|
Mәlumatverici-göstәrici nişanlar
|
bet | 37/50 | Sana | 22.10.2020 | Hajmi | 0,58 Mb. | | #12179 |
Mәlumatverici-göstәrici nişanlar
5.1. Avtomagistral. "Yol hәrәkәti haqqında qanun"un avtomagistralda hәrәkәt qaydalarına aid tәlәblәrinin qüwәdә olduğu yol.
5.2. Avtomagistralın qurtaracağı.
5.7.1, 5.7.2. Birtәrәfli hәrәkәt yoluna çıxış. Birtәrәfli hәrәkәt tәşkil olunmuş yola vә ya hәrәkәt hissәsinә çıxış.
istiqamәtlәri.
Zolaqlarda hәrәkәt istiqamәtlәri. Hәrәkәt zolaqlarının miqdarı vә onlarda hәrәkәtin icazә verilmiş
Zolaqlarda hәrәkәt istiqamәtlәri. 5.8.1 vә 5.8.2 nişanlarının kәnar sol zolaqdan sola dönmәyә ıcazә verәn nişanı hәmin zolaqdan geriyә dönmәyә dә icazә verir. Yolayrıcının qarşısında quraşdırılmış 5.8.1 vә 5.8.2 nişanlarının qüvvәsi yolayrıcının bütün әrazisinә şamil edilir (әgәr yolayrıcıda başqa tәlәblәrlә digәr 5.8.1 vә 5.8.2 nişanları quraşdırılmamışdırsa).
5.8.3. Zolağın başlanğıcı. Yoxuşda әlavә zolağın vә ya tormozlama zolağının başlanğıcı. Әgәr әlavә zolağın qarşısında quraşdırılmış nişanın üzәrindә 4.7 «Minimum sürәtin mәhdudlaşdırılması» nişanı göstәrilmişdirsә, belә olan halda әsas zolaqla 4.7 nişanında olan hәddә bәrabәr vә ya ondan artıq sürәtlә hәrәkәt edә bilmәyәn NV-nin sürücülәri әlavә zolağa keçmәlidirlәr.
5.8.4. Zolağın başlanğıcı. Üç zolaqlı yolun eyni istiqamәtdә hәrәkәt üçün tәyin olunmuş orta zolağının başlanğıc sahәsi.
5.8.5. Zolağın qurtaracağı. Yoxuşda әlavә zolağın vә ya sürәtlәnmә zolağının qurtaracağı.
5.8.6. Zolağın qurtaracağı. Üç zolaqlı yolun eyni istiqamәtdә hәrәkәt üçün tәyin olunmuş orta zolağının qurtaracağı.
5.8.7, 5.8.8. Zolaqlarda hәrәkәt istiqamәtlәri. Әgәr 5.8.7 nişanının üzәrindә hәr hansı NV-nin hәrәkәtini qadağan edәn nişan göstәrilmişdirsә, onda bu NV-nin müvafiq zolaqda hәrәkәti qadağandır. 5.8.7,
5.8.8 nişanları dörd vә daha artıq hәrәkәt zolağı olan yollarda quraşdırılır.
5.9. Marşrut nәqliyyat vasitәlәri üçün zolaq. NV-nin axını ilә eyni istiqamәtdә hәrәkәt edәn vә ancaq ümumi istifadәdә olan NV-ııin hәrәkәti üçün tәyin olunmuş zolaq. Nişanın qüvvәsi onun üzәrindә yerlәşdirildiyi zolağa şamil edilir. Yoldan sağda quraşdınlmış nişanın qüvvәsi yolun sağ zolağına şamil edilir.
|
| |