Sərbəst iş n-1 Fənn: Məsafədən zondlamanın fiziki əsasları Fakültə: Aerokosmik Qrup: 2430a




Download 163.05 Kb.
bet1/3
Sana11.12.2023
Hajmi163.05 Kb.
#116278
  1   2   3
Bog'liq
Aydın Məhəmmədzadə 2430a Atm.Proses.MZ.Ü.T.-1
Barometrik d stur. Bolsman paylanmas , Avtogeneratorun hesabatı (2), M hazir ¹20-21 Klassik elektron n z riyy sinin saslar . Om v

Milli Aviasiya Akademiyası


Sərbəst iş N-1

Fənn: Məsafədən zondlamanın fiziki əsasları
Fakültə: Aerokosmik
Qrup: 2430a
Tələbə: Aydın Məhəmmədzadə
Müəllim: Bəxtiyar Əzizov
Mövzu: Lazer şüalanma mənbələri

Lazerin yaradılması ətraf mühitin məsafədən tədqiqində bir sıra ölçü qurğularının işlənib hazırlanmasına imkan vermişdir. Bu sistemlər lidar (ingilis sözlərinin abbreviaturası Light Detection Ranging, “işıq radarı” mənasını verir) adlandırırlar.


Lazer – özlüyündə koherent monoxromatik şüalanma mənbəyidir. Bu şüalanmanı xarakterizə edən əsas göstəriciləri onun yüksək dərəcədə istiqamətlənməyə və böyük enerji sıxlığına malik olmasıdır. Lazerin iş prinsipini izah edən fiziki proses onun məcburi şüalanmaya məruz qalmasıdır. Lazerlərdə müxtəlif enerji növlərinin şüalanmaya çevrilməsi prosesi gedir. Lazerin əsas hissəsi onun aktiv mühiti hesab olunur.
Aktiv mühitdə xarici enerji mənbəyinin enerjisi elektromaqnit enerjisinə çevrilir. Bu halda yaranmış rəqslərin dalğa uzunluğu görünən (λ = 0,4…0,76 mkm) və yaxud infraqırmızı (λ = 0,8…15 mkm) diapazonda ola bilər. Lazerin ikinci əsas hissəsi rezonatordur. Rezonatorun funksiyası lazer tərəfindən generasiya olunan siqnalların tezlik və faza xarakteristikalarını müəyyənləşdirməkdən ibarətdir. Aktiv mühitin yaradılması üçün işığın təsir xüsusiyyətindən, qazlarda elektrik boşalmasından, kimyəvi reaksiyalardan və elektron seli ilə təsir xüsusiyyətlərindən istifadə olunur.
Lazer sistemlərinin bir çoxu aşağıdakı şəkildə göstərilən prinsip üzrə qurulur.



1 – şüalanma mənbəyi


2 – çıxış optik qurğusu
3 – qəbuledici optik qurğu
4 – spektr analizatoru
5 – fotodetektor sistemi
6 – məlumatların toplanması və emalı bloku





Download 163.05 Kb.
  1   2   3




Download 163.05 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Sərbəst iş n-1 Fənn: Məsafədən zondlamanın fiziki əsasları Fakültə: Aerokosmik Qrup: 2430a

Download 163.05 Kb.