|
Avtomat telefon stansiyasında aparılan ölçmələr
|
bet | 54/59 | Sana | 27.05.2024 | Hajmi | 1,11 Mb. | | #255270 | Turi | Mühazirə |
Bog'liq V vasiT L R f nnind n m hazir l r toplusu hazirladi qaim c F rAvtomat telefon stansiyasında aparılan ölçmələr
Rabitə kanallarının istismarı zamanı kanal, kabel və stansiya ölçmələri aparılır.
Kanalın parametrlərinin ölçülməsi sönmənin və güclənmənin ölçülməsindən, kanalın səviyyə diaqramının tərtib olunmasından və küyün ölçülməsindən ibarətdir. Bu ölçmələr nəticəsində kanalın vəziyyəti haqqında məlumat əldə olunur. Ölçmə nəticəsində alınan qiymətlər norma qiymətləri ilə müqayisə edilir və kanalın işə yararlı olub-olmadığı müəyyən olunur. Kanal istismara buraxılmazdan əvvəl onun tezlik xarakteristikası çıxarılır və traktdakı xidmət olunmayan gücləndirmə məntəqələri yoxlanılır. Bütün bunlar xüsusi jurnalda qeyd olunur.
Kabel ölçmələrinə kabelin parametrlərini – şleyf müqavimətinin, izolyasiya müqavimətinin, omik asimmetriyanın, damarlararası elektrik tutumunun ölçülməsi aiddir. Bu zaman kabelin parametrlərinin norma qiymətlərinə uyğun olub – olmaması və kabellərdə nasazlıqlar aşkar olunur. Optik kabelli sistemlərdə isə bu əməliyyatlar reflektometr cihazı vasitəsilə həyata keçirilir.
Stansiya ölçmələri avtomat telefon stansiyalarının ( ATS ) avtozalında və kross otağında aparılır. Bu məqsədlə ATS - in kross otağında kompüter quraşdırılır. Xüsusi alqoritmik proqramla buradan xətt avadanlığında və stansiya avadanlığında ölçmələr aparılır.
Avtomat telefon stansiyalarında yerinə yetirilən ölçmə və əməliyyatlar aşağıdakılardır:
ATS – in qida batareyasının gərginliyinin ölçülməsi. Bu gərginlik koordinat ATS – lər üçün 58 ÷ 64 V, elektron ATS – lər üçün 48 ÷ 54 V həddində olmalıdır.
Xəttin məşğul olub - olmamasının yoxlanılması və bu dövrədə ölçmə aparılması.
Abunəçi xəttinin şleyf müqavimətinin, asimmetriya müqavimətinin, izolyasiya müqavimətinin və damarlararası elektrik tutumunun ölçülməsi.
Xəttin qırıq olmasının, qısa qapanmasının, dövrədə torpaqlamanın olmasının və dövrələrarası keçid sönməsinin ölçülməsi.
Elektron və rəqəmsal tipli ATS - lərdə ümumi kanal siqnallaşması ( OKS № 7 ) vardır.
Elektron ATS – in tipindən asılı olaraq hər birinin öz nəzarət siqnallaşması vardır ki, bu da kompüter vasitəsilə işçi personal tərəfindən təyin edilir. Stansiyadan nömrənin açılıb – bağlanması, test olunması, abunəçilərə servis xidmətlərinin verilməsi xüsusi tərtib olunmuş proqram vasitəsilə həyata keçirilir ( Sistem – 12 tipli EATS – də əmrlər əsasında ).
NGN tipli rabitə şəbəkələrində ölçmələr kanalların test olunması vasitəsilə aparılır. Kanalların və abunəçi xəttlərinin yoxlanması zamanı a və b naqilləri ayrılıqda yoxlanılır və xəttin müxtəlif parametrləri ölçülür. NGN tipli rabitə şəbəkələri aralarında birləşmə İP protokollarla, digər ATS – lərlə ( sistemlərlə ) OKS № 7 vasitəsilə yaradılır. Əsasən telefon yükünün və xidmətetmə keyfiyyətinin parametrləri ölçülür.
|
| |