• Qaz təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında qaz enerjisinin alqı-satqısının birtipli MÜQAVİLƏSİ
  • 1. Müqavilənin məzmunu.
  • 2. Tərəflərin hüquq və vəzifələri.
  • 3. Hesablaşma və ödəniş qaydaları
  • 4. Xüsusi müddəalar
  • 5. Müqavilənin müddəti
  • TƏRƏFLƏR “Təchizatçı” “İstehlakçı”
  • Tərəflərin hüquqi ünvanları və rekvizitləri




    Download 468.5 Kb.
    bet14/14
    Sana06.06.2021
    Hajmi468.5 Kb.
    #14801
    1   ...   6   7   8   9   10   11   12   13   14
    8. Tərəflərin hüquqi ünvanları və rekvizitləri
    8.1. Tərəflərin hüquqi ünvanları və rekvizitləri:

    İSTEHLAKÇI

    PAYLAYICI

    ______________________________________

    ______________________________________

    (soyadı, adı, atasının adı)

    (adı)

    Ünvanı:_______________________________

    Hüquqi ünvanı: _________________________

    ______________________________________

    ______________________________________

    Telefon nömrəsi ________________________

    Telefon nömrəsi ________________________

    ________________

    ____________________________________

    (imza)

    (səlahiyyətli şəxsin soyadı, adı, atasının adı və imzası)




    M.Y.

    “_____”_______________20 _____ il

    “_____”_______________20 _____ il



















































    Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.

    Qaz təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında

    qaz enerjisinin alqı-satqısının birtipli
    MÜQAVİLƏSİ

    Biz aşağıda imza edənlər, “Təchizatçı” adlanacaq _____________________________ qaz təchizatı müəssisəsi adından _____________________________ (vəzifəsi, adı, soyadı, atasının adı) şəxsində və “İstehlakçı” adlanacaq _____________________________ (ünvanı, adı, soyadı, atasının adı) məişət abonenti tərəflər arasında qaz enerjisinə dair alqı-satqı müqaviləsi bağlayırıq.


    1. Müqavilənin məzmunu.
    Bu müqavilə “Təchizatçı” və “İstehlakçı” arasında qaz enerjisinin alqı-satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Qaz təsərrüfatının texniki istismar Qaydaları”na, Mülki Məcəllənin müvafiq maddələrinə və digər qanunvericilik aktlarına əsasən tənzimləyir.
    2. Tərəflərin hüquq və vəzifələri.
    2.1. “Təchizatçı”:

    2.1.1. “İstehlakçı”nı fasiləsiz, təhlükəsiz və keyfiyyətli qaz enerjisi və ödənişsiz qaz sayğacı ilə təmin edir. Sayğac balans mənsubiyyətinin sərhəd nöqtəsində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə ödənişsiz dəyişdirilir.

    2.1.2. “İstehlakçı”nı qaz enerjisindən istifadə qaydaları ilə ildə bir dəfə təlimatlandırır, rübdə bir dəfə qaz enerjisindən istifadənin təhlükəsizliyini yoxlayır, abonent kitabçasında müvafiq qeydlər aparır.

    2.1.3. “İstehlakçı”nın enerji dəyərini ödəməsi üçün sayğac göstəricisi, enerji istehlakı miqdarı və son ödənişin tarixi, məbləği göstərilməklə ona hər ay bildiriş təqdim edir.

    2.1.4. Balans mənsubiyyəti sərhədi daxilində (sayğacın çıxış nöqtəsinə qədər) aşağı və orta təzyiqli magistral qaz xətlərinin və qaz-tənzimləyici qurğuların istismara yararlılığını təmin edir.

    2.1.5. “İstehlakçı”nın mənzilindən (evindən) kənarda müdaxilə imkanı olmayan şəraitdə quraşdırılmış (binanın girişində, pilləkən meydançasında və s.) qaz sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehlik daşıyır, qaz sayğacına ümumi baxış keçirilməsi üçün ona şərait yaradır.

    2.1.6. “İstehlakçı”ya yalnız istifadə olunmuş qaz enerjisinə görə borc bildirişi təqdim edir.

    2.1.7. “İstehlakçı”ya verilmiş qazın sayğacla müəyyənləşdirilən hesabı təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə (ödəniş sənədində yanlışlıq olmadığı halda) təchizatı dayandırır və hesablanmış qazın dəyəri ödənildikdən sonra dərhal qaz təchizatını bərpa edir.

    2.1.8. “Təchizatçı”nın səlahiyyətli nümayəndələri mənzilə, sayğaca baxış keçirdikdə xidməti vəsiqələrini göstərərək özlərinə təqdim edirlər.
    2.2.“İstehlakçı”:

    2.2.1. Müvafiq qaydalara əsasən məişət qaz cihazları vasitəsilə qaz enerjisindən istifadə edir.

    2.2.2. Qaz enerjisinə görə hesablaşma dövrü bir ay qəbul olunur. “Təchizatçı” tərəfindən qaz enerjisi sərfinə görə ödəniş sənədi təqdim edildiyi gündən sonra bir ay müddətində poçt və ya bank şöbələri vasitəsilə qaz enerjisinin haqqını kod №_____________________ saylı hesaba ödəyir.

    2.2.3. “Təchizatçı”nın nümayəndələrini (sayğac mənzil daxilində quraşdırıldığı halda) qaz sayğacına baxış keçirmək, qaz cihazlarının inventarizasiyası, göstəricilərin üzləşdirilməsi və texniki baxış üçün öz mənzilinə, həyətinə razılaşdırılmış vaxtda maneəsiz buraxır. Sayğacın normal işinə müdaxilə ehtimalı olduğu halda “Təchizatçı” tərəfindən müvafiq sənədləşmə aparılaraq sayğac yenisi ilə əvəzlənir, laboratoriya şəraitində “İstehlakçı”nın iştirakı ilə ekspertizadan keçirilməsi tarixinə qədər saxlanılması üçün ona təhvil verilir.

    2.2.4. Xüsusi mülkiyyətində olan mənzilin (evin) qaz xətlərinin və qaz avadanlıqlarının texniki vəziyyətinə və düzgün istifadəsinə görə cavabdehlik daşıyır, aşkar olunmuş nasazlığın aradan qaldırılması üçün “Təchizatçı”ya məlumat verir.

    2.2.5. Mənzildə (evdə) quraşdırılmış qaz sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına görə cavabdehlik daşıyır.

    2.2.6. Ödəmə sənədində səhv və ya sayğac göstəricisində anlaşılmazlıq olduqda “Təchizatçı”ya məlumat verir.

    2.2.7. Mənzildən köçdükdə (və ya uzunmüddətli müvəqqəti yaşayış olmadığı halda) “Təchizatçı”ya hesabatın dayandırılması üçün məlumat verir, zəruri hallarda borc olmaması barədə arayış alır.

    2.2.8. Qidalandırıcı qaz xətlərinin yararsız hala düşməsi, qaz qurğularının və avadanlığın zədələnməsilə əlaqədar baş vermiş qəzalar, yanğınlar, həmçinin insan xəsarətləri barədə “Dövlət Qaznəzarət” İdarəsinə və digər dövlət orqanlarına məlumat verir.
    3. Hesablaşma və ödəniş qaydaları
    3.1 İstifadə olunan qaz enerjisinin miqdarı giriş xəttində quraşdırılmış ______________ markalı ________________ saylı sayğacın göstəricisinə əsasən müəyyən edilir. Qaz sayğacının quraşdırıldığı yer _______________________________

    3.2. Qaz enerjisinə görə hesablaşmada qaz enerjisi itkiləri nəzərə alınmır və ona görə ödəniş tutulmur.

    3.3. Qaz enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 m3 qaz enerjisinə görə __________ tarif üzrə aparılır. Tarif qiymətləri tənzimləndikdə bu nəzərə alınır.

    3.4. “İstehlakçı”nın təqsiri olmadan uçot müvəqqəti pozulduqda, hesabat “Təchizatçı” və “İstehlakçı”nın razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün sayğac göstəricilərinə görə orta gündəlik sərfinə uyğun aparılır. Belə hesablaşma dövrü 1 aydan artıq olmamalıdır və sayğacın normal işi “Təchizatçı” tərəfindən bərpa olunmalıdır.

    3.5. “İstehlakçı”nın təqsirindən ölçü cihazı qəsdən sıradan çıxarıldıqda, plomba müdaxilə edildikdə və ya sayğacdan kənar xətt aşkar olunduqda qaz təchizatı dayandırılır, nöqsanlar aradan qaldırılır, qanunsuz istifadə olunan qazın miqdarı sayğacın sonuncu göstəricisi qeydiyyata alındığı gündən aşkar olunan günə qədər qaz cihazları üzrə sərfiyyat normalarına uyğun hesablanır, hesablanmış məbləğ ödənildikdən sonra təchizat dərhal bərpa olunur.

    3.6. “Təchizatçı”nın təqsirindən “İstehlakçı”ya ziyan dəymişdirsə (qaz cihazlarının zədələnərək yararsız hala düşməsi, xidmətin göstərilməməsi, sağlamlığa və əmlaka zərər vurulması və s.) “Təchizatçı” Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq “İstehlakçı” qarşısında maddi məsuliyyət daşıyır.



    Qeyd: “Təchizatçı” dəymiş ziyan haqqında “İstehlakçı”dan daxil olmuş müraciətə 10 gündən gec olmayaraq baxır və qanunvericiliyə uyğun olaraq “İstehlakçı”ya ödəniş ödəyir.
    4. Xüsusi müddəalar
    4.1. “Təchizatçı” balans mənsubiyyəti sərhədində qaz enerjisinin və xidmətin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur.

    4.2. “İstehlakçı” təbii qazdan təhlükəsiz və səmərəli istifadə qaydalarına, məcburi şərtlərə və göstərişlərə əməl etməlidir.

    4.3. “Təchizatçı” və “İstehlakçı” balans mənsubiyyəti sərhədində qaz enerjisinin və xidmətin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar.

    Qeyd: Qaz enerjisinin keyfiyyət göstəricilərilə əlaqədar mübahisələrin həllində müstəqil ekspertizanın və ya ikitərəfli ekspertizanın rəyi əsas götürülür.

    4.4. “Təchizatçı”nın icazəsi olmadan qidalandırıcı qaz xətlərinin, ölçü cihazlarının dəyişdirilməsi və yerdəyişməsi yolverilməzdir.

    4.5. Xüsusi hallar (baş verə biləcək qəzanın qarşısının alınması, qəzaların nəticələrinin ləğv olunması, təbii fəlakət və s.) istisna olmaqla, “Təchizatçı” və “İstehlakçı” arasında razılaşma yolu ilə həll olunmayan mübahisələr yarandıqda, hər iki tərəf məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə qərarı olmadan “İstehlakçı”nın qaz təchizatının dayandırılması yolverilməzdir. Borcun hesabatı və ödənişlə əlaqədar sənədlər “İstehlakçı”nın ilkin şifahi tələbi ilə təqdim edilir.

    4.6. “İstehlakçı” tərəfindən qaz enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, “Təchizatçı”nın nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini “İstehlakçı”ya təqdim edir. “İstehlakçı”nın izahatları və mülahizələri akta əlavə olunur. Pozuntu aşkarlanmadıqda da akt tərtib edir və bir nüsxəsini “İstehlakçı”ya təqdim edir.

    4.7. “Təchizatçı” istənilən səbəbdən təchizatda yaranan fasilələr barədə xəbərdarlıq edir (səbəbi və müddəti göstərilməklə).

    4.8. Yerli şərait nəzərə alınmaqla hər iki tərəf arasında razılaşdırılmış əlavə şərt (“İstehlakçı” tərəfindən doldurulur)__________________________________________________________________

    ____________________________________________________________________________________
    5. Müqavilənin müddəti
    5.1. Müqavilə imzalandığı andan qüvvəyə minir və növbəti 2 il ərzində etibarlıdır.

    5.2. Tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərməzsə, müqavilənin müddəti növbəti 2 il üçün artırılmış hesab edilir.



    5.3. Bu müqavilə 2 nüsxədə tərtib olunur və tərəflərin hər birində saxlanılır.
    TƏRƏFLƏR
                  “Təchizatçı”                                 “İstehlakçı”
    _____________________r-nu QİS                  __________________________
    Ünvan:_______________________                    __________________________
    _____________________________                    Ünvan:____________________
    Rekvizitlər:___________________                    __________________________
    _____________________________                    Ş/V: seriya____№___________
    Vəzifə, soyad:_________________                    Verilmə tarixi:______________
    _____________________________                    İmza:_____________________
    İmza (möhür):_________________                    Əlaqə telefonları:____________
    Əlaqə telefonları:_______________                    __________________________


    1 CM-nin 177-187, 189 və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləq başa düşülür.


    Download 468.5 Kb.
    1   ...   6   7   8   9   10   11   12   13   14




    Download 468.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Tərəflərin hüquqi ünvanları və rekvizitləri

    Download 468.5 Kb.