|
Yol hərəkəti haqqında
|
bet | 35/50 | Sana | 22.10.2020 | Hajmi | 0,58 Mb. | | #12179 |
Qadağan nişanları
3.1. Giriş qadağandır. Bütün NV-nin bu istiqamәtә girişi qadağandır.
3.2. Hәrәkәt qadağandır. Bütün NV-nin hәrәkәti qadağandır. 3.3. Mexaniki nәqliyyat vasitәlәrinin hәrәkәti qadağandır.
3.4. Yük avtomobillәrinin hәrәkәti qadağandır. İcazә verilәn maksimum kütlәsi (әgәr nişanda kütlә göstәrilmәmişdirsә) 3,5 t-dan vә ya icazә verilәn maksimum kütlәsi nişanda göstәrilәn kütlәdәn artıq olan yük avtomobillәrinin, nәqliyyat avtoqatarlannın, traktorların vә özügedәn maşınlann hәrәkәti qadağandır. 3.4 nişanı adamlann daşınması üçün tәyin olunmuş yük avtomobillәrinin hәrakәtini qadağan etmir.
3.5. Motosikletlәrin hәrәkәti qadağandır.
3.6. Traktorların hәrәkәti qadağandır. Traktorlann vә özügedәn maşınlann hәrәkәti qadağandır.
3.7. Qoşqu ilә hәrәkәt qadağandır. Yük avtomobillәrinin vә traktorların tipindәn asılı olmayaraq qoşqu ilә vә ya nasaz mexaniki NV-ni yedәyә almaqla hәrәkәti qadağandır. Bu nişan qoşqu ilә hәrәkәt edәn minik avtomobillәrinin hәrәkәtini qadağan etmir.
3.8. At-araba ilә hәrәkәt qadağandır. At-arabalarının (kirşәlәrinin), yük heyvanlarının hәrәkәti vә hәmçinin
mal-qaranın ötürülmәsi qadağandır.
3.9. Velosipedlә hәrәkәt qadağandır. Velosipedlәrdә vә mopedlәrdә hәrәkәt qadağandır. 3.10. Piyadaların hәrәkәti qadağandır.
3.11. Kütlәnin mәhdudlaşdırılması. Ümumi faktiki kütlәsi nişanda göstәrilәn kütlәdәn artıq olan NV-nin vә hәmçinin NV-nin avtoqatarlarının hәrәkәti qadağandır.
3.12. Oxa düşәn ağırlığın mәhdudlaşdırılması. Hәr hansı bir oxuna düşәn faktiki ağıriıq nişanda göstәrilәn hәddәn artıq olan NV-nin hәrakәti qadağandır.
3.13. Hündürlüyün mәhdudlaşdırılması. Qabarit hündürlüyü (yük ilә vә ya yüksüz) nişanda göstәrilәn hәddәn artıq olan NV-nin hәrәkәti qadağandır.
3.14. Enin mәhdudlaşdırılması. Qabarit eni (yük ilә vә ya yüksüz) nişanda göstәrilәn hәddәn artıq olan NV-nin hәrakәti qadağandır.
3.15. Uzunluğun mәhdudlaşdırılması. Qabarit uzunluğu (yük ilәvә ya yüksüz) nişanda göstәrilәn hәddәn artıq olan NV-nin (avtoqatariann) hәrәkәti qadağandır.
3.16. Minimum ara mәsafәnin mәhdudlaşdırılması. NV-nin arasındakı mәsafә (distansiya) nişanda göstәrilәn hәddәn az olarsa, onların hәrәkәti qadağandır.
3.17.1. Gömrükxana. Gömrükxananın (nәzarәt mәntәqәsinin) qarşısında dayanmadan hәrәkәt etmәk qadağandır.
3.17.2. Tәhlükә. Yol-nәqliyyat hadisәsi, qәza va ya digәr tәhlükәlәrlә әlaqәdar olaraq istisna olmamaq şәrti ilә bütün NV-nin hәrәkәti qadağandır.
3.18.1. Sağa dönmәk qadağandır.
3.18.2. Sola dönmәk qadağandır. Geriyә dönmәk icazә verilir. 3.19. Geriyә dönmәk qadağandır. Sola dönmәk icazә verilir.
3.20. Ötmәk qadağandır. Bütün NV-nә ötmәk qadağandır.
3.21. Ötmәyin qadağan edildiyi zonanın qurtaracağı.
3.22. Yük avtomobillәrinin ötmәsi qadağandır. İcazә verilәn maksimum kütlәsi 3,5 t-dan artıq olan yük avtomobillәrinә bütün NV-ni ötmәk qadağandır.
3.23. Yük avtomobillәrinin ötmәsi qadağan edilmiş zonanın qurtaracağı.
3.24. Maksimum sürәtin mәhdudlaşdırılması. Nişanda göstәrilmiş hәddәn (km/saat) artıq sürәtlә hәrәkәt etmәk qadağandır.
3.25. Maksimum sürәtin mәhdudlaşdırıldığı zonanın qurtaracağı.
3.26. Sәs siqnalı vermәk qadağandır. Yol-nәqliyyat hadisәsinin qarşısını almaq halları istisna olmaqla qalan bütün hallarda sәs siqnalının verilmәsi qadağandır.
3.27. Dayanmaq qadağandır. NV-nin dayanması vә durması qadağandır.
3.28. Durmaq qadağandır. NV-nin durması qadağandır. Bu nişan dayanmanı qadağan etmir. 3.29. Ayın tәk günlәrindә durmaq qadağandır.
3.30. Ayın cüt günlәrindә durmaq qadağandır.
3.29 vә 3.30 nişanlarından biri yolun hәrәkәt hissәsinin solunda, digәri isә sağında eyni vaxtda vә eyni sәviyyәdә tәtbiq edilәrsә, bu nişanların tәsiri sahәlәrindә saat 19:00-dan 21:00-a kimi (yerdәyişmә zamanı) durmağa icazә verilir.
3.31. Bütün mәhdudiyyәtlәr zonasının qurtaracağı. Eyni vaxtda bir neçә nişanın qüvvәdә olduğu sahәnin bitmәsini bildirin 3.16, 3.20, 3.22, 3.24, 3.26, 3.27, 3.28,
3.29, 3.30.
3.32. Ehtiyyat üçün ayrılmış duracaq yeri.
3.33. Nәqliyyat vasitәlәrinin kateqoriyalarına uyğun sürәtin mәhdudlaşdırılması.
Tәhlükәli yükü olan nәqliyyat vasitәlәrinin hәrәkәti qadağandır.
Partlayıcı vә tezalışan yükü olan nәqliyyat vasitәlәrinin hәrәkәti qadağandır.
|
| |