bakteriya

E) göbələk
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1157) Mikrosporiya hansı qrup göbələk xəstəliklərinə aiddir?
A) kandidoz

B) dərin mikoz

C) psevdomikoz

D) keratomitoz

E) dermatofitlərə
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1158) Aşağıdakı piodermiya formalarından hansı kontaqiozdur?
A) furunkulyoz

B) vulqar ektima

C) vulqar impetiqo

D) vulqar sikoz

E) xroniki xoralı piodermiya
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1159) Dermatitin klinik növlərinə aid olmayan hansıdır?
A) bullyoz pemfiqoid

B) toksik allerqik

C) peşə

D) kontakt allergik



E) sadə kontakt
Ədəbiyyat: Ю.К.Скрипкина. Кожные и венерические болезни. «Медицина», Москва, 1996
1160) Uşaqların məktəb tədrisinə hazırlıq səviyyəsini müəyyən etmək üçün istifadə edilir:

1. Veksler testi

2. Kern – İraseka testi

3. Dairə kəsilməsi motometrik testi

4. Nitqin səlisliyinin müayinəsi

5. Harvard step – testi
A) 1, 2, 5

B) 2, 3, 4

C) 2, 4, 5

D) 1, 3, 5

E) 1, 3, 4
Ədəbiyyat: S.Həsənova. 6 yaşlıların məktəb tədrisinə morfofunksional hazırlığınını təyini, birinci sinifdə tədris məşğələlərinin təşkili (Metodik tövsiyyələr), Bakı, 2004
1161) Bioloji yaş nədir?
A) Böyümə və inkişafın fərdi sürətindən asılı olan orqanizmin morfo-funksional xüsusiyyətlərinin cəmidir

B) Anadan olan andan yetkinlik yaşına qədər ki dövrdür

C) Mayalanmadan müayinə anına qədər ki dövrdür

D) Uşağın anadan olan andan müayinə vaxtına qədər yaşadığı dövrdür

E) Mayalanmadan doğuma qədər ki dövrdür
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1162) Yaş dövrü elə zaman kəsiyidir ki, bu vaxt
A) Böyümə və inkişaf prosesləri, orqanizmin fizioloji xüsusiyyətləri oxşardır, qıcıqlandırıcılara qarşı reaksiya eynidir

B) Uşaq eyni tipli uşaq müəssisələrinə gedir

C) Uşaqların fiziki və psixi inkişaf göstəriciləri dürüst olaraq fərqlənmir

D) Böyümə və inkişaf prosesləri bitib, qıcıqlandirıcılara qarşı reaksiya fərqlənmir

E) Orqanizmin fizioloji xüsusiyyətləri dürüst olaraq fərqlənmir
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1163) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı E.İslamova diaqnoz qoyulmuşdur: kəskinləşmə mərhələsində xroniki qastrit. Fiziki inkişafı yaşa uyğundur, bədən kütləsi defisiti hesabına disharmonikdir. Psixi inkişafı yaşa uyğun, harmonikdir.
A) IV qrup

B) III qrup

C) I qrup

D) II qrup

E) V qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1164) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı Ş.Kərimovda xroniki xəstəliklər və morfo-funksional dəyişikliklər aşkar edilməmişdir. Fiziki və psixi inkişafı yaşa uyğun və harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 3 KRVİ, paraqrip, kəskin kataral angina keçirmişdir.
A) IV qrup

B) V qrup

C) I qrup

D) III qrup

E) II qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1165) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı Z.Qədirovda xroniki xəstəliklər aşkar edilməmişdir. Fiziki inkişafı pasport yaşından geri qalır, harmonikdir. Psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində pnevmoniya, məxmərək, kəskin kataral otit keçirmişdir.
A) V qrup

B) II qrup

C) I qrup

D) IV qrup

E) III qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1166) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı O.Babayeva diaqnoz qoyulmuşdur: dekompensə formasında xroniki tonzillit. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 4 kəskin follikulyar angina, qrip, paratonzilyar abses keçirmişdir.
A) II qrup

B) IV qrup

C) III qrup

D) I qrup

E) V qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1167) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı M.Nəsibova diaqnoz qoyulmuşdur: yastıpəncəlik. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində 3 KRVİ, paraqrip, kəskin bronxit keçirmişdir.
A) V qrup

B) III qrup

C) II qrup

D) IV qrup

E) I qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1168) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəsislərin iştirakı ilə həkim müayinəsi zamanı N.Muradova diaqnoz qoyulmuşdur: yastılaşmış pəncə. Fiziki və psixi inkişafı yaşa uyğyn, harmonikdir. Müayinəyə qədər ki 1 il ərzində 2 KRVİ, paraqrip, kəskin otit keçirmişdir.
A) II qrup

B) III qrup

C) I qrup

D) IV qrup

E) V qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1169) Uşağın hansı sağlamlıq qrupuna aid olduğunu təyin edin: mütəxəssislərin iştirakı ilə həkim müayinəsi zamanı T.Nərimanova diaqnoz qoyulmuşdur: kliniki və laborator remissiya stadiyasında bronxial astma. Fiziki və psixi inkişafı yaşa uyğun, harmonikdir. Müayinəyə qədərki 1 il ərzində 2 KRVİ, paraqrip keçirmişdir.
A) IV qrup

B) III qrup

C) I qrup

D) V qrup

E) II qrup
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1170) Akselerasiya nədir?
A) Cinsi yetişkənliyin sürətlənməsi və sinir sisteminin qıcıqlanmasıdır

B) Fiziki və cinsi yetişkənliyin tempinin sürətlənməsi

C) Böyümə proseslərinin sürətlənməsi

D) Cinsi yetişkənliyin sürətlənməsi və libido əmələ gəlməsidir

E) Zehni inkişafın sürətlənməsi və sinir sisteminin qıcıqlanmasıdır
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1171) Bioloji baxımdan yeniyetmə yaşı nə vaxt qurtarır?
A) 18 – 20 yaşda

B) 13 – 14 yaşda

C) 17 – 18 yaşda

D) 22 yaşda

E) 15 – 16 yaşda
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1172) Uşaq orqanizminin böyümə və inkişaf qanunauyğunluqlarına hansı aid deyil?
A) Tam orqanizmin və funksional sistemlərin bioloji mötəbərliyi

B) Böyümə və inkişaf tempinin qeyri-bərabərliyi

C) Ayrı-ayrı üzv və sistemlərin böyümə və inkişafının eyni zamanda olmaması (heteroxronluq)

D) Orqanizmin nisbi enerji sərfinin artması

E) Akselerasiya
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1173) Bioloji yaşı aşağıdakı əlamətlərin hansı ilə təyin etmək olmaz?
A) Ikincili cinsi əlamətlərin inkişaf səviyyəsi

B) Daimi dişlərin miqdarı

C) Sümükləşmə nöqtələrinin olması

D) Ağ ciyərlərin həyat tutumu

E) Boyun uzunluğu və onun illik artımı
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1174) Uşağın fiziki inkişafının kompleks qiymətləndirilməsi lazımdır:

1. Xəstəliklərin inkişaf etmə riski olan uşaqlarin seçilməsi üçün

2. Fərdin sağlamlıq vəziyyəti və onun dinamikasının qiymətləndirilməsi üçün

3. Kollektivin sağlamlıq vəziyyətindəki dinamikanı qiymətləndirmək üçün

4. Uşaq və yeniyetmələrin bədən tərbiyəsi məşğələlərinə qruplaşdırılması üçün

5. Uşaq və yeniyetmələrin əmək tədrisinə hazırlığını qiymətləndirmək üçün
A) 1, 2, 4

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 4, 5
Ədəbiyyat: Vəliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1175) Uşaq və yeniyetmələrin fiziki inkişafı asılıdır:

1. Bioloji amillərdən

2. Sosial amillərdən

3. Sağlamlıq vəziyyətindən

4. Müayinə üsullarından

5. Qiymətləndirmə üsullarından
A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat: Vəliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1176) Böyük məktəb yaşda (14-17yaş) biloji inkişafın aşağıdakı göstəriciləri daha informativdir:

1. Boy

2. Boyun illik artımı

3. Daimi dişlərin miqdarı

4. Bədən quruluşunun proporsiyalarının dəyişilməsi

5. İkincili cinsi əlamətlərin inkişaf səviyyəsi
A) 2, 4

B) 3, 5


C) 2, 5

D) 1, 4


E) 1, 3
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1177) Uşaqların sağlamlıq vəziyyətinə təsir edən əsas risk amilləri:

1. Gün rejimi və təlim-tərbiyyə prosesinin pozulması

2. Qidalanmanın keyfiyyətində və təşkilində çatışmazlıqlar

3. Gigiyenik vərdişlərin və sağlam həyat tərzinin olmaması

4. Uşaq müəssisələrinə getmə

5. İdmanla məşğuliyyət
A) 1, 3, 5

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 2, 3

E) 1, 2, 4
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1178) Uşaq populyasiyasında ekoloji şərtlənmiş əsas patoloji formaları hansılardı?

1. Yenidoğulmuşların anadangəlmə patologiyası

2. Yenitörəmələr

3. Bronx-ağciyər patologiyaları

4. Dəmir defisitli anemiya

5. Sənəti xəstəliklər
A) 3, 5

B) 2, 4


C) 3, 4

D) 2, 5


E) 1, 4
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1179) Uşaq və yeniyetmə əhalisinin sağlamlıq vəziyyətinin təhlili hansı göstəriciyə əsasən aparılmır?
A) Sağlamlıq indeksinə görə

B) Tez-tez xəstələnən uşaqların sayına görə

C) Sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsinə görə (sağlamlıq qruplarına bölmə)

D) Funksional sınaq reaksiyası tipinə görə

E) Ümumi xəstələnmə göstəricilərinə görə
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1180) Uşağın sağlamlıq qrupunu təyin etməklə sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı nə nəzərə alınmır?
A) Müayinə anı üçün xroniki xəstəliklərin olub – olmaması

B) Il ərzində xəstəliklə əlaqədar itirilən günlərin sayı

C) Fiziki və psixi inkişaf səviyyəsi və onun harmonikliyi

D) Orqanizmin əsas sistemlərinin funksional vəziyyətinin səviyyəsi

E) Il ərzində xəstələnmələrin miqdarı
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1181) Uşaqların sağlamlıq qruplarına bölgüsü əhəmiyyətlidir:

1. Uşaq kollektivinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə

2. Xəstəliklərin inkişaf riski olan qrupun aşkar edilməsi məqsədi ilə

3. Uşaq kollektivinin sağlamlıq vəziyyətinin dinamikasını qiymətləndirmək məqsədi ilə

4. Xəstəliklərin müalicəsi və profilaktikası üzrə fərdi məsləhətlərin təyini məqsədi ilə

5. Fiziki və zehni yükün fərdi normalaşdırılması məqsədi ilə
A) 3, 4, 5

B) 1, 2, 3

C) 1, 3, 5

D) 1, 2, 4

E) 2, 4, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1182) Uşaq və yeniyetmələrin maddələr mübadiləsi xüsusiyyətlərinə aiddir:

1. Əsas mübadilənin ən böyük intensivliyi

2. Anabolitik proseslərin üstünlüyü

3. Enerjinin nisbətən çox sərfi

4. Katabolitik proseslərin üstünlüyü

5. Enerjinin nisbətən az sərfi
A) 1, 3

B) 3, 4


C) 1, 4

D) 2, 5


E) 3, 5
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1183) Uşaq və yeniyetmə müəssisələrində qidalanmanın təşkilinə nəzarət üzrə tibb işçilərinin vəzifələrinə nə aid deyil:
A) Ərzaqların saxlanması şəraitinə və onların işlənmə müddətinin gözlənilməsinə nəzarət

B) Qida blokunun sanitar-əksepidemioloji rejiminə və qabların təmizlənməsinə nəzarət

C) Uşaqların qida qəbuluna nəzarət

D) Qida rasionunun kəmiyyət və keyfiyyət tərkibinə nəzarət

E) Daxil olmuş ərzaq məhsullarının keyfiyyətinə nəzarət
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1184) 6 yaşlı uşaqların məktəb tədrisinə hazır olması aşağıdakı göstəricilərə əsasən müəyyən edilir:

1. Orqanizmin morfo-funksional yetişkənliyi

2. Cins

3. Sağlamlıq vəziyyəti

4. Yaş

5. Valideynlərin arzusu
A) 2, 4

B) 1, 3


C) 1, 4

D) 3, 5


E) 2, 5
Ədəbiyyat: V.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. “Təbib”, Bakı, 1995.
1185) Uşağın həyatının kritik dövrləri hansılardır?

1. yenidoğulmuş dövr

2. həyatının 3 – 6 ayı

3. həyatının 2 – 4 ili

4. 9 – 10 yaşlar

5. 16 – 18 yaşlar
A) 2, 4, 5

B) 1, 2, 3

C) 1, 3, 5

D) 1, 2, 4

E) 1, 3, 4
Ədəbiyyat: В.Р.Кучма. Гигиена детей и подростков. «Медицина», Москва, 2001
1186) Yaşı 18 yaşından yuxarı şəxslərdə arterial hipertenziya göstəricisi hansıdır?
A) 120-80 mm.c.s.

B) 140/90 mm c.s.

C) 125/85 mm c.s.

D) 140/80 mm c.s.

E) 160/95 mm c.s.
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004. – с. 224
1187) 15-17 yaşlı qızlarda normal maksimal arterial təzyiqin göstəricisi:
A) 120/70 mm c.st

B) 140/80 mm c.st

C) 150/90 mm c.st

D) 120/80 mm c.st

E) 130/80 mm c.st
Ədəbiyyat: Н.А.Белоконь, М.Б.Кубергер. Болезни сердца и сосудов у детей. «Медицина», Москва, 1987, стр. 139, таб. 38
1188) 15-17 yaşlı oğlanlarda arterial hipertenziyanın sərhəd göstəricisi:
A) 160/90 mm c.st

B) 146/89 mm c.st

C) 147-160/89 mm c.st

D) 141-145/80-85 mm c.st

E) 140/80 mm c.st
Ədəbiyyat: Н.А.Белоконь, М.Б.Кубергер. Болезни сердца и сосудов у детей. «Медицина», Москва, 1987,стр. 139, таб. 38
1189) Yeniyetmələrin boy artımının əsas hormonu hansıdır?
A) melatonin

B) insulin

C) qalxanvarı vəzin hormonu

D) hipofizin somatotrop hormonu

E) böyrəküstü vəzin hormonu
Ədəbiyyat: Т.В.Капитан. Пропедевтика детских болезней с уходом за детьми. «МЕДпресс-информ», Москва, 2004, стр. 529
1190) Bunlardan hansı kombinə olunmuş antibakterial terapiyaya göstəriş sayılmır?
A) 72 saat ərzində hərarətin enməsi

B) davamlı infeksiya

C) müəyyən antibiotikin müsbət effekt vermədiyi ağır xəstəlik

D) qarışıq floranın olması

E) naməlum törədici
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. Том I, «Питер», Санкт-Петербург, 2004,
1191) Yeniyetmə yaşında ürəyin anatomik-fizioloji xüsusiyyətlərinə aid forma variantları hansılardır?

1. Ürəyin gənclik hipertrofiyası

2. Kiçik və ya asılmış vəziyyətdə olan («damcı») ürək

3. Normal ölçülərdə olan ürəyin mitral forması

4. Ürəyin aortal forması

5. « Uzanmış » vəziyyətdə olan ürək
A) 2, 4, 5

B) 1, 2, 4

C) 1, 2, 3

D) 3, 4, 5

E) 1, 3, 5
Ədəbiyyat: K.Ə.Balakişiyev. İnsanın normal anatomiyası. «Maarif». Bakı. 1979.
1192) Ürək avtomatizmi funksiyasının yeniyetmə dövrünün anatomik fizioloji xüsusiyyəti olan pozulmalarına aiddir:

1. Sinus taxikardiyası

2. Sinus aritmiyası

3. Sinus bradikardiyası

4. Sinus düyününün zəifləməsi sindromu

5. Paroksizmal taxikardiya
A) 3, 4, 5

B) 1, 2, 4

C) 1, 3, 5

D) 2, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: L.M.Belyayeva, E.K. Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.
1193) Yeniyetmələrdə funksional küyün xarakterik auskultativ əlamətlərinə aiddir:

1. Ağ ciyər arteriyası üzərində eşidilən zəif sistolik küy

2. Küyün adətən məhdud sahədə eşidilməsi

3. Küyün daha çox horizontal vəziyyətdə eşidilməsi

4. Ürəyin zirvəsində diastolik küy

5. Fiziki yükləmədən sonra küyün artması
A) 1, 2, 3

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 4

E) 3, 4, 5
Ədəbiyyat: L.M.Belyayeva, E.K.Xrustalyova. Uşaq və yeniyetmələrdə ürək qan-damar sistemi xəstəlikləri. «Vısşaya şkola». Moskva. 2003.


Download 1,06 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18




Download 1,06 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



) Göz almasının kontuziyası ilə xəstələrə məxsus deyil

Download 1,06 Mb.