• Bərk cisimli lazerlər.
  • Lazer qurğusunun funksional sxemi




    Download 163,05 Kb.
    bet2/3
    Sana11.12.2023
    Hajmi163,05 Kb.
    #116278
    1   2   3
    Bog'liq
    Aydın Məhəmmədzadə 2430a Atm.Proses.MZ.Ü.T.-1
    Barometrik d stur. Bolsman paylanmas , Avtogeneratorun hesabatı (2), M hazir ¹20-21 Klassik elektron n z riyy sinin saslar . Om v
    Lazer qurğusunun funksional sxemi

    Lazer şüalanması optik çıxış qurğusu olan (2) tədqiq olunan obyekt istiqamətində ötürülür. Tədqiq olunan obyekt tərəfindən çevrilmiş şüalanma qəbuledici optik sistem (3) tərəfindən qəbul olunaraq spektr analizatoruna (4) ötürülür. Spektr analizatoru ölçmələr və ya müşahidə aparılan dalğa uzunluğunu müəyyənləşdirir. Spektr analizatorundan sonra şüalanma fotodetektor sisteminə (5) daxil olur. Siqnal fotodetektordan analoq və yaxud rəqəm formalı emal üsuluna məruz qalır (6).


    Ətraf mühitin məsafədən zondlanmasının lazer sistemləri aktiv mühitin növünə görə aşağıdakı siniflərə bölünür:

    • bərk cisimli lazerlər;

    • qaz lazerləri;

    • maye lazerləri;

    • yarımkeçirici lazerlər.



    Bərk cisimli lazerlər. Bu lazerlərdə aktiv mərkəzdən maddənin kristal qəfəsinin (maddə kimi şüşədən də istifadə etmək olar) tərkibində olan ion qarışıqlar tərəfindən yaradılıb. Hal-hazırda qeyri-üzvi maddə əsasında yaradılmış aktiv mühitlər var ki, onların köməyi ilə lazer şüalanması alınır. Qeyd olunan çoxsaylı bərk cisimli lazerlərdən təcrübədə ən çox yayılmış lazerlərdən rubin lazeridir. Bu lazerlər periodik – impuls rejimində işləyir. Şüşə üzərində yığılmış lazer və alüminium - itterium kristalı üzərində yığılmış lazerlərdir. Rubin üzərində yığılmış lazerin dalğa uzunluğu 0,69 mkm, digər iki lazerin dalğa uzunluğu isə 1,06 mkm-dir. İlkin lazerlər rubin üzərində yığılmış lazerlərdir. Rubin kristalı alüminium oksidinin (Al2O3) tərkibinə nüfuz edilmiş xrom ionlarından (Cr+3) təşkil olunub. Kristalın tərkibində xromun konsentrasiyası müxtəlif ola bilər. Xromun miqdarı alüminium kristalının yüzdə birindən bir neçə faizə kimi ola bilər. Adətən lazer şüalanmasının alınmasında qırmızı rubindən istifadə olunur ki, bunun da tərkibində xromun (Cr2O3) konsentrasiyası çərçivəyə görə onun 0,05 %-ni, ionların konsentrasiyasına görə isə bir kub santimetrdə 1,6·1019 ion xromu olmalıdır. Bərk cisim lazerlərin digər növlərindən çox az istifadə olunduğundan onların xüsusiyyətlərini analiz etməyəcəyik.
    Qeyd olunan lazerlərdə aktiv həyəcanlandırma geniş spektral diapazonda xüsusi lampalar vasitəsilə aparılır. Keyfiyyət modulyasiyası əsasında davametmə müddəti kiçik olan güclü lazer şüalanması yaratmaq mümkündür ki, bu da ətraf mühitin təqdiqi üçün olduqca əlverişlidir.
    Bərk cisimli lazerlərdə impulsun davametmə müddəti 10…30 nsan olduğu halda impulsda enerjinin qiyməti 0,1…1,0 C arasında dəyişir. Zondlama məsələlərində səpələnmə bucağı 1 mkm, impulsların tezliyi isə 10 Hs tərkibində götürülür.


    Download 163,05 Kb.
    1   2   3




    Download 163,05 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Lazer qurğusunun funksional sxemi

    Download 163,05 Kb.