|
Rabitə şəbəkələrinin qurulma prinsipləri
|
bet | 24/40 | Sana | 11.01.2024 | Hajmi | 0,59 Mb. | | #134851 |
Bog'liq DOC-20240109-WA0011.51. Rabitə şəbəkələrinin qurulma prinsipləri
52. Şəbəkə arxitekturaları
Elektrik şəbəkələrinin iki arxitekturası məlumdur: ierarxik və qeyri-ierarxik adını almışdır. İerarxiya arxitekturalı şəbəkələrin müsbət cəhəti onların topologiyalarının asanlıqla dəyişdirə bilməsi hesab edilir.
Telefon şəbəkələri üçün ierarxiya topologiyalı arxitekturaları-modelləri daha geniş yayılmışdır. Bunların içində tam rabitə imkanlı şəbəkə modellərini göstərmək olar: 1. Ulduz(radial), ağacvari(radial-qovşaq); 2. Bir hər bir prinsipi; 3. Qovşaq əmələgətirmə- GMQ; GMQ-ÇMQ.
Son illərdə paket sistemli stansiyaların tətbiqi ilə əlaqədar olaraq Bakı telefon rabitəsi istehsalat birliyinə məxsus şəbəkədə lokal şəbəkə modellərinə xas olan "Sin" və "dairəvi ", "ağacvari" arxitekturalı NGN modelinə, C&C08 stansiyasında olduğu kimi daha çox üstünlük verilir. NGN arxitekturalı şəbəkə modeli bu istiqamətdə inkişaf edir. Hər hansı şəbəkə arxitekturasına üstünlüyün verilməsi istifadəçilərin sayından, xidməti ərazinin həndəsi forması və ölçülərindən, şəbəkə yaranan trafikin həcmindən, nömrələmə sistemindən, ümumi nömrə tutumundan, telefon sıxlığından və bir neçə parametrdən asılıdır.
53. Nömrələmə sistemi, qovşaqəmələgətirmə modeli şəbəkələr
Kommutasiya olunan TŞ-nə çağıran və çağırılan istifadəçilər arasında birləşmənin yaranması üçün hər abunəçi xəttinə (AX) rəqəm ünvanı verilir. Abunəçi xətlərinin rəqəm ünvanları sistemi nömrələmə sistemi adlanır. Nömrələmə sistemi avtomatik kommutasiya zamanı çağıran abunəçi tərəfindən istifadə olunan işarələr (rəqəm və ya hərf) sistemidir. Nömrələmə sisteminə müxtəlif tələblər qoyulur:
-Vahid şəbəkədə eyni nömrəli abunəçi xətti olmamalı;
-Nömrənin minimal sayda rəqəmə malik olması və s.
Rəqəmli “qovşaqəmələgətirmə” üsullu şəbəkə:
RATS-in sayı 8 olarsa, ŞTŞ-də GMQ tətbiq olunur. 6 rəqəmli nömrələmə olur. (000000-999999). 8 G Q olduqda, “Giriş-çıxış” qovşaq əmələgətirmə modelli şəbəkə yaradır.
“ Giriş və çıxış“ “qovşaq əmələgətirmə “ üsullu şəbəkələrdə 8 GMQ 7 rəqəmli nömrələmə olur. Hər qovşaq rayonunda 8 ATS ola bilər. (00000000-99999999). NGN arxitekturalı şəbəkələrdə xidməti ərazinin sərhəd anlayışı yoxdur.
|
| |