Azərbaycanda e-dövlətin tətbiqi sahəsində mövcud vəziyyət
Ötən əsrin sonlarından etibarən bəşər cəmiyyətində İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) geniş şəkildə inkişaf etməyə başlaması təbii olaraq Azərbaycanda da bu sferada ciddi işlərin görülməsinə təkan verib. Yaxın tariximizə nəzər salsaq görərik ki, Azərbaycan bir çox sektorlarda olduğu kimi, bu sektorda da müstəqil və şəffaf bir siyasət apararaq uğur qazana bilib. Azərbaycanın elektron hökumət sektorunda inkişaf tempi beynəlxalq hesabatlarda Azərbaycana qarşı müsbət rəy yaratmısdır.
Məlum olduğu kimi, Azərbaycanda Elektron Hökumət portalı 2012-ci ilin aprel ayından etibarən istifadəyə verilmişdir və həmin vaxt portala 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunub. Hazırda isə portal üzərində xidmət göstərən qurumların sayı 43, təqdim olunan xidmətlərin sayı isə 450-dir.
Dövlət Agentliyinin tabeliyində yaradılmış “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin əsas məqsədi elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid, dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı bu sahədə qabaqcıl beynəlxalq prinsip və standartlar nəzərə alınmaqla elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətdə iştirak etmək, “Elektron hökumət” portalının və operatoru olaraq müəyyən edildiyi digər informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyasının təmin edilməsi (o cümlədən onlar arasında məlumat mübadiləsi), effektiv idarə olunması, fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, dövlət xidmətlərinin sadələşdirilməsi və elektronlaşdırılması sahələrində müəyyən edilən vəzifələri icra etməkdir. “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs “Elektron hökumət” portalı, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN Finans”, “ASAN Wi-Fi” və digər rəqəmsal layihələrin fəaliyyətinin icrasını həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər” haqqında 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanı ilə “Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturu ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Dövlət Agentliyinin balansına verilməsi tapşırılmışdır. Tapşırığın icrasına dərhal başlanılmış və 2018-ci il 1 iyun tarixinədək mərhələli şəkildə həyata keçirilmişdir.
2018-ci il 12 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin yeni inzibati binasının açılışı baş tutmuşdur.Ötən dövr ərzində “Elektron hökumət” portalının texniki- texnoloji infrastrukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, gecikmələrə səbəb olan halar aradan qaldırılmış, verilənlər bazasının dayanıqlı fəaliyyəti, ehtiyat rejimində işləməsi təmin edilmiş, habelə digər optimallaşdırma işləri aparılmışdır. “Elektron hökumət” portalı üzərindən 42-si dövlət qurumu olmaqla, ümumilikdə 90 qurum tərəfindən 446 elektron xidmət təqdim olunur. Portal fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə xidmətlərə 93 milyondan çox müraciət olunmuşdur.
Azərbaycanda son 5-6 ildə İKT sferasında əlavə dəyər 2,1 dəfə artmış və Azərbaycan uyğun sfera inkişaf göstəricilərinə görə hətta bir çox inkişaf etmiş ölkələri geridə qoymuşdur. İKT-nin inkişaf indeksləri üzrə qlobal mənzərəyə baxdıqda görərik ki, Azərbaycan 2008-2010-cu illər arasında ən sürətlə inkişaf edən 10 ölkədən biri olmuş, “İKT-nin inkişafı indeksi” üzrə 154 ölkə arasında 74-cü yerdə, “Texnoloji hazırlıq indeksi” üzrə isə 2010-cu ildə 70 ölkə sırasında qərar tutmuşdur. 2012-ci il Dünya iqtisadi Forumunun hesabatına əsasən “Gələcək üçün dövlətə İKT-nin vaciblik indeksi” üzrə 142 ölkə arasında 14-cü, “Şəbəkə hazırlığı indeksi”nə görə 61-ci yeri, “Qlobal rəqabət qabiliyyətlilik indeksi”nə görə 55-ci, “İnnovasiyaların tətbiqi üzrə reytinq”də 52-ci yeri tutmuşdur. Bütün bu nailiyyətlər əlbətdəki təsadüfi əldə edilməmiş, bu sferada aparılan onillik siyasətin və zəhmətin məntiqi nəticəsi kimi meydana çıxmışdır.
BMT-nin hazırladığı “Elektron Hökumət Sorğusu 2016” hesabatında Azərbaycan “Elektron Hökumətin İnkişaf İndksi” üzrə əvəlki mövqeyini 12 pillə artıraraq 193 ölkə arasında 68-ci yerdən 56-cı yerə yüksəlib.
Lakin BMT-nin sonucu (2018) hesabatında Azərbaycan bir sıra göstəricilər üzrə geriləmişdir. Belə ki, 2018-ci ilin hesabatında Azərbaycan Elektron Hökumətin İnkişaf İndksi üzrə əvəlki mövqeyindən 14 pillə geriləyərək 70 –ci yerdə, Elektron İştirak İndeksinə görə 79-cu yerdə qərarlaşmışdır.
Cədvəl 2. Elektron Hökumətin İnkişaf İndksi göstəriciləri, [4]
Qeyd edək ki, “Elektron Hökumətin İnkişaf İndeksi” (EGDİ) üzrə Azərbaycan Yüksək (high) EGDI ölkələr qrupuna daxil edilib.
‘‘Elektron Hökümətin İnkişaf İndeksi” nin əsas meyarları “Elektron hökümət” portalının təqdim etdiyi elektron xidmətlərin istifadə baxımından daha rahat və sadə interfeysli olmaqla yanaşı, onların funksionallıq baxımından istifadəçi yönümlü olmasıdır.
Onu da qeyd edək k, “Elektron Hökumətin İnkişaf İndeksi”nin hesablanması zmanı 3 komponent əsas götürülür.
Online xidmət sub-indeksi
Telekomunikasiya infrasturukturu sub-indeksi
İnsan Kapitalı sub-indeksi
Şəkl 6. , “Elektron Hökumətin İnkişaf İndeksi”nin hesablanması zmanı 3 komponent [7]
“Elektron hökümət” portalının operatoru olaraq Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi dövlət və özəl qurumlarla sıx əməkdaşlıq edir və vətəndaş yönümlü elektron xidmətlərin yaradılmasında mühüm rol oynayır.
Misal olaraq vətəndşlar tərərfindən ən çox istifadə olunan elektron xidmətlər arasında Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin elektron xidmətlırinin göstərmək olar. Həmçinin Dövlət Gğmrük Komitəsinin təqdim etdiyi “Elektron Gömrük Bəyannaməsi haqqqında məlumatların əldə edilməsi” elekrton xidmətinə də daha çox müraciət edilir. Son aylar ərzində bu xidmətlərə bir milyona yaxın müraciət qeydə alınıb. Əhalini tam avtomatlaşdırılmış elektron xidmətlərlə təmin etmək məqsədiylə portal gündən-günə təkmilləşdirilərək sadələşdirilir ki, bu da istifadəçi sayının artmasına səbəb our.
“Elektron hökümət” portalının təqdim etdiyi elektron arayışlardan 2016-cı ilin 9 ayı ərzində 327,453 dəfə istifadə edilib. Xatırladaq ki, portal istifadəçilərinə 13 adda elektron arayış təqdim edir.
Ən çox istifadə olunan elektron arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi “İş yerinə dair arayış”dır ki, 2016-cı ilin oktyabr ayının 1-dək 160,644 dəfə istifadə edilib. Qeyd olunan arayışın alınması üçün vətəndaşın işlədiyi müəsisənin aidiyyəti şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və zəhmət çəkməsinə ethiyac qalmır. Arayışda işəgötürən barədə məlumatlar,habelə onn əlaqə nömrəsi,əmək müqaviləsinin bağlandığı tarix, işçnin şəxsi məlumatları və s. əksini tapır.[8]
Ən çox tələb olunan digər arayış növü “Vətəndaşa aid fərdi məlumatlar üzrə arayış”dir ki, kredit almaq və müxtəlif məzmunlu fərdi məlumatlar üzrə elektron arayış təqdim etmək imkanını verən bu arayışlardan analoji vaxt ərzində 50,080 dəfə istifadə edilib. “Yaşayış yeri haqqında arayış”dan isə 23,448 dəfə istifadə edilib.
Gənclərin tez-tez müraciət etdiyi “Diplom haqqında arayış”dan bu müddət ərzində 20,092 dəfə, “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış”dan isə 19,801 dəfə istifadə edilib.
Qeyd edək ki,”Elektron hökümət” portalında autenfikasiyadan keçən hər bir vətəndaş müvafiq e- xidməti seçdikdən sonra portal tərəfindən avtomatik olaraq formalaşdırılan arayışı tələb olunan təşkilata elektron şəkildə göndərmək, yaxud çap edərək təqdim etmək imkanına malikdir. [8]
Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə “Elektron hökümət” portalına bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilərlər.
“Elektron hökümət” portalı üzərindən təqdim ounan elektron xidmətlərin təşkili üçün müxtəlif dövlət qurumunun mülkiyyətində olan informasiya bazalarından istifadə olunur. Bir elektron xidmətin formalaşmasında bəzən iki və daha artıq məlumat bazasından məlumatların götürülməsi tələb olunur və buna görə də hər bir məlumat bazasının təsdiq edilmiş tələblərə uyğunluğu çox önəmlidir.
“E-hökumət”in formalasdırılması, inkisafı və dövlət qurumlarında informasiya texnologiyalarının geniszolaqlı tətbiqi üzrə aparılan fəaliyyətin əsası Azərbaycan Respublikasının ümummilli lideri H. Əliyevin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiŞ “Azərbaycan Respublikasının inkisafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” ilə qoyulmuşdur.
Hal – hazırda Azərbaycanda elektron hökumətin formalasdırılmasında beynəlxalq təcrübədən istifadə edilir və bu fəaliyyət üçün hüquqi bazanı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkisafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təskili sferasında bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlar təskil edir. [1] [2]
Nəticə və təkliflər
Aparılan islahatların nəticəsi olaraq, təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılmışdır. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və 4G xidmətləri tətbiq olunmuşdur. İlk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılmış və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir.
Azərbaycada elektron hökumətin formalaşması və bunun timsalında elektron xidmətlərin tətbiqi, vətəndaşarın sosial-iqtisadi rifah halının yaxşılaşaması ilə yanaşı, ümumilikdə iqtisadi inkişafın sürətlənməsində də rolu danılmazdır.
Dövlət fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş e-hökumət təşəbbüsləri vətəndaşlara və bzines sektoruna göstərilən dövlət xidmətlərinin təkmilləşdirilməsi, dövlətin daxildən iş səmərəliliyinin artırılması, bununla yanaşı vətəndaşların qərar qəbuletmə prosesində iştirakının genişləndirilməsi məqsədi daşıyır.
E-hökumət (və e-xidmət) vətəndaşlara fiziki yerləsmə yerindən və zamanından asılı olmayaraq, dövlət qurumlarına getmədən və bürokratik əngəllərlə qarsılaşmadan istənilən vaxt təklif olunan xidmətlərdən istifadə imkanı yaradır ki, bu da vətəndaş məmnunluğu və dövlət idarəetməsinə inamın artmasına, dövlətin vətəndaş qarsısında vəzifə və öhdəliklərini layiqincə yerinə yetirməsinə səbəb olur.
Qeyd olunanlardanda göründüyü kimi, ölkədə elektron xidmətlərin tətbiqi dinamik sürətdə iqtisadi səmərə verir. Azərbaycanda informasiya cəmiyyəti və e-hökumət quruculuğunda son illər ərzində toplanmış təcrübə və əldə edilmiş nəticələr ilk növbədə ümumiləşdirməni, sistemləşdirilməni, dərin elmi tədqiqat və təhlillərin aparılmasını tələb edir.
Hazırkı dövürdə “Elektron Hökumət” portalında dövlət orqanları tərəfindən təqdim olunan xidmətlərin istifadə səviyyəsinə, düzülüşünə, vətəndaşların məmnunluq səviyyəsinə baxdıqda qeyd etmək olarkı, hələdə ölkəmizdə elektron xidmətlərin həyata keçirilməsi sahəsində bir sıra çatışmazlıqlar mövcuddur. Bu problemləri bəzilərini və həlli yollarını aşağıdakı kimi sıralamaq olar.
Vətəndaşlar elektron xidmətlər barədə tam məlumata malik deyillər. Vətəndaşlar arasında aparılan sorğu və araşdırmalardan məlum olmuşdurki, ölkə vətəndaşlarının bəziləri nəinki elektron xidmət istifadə etmir, ümumiyyətlə elektron xidmətlərdən məlumatsızıdrlar. Ona görədə, kütləvi informasiya vasitələrinin köməyi ilə vətəndaşlar elektron xidmətlər haqqında məlumatlandırılmalıdır.
E-dövlətin həyata keçirilməsində hər bir dövlətin üzləşdiyi əsas problemlərdən biri də, onun planlaşdırılması və idarə olunmasıdır. Maraqlı tərəflərin tələblərini və istəklərini əks etdirən sistemin inkişafına ehtiyac var. Müxtəlif tədqiqatçılar tərəfindən e-dövlətin “təklif tərəfi” ilə “tələb tərəfi” arasında uyğunsuzluq (fərq) vurğulanmışdır. Bu o deməkdir ki, e-dövlət xidmətlərinin mövcudluğu ilə onların faktiki mənimsəmə qabiliyyəti və istifadəsi arasında boşluq mövcuddur. Bu o deməkdir ki, dövlət xidmətlərinin elektronlaşdırılması zamanı əksər etibarı ilə öncə vətəndaşların ehtiyac duyduğu xidmətlər nəzərə alınmalıdır. Məsələn, Avstriyada onlayn ümumi dövlət xidmətlərinin demək olar ki, 100% -i mövcuddur, lakin fiziki şəxslər tərəfindən faktiki istifadə yalnız 50%-dən bir qədər çoxdur.
E-hökumətin həyata keçirilməsi şəraitində vətəndaşların “elektron iştirak”ı daha geniş şəkildə təmin olunmalıdır. E-iştirak vasitəsilə vətəndaşların dövlətin idarə olunmasında rolunu artırmaq olar. Onların müxtəif forum, e-dövlət portalı, bloqlarda yazdığı şərhləri analiz etməklə bir sıra dövlət xidmətlərini təkmilləşdirmək, onların e-dövlətdən məmnuniyyətini artırmaq olar.
Uğurlu e-idarəetmə üçün əsas tələb mümkün olan ən yaxşı internet xidmətlərinin təmin olunmasıdır. Ölkənin bütün regionlarında bu imkanları genişləndirmək lazımdır. Mobil xidmətlər yüksək standartlara cavab verməlidir.
Bəzi xidmətlər vardırkı elektron xidmətlər bölməsinə daxil osada tam elektronlaşdırılmamışdır. Məsələn: Doğumə görə birdəfəlik müavinətin alınmaqdan ötrü müaricət üçün bir sıra sənədlərin skayner və şəkil versiyasını göndərilməsini istəyir. Bu da o deməkdirki, bu kimi xidmətlər tam elektronlaşdırılmalıdır.
Qeyd olunan xidmətlərdən başqa sənədlərin elektron formada natarial təstiqi, yerli idarəetmə orqanlarının təqdim etdiyi xidmətlərin elektron hökumət portalında əks etdirilməsi və s kimi məsələlərin həlli sürətləndirilməlidir.
Ədəbiyyat siyahısı:
Azərbaycan Respublikasının inkisafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər. http://e-qanun.gov.az/framework/1969
“Elektron hökumət” portalı haqqında əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genisləndirilməsi ilə baglı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. http://e-qanun.gov.az/framework/25215
Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təskili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, http://president.az/articles/2251
https://publicadministration.un.org/egovkb/en-us/Data/Country-Information/id/11-Azerbaijan
https://publicadministration.un.org/egovkb/en-us/Reports/UN-E-Government-Survey-2018
https://publicadministration.un.org/egovkb/Portals/egovkb/Documents/un/2018-Survey/E-Government%20Survey%202018_FINAL_PRINT.pdf
https://publicadministration.un.org/egovkb/en-us/Reports/UN-E-Government-Survey-2016
http://www.vxsida.gov.az/media/shares/12compressed.pdf
https://www.digital.gov.az/az/partners
|