|
Şəkil 15.5. İmpuls cihazının ekranında işarəyə əsasən zədələnmə yerinin dəqiq göstərilməsi
|
bet | 50/59 | Sana | 27.05.2024 | Hajmi | 1,11 Mb. | | #255270 | Turi | Mühazirə |
Bog'liq V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F rŞəkil 15.5. İmpuls cihazının ekranında işarəyə əsasən zədələnmə yerinin dəqiq göstərilməsi
Qeyri - bircins yerdəki dalğa müqavimətinin qiyməti əks olunma əmsalı ilə xarakterizə olunur. Bu əmsal əks olunan və zondlayıcı impulsların amplitudalarının nisbəti ilə təyin edilir.
Burada P - əks olunma əmsalı, Zy – zədələnmə yerindəki dalğa müqaviməti, Zd – xəttin nominal dalğa müqavimətidir ( Zd = 75 Om ).
Əgər əks olunan impuls öz işarəsini saxlayırsa, onda əks olunma yerindəki müqavimətin qiyməti, onun nominal qiymətinə nisbətən artmış olur. Əgər impuls öz işarəsini dəyişərsə, Zyük müqaviməti Zd – yə nisbətən azalmış olur.
Praktikada Zyük – in göstərişindən asılı olaraq xəttin qırıq və qısa qapanmış olmasını təyin etmək mümkündür:
Zyük = ∞ olduqda rabitə xətti qırılmışdır.
Zyük = 0 olduqda rabitə xətti qısa qapanmışdır.
Zədələnmə yerinə qədər olan məsafəni təyin edən impuls üsulunun özünəməxsusluğu ondadır ki, dövrədə hətta bir neçə zədələnmə yeri olduqda belə, bu üsul ölçmələr aparmağa imkan verir. Belə ki, xəttə böyük amplitudalı zondlayıcı impuls verildikdə ilk qarşılaşdığı zədələnmə yerində impuls zəifləsə də, xətt boyu yayılmasını davam etdirir və sonrakı zədələnmə yerindən də əks olunaraq impuls cihazının ekranında müşahidə olunur. Bəzi hallarda ölçmələr xəttin hər iki tərəfində aparılır. İmpuls cihazı vasitəsilə hava və kabel rabitə xəttlərində ölçmələr aparmaq mümkündür.
İmpuls cihazı ilə ölçmə apardıqda kontaktlar arasındakı Rkeçid müqaviməti dalğa müqavimətindən fərqli olduğu üçün əks olunan impulsun gərginliyinin amplitudası elektron şüa borusunun ekranında nəzərə çarpacaq dərəcədə görünür. İmpuls üsulu Rkeçid ≤ 2 kOm olduqda tətbiq edilir.
Kabel və hava rabitə xəttlərində, eləcə də telekommunikasiya rabitə sistemlərində impuls üsulu ilə zədələnmə yerini təyin etmək üçün ölçmələr P 5 – 10 cihazı vasitəsilə aparılır. Bu cihaz bütün növ və markalardan olan kabellər üçün kanala qoyulmuş kabelin uzunluğunu, dalğa müqavimətini, yükün razılaşdırılmasını, birləşdirici xətt traktlarında impuls siqnallarının gecikmə vaxtını, kabellərin qısalma əmsalını 5 m ÷ 300 km məsafə hüdudunda təyin etmək xüsusiyyətinə malikdir. Cihaz vasitəsilə kabelin damarlarının izolyasiya müqavimətinin azalması yerinə qədər olan məsafəni ( şəkil 15.6 a), xəttin qırıq yerinə qədər olan məsafəni (şəkil 15.6 b), damarların əzilmə yerinə qədər olan məsafəni (şəkil 15.6 c), damarların izolyasiyasının möhkəmliyinin azalması yerinə qədər olan məsafəni (şəkil 15.6 ç) ölçmək və reflektoqrammasını müşahidə etmək mümkündür.
|
| |