• Arx tipli beton damba
  • Alternativ enerji




    Download 18.78 Kb.
    Sana01.04.2023
    Hajmi18.78 Kb.
    #48167
    Bog'liq
    alternativ enerji


    Alternativ enerji
    1. (3 san)
    2. Ölkə prezidenti dəfələrlə öz çıxışında bildirmişdir ki, Azərbaycanda enerjini şaxələndirmək lazımdır. Ənənəvi enerjiyə alternativ olaraq-yaşıl enerji layihələrinin salınması və genişləndirilməsi nəzərdə tutulur. Yaşıl enerjinin, yəni alternativ enerjinin mühümlüyü ondan ibarətdir ki, o ekoloji cəhətdən təmiz və tükənməz enerjidir. İndi də dünyada qlobal hava çirklənməsi prosesi getdiyindən yaşıl enerji sahələrinin genişləndirilməsi əhəmiyyətlidir (26 san)
    3. Külək enerjisinin elektrik enerjisinə çevrilməsi üçün istifadə olunan qurğu külək tirbunu və ya külək generatoru adlanır və o bəzi hissələrdən ibarətdir. Rotor Blades: Külək enerjisinin çevirmək üçün istifadə olunur. Mil: Bu fırlanma hərəkətini generatora ötürür. Gear Box: Avadanlığa daha sürətli hərəkəti təmin etmək üçün pərvanə və mil arasındakı sürəti artırır. Generator: Dönmə hərəkətindən elektrik enerjisi istehsal edən hissədir. Breaks: Çox yük və problem olduqda çarxı dayandırmaq üçün istifadə olunur. Qüllə: pərvanə və mühərrik bölməsinin zəmindən təhlükəsiz yüksəklikdə işləməsinə şərait yaradır. Elektrik Avadanlıqları: İstehsal olunan elektrik enerjisinin müvafiq mərkəzlərə ötürülməsini təmin edir. (41 san)
    4. Azərbaycanda böyük külək enerjisinin mövcud olduğu sahələr, KESlərin qurulması üçün çox yaxşı imkan və şərait var. Küləklərin ən çox cövlan etdiyi ərazilər Abşeron yarımadasının qərbi və şərqidir. Abşeron yarımadasının qərbində külək elektrik stansiyalarının qurulması gələcəkdə bizim enerji ehtiyacımızın böyük hissəsini ödəyə bilər. Abşeron yarımadasının şərq hissəsini isə dəniz hissəsi əhatə edir ki, burada küləklər böyük enerjiyə malikdir, bu ərazilərdə salınacaq enerji stansiyaları dünya təcrübəsində göründüyü kimi ( Hollandiya, İsveç) üzən platformalar üzərində qurulmalıdır. Azərbaycandakı KES-lərə misal olaraq Yeni Yaşma Parkını, Ekoloji Parkı misal göstərə bilərik. (42 san)
    5.Hidroenergetika axan su enerjisindən külək enerjisinin alınmasıdır. Azərbaycanda sıx dağ çayları şəbəkəsi mövcuddur. Onun hidroenerjisindən istifadə etmək üçün böyük imkanlar vardır. Keçmiş illərdən Azərbaycanda xeyli işlər görülmeş- nəhəng su elektrik stansiyaları salınmışdır. Mingəçevir SES, Şəmkir SES, Yenikənd SES, Taxtakörpü Ses. Böyük stansiyalarla yanaşı, kiçik çay şəbəkələri üzərində də kiçik su elektrik stansiyaları,məsələn: Göyçay SES, Güləbird SES tikilmişdir. İşğaldan azad edilən Laçın rayonunun ərazisində yerləşən 8 MVt gücündə "Güləbird" kiçik su elektrik stansiyası yenidən qurulub və 2021-ci ilin 14 fevral tarixində istismara verilib. İşğal altında olan ərazilərimizdə axan çayların hidroenerji ehtiyatı kifayət qədər çoxdur. Hazırda dövlətimiz bu çayların hidroenerjisindən istifadə etmək üçün yeni SES-ləein tikintisini nəzərdə tutmuşdur. Böyük enerji gücünə malik olan Tərtərçay, Xaçınçay, Həkəri çayı və s çaylar üzərində bu proyektləri həyata keçirmək üçün planlar tərtib edilir. (61 san)
    6. (SES) ən çox yayılmış növü bənd sistemlərdir. Bu növ SESlər hər hansı bir su axınının qabağını damba vasitəsilə almaqla, suyu ambarda saxlayır. 3 tip damba mövcuddur: 1. Arx tipli beton damba yalnız bəndin təzyiqinə dözə bilən möhkəm qaya divarları olan kanyonlarda tikilir. 2. Dayaqlı gravitasiya tipli beton damba su yükünü həm aşağı, həm də dayaqlara köçürür. Dayaqlar su qüvvəsini yataq təməlinə ötürür. 3. Gravitasiya tipli beton damba bütün su yükünü aşağıya köçürür. Əksər hallarda dar çay vadilərini yataq təməli ilə əhatə edir. (34 san)
    7. (3 san)
    8. Azərbaycan Respublikası ərazisini hər yerində günəşdən gələn enerjinin miqdarı yüksək olduğundan, təsərrüfat üçün nəzərdə tutulmayan ərazilər, əsasən Abşeron yarımadasının quraqlıqları, Naxçıvan Mr və Qarabağın düzənlik əraziləri bu enerji mənbəyi üçün əlverişlidir. Azərbaycandakı GESlər 30 MVT enerji istehsal edən Naxçıvan GES, Pirallahı Ges, Qobustan Poliqonu, Qaradağ-Sahil GESləridir. (28 san)
    9. Alternativ enerji mənbələri təkcə günəş,hidroenergetika, külək enerjilərindən ibarət deyil , eyni zamanda biosənaye, bioenerji və geotermal energatika kimi sahələrdən ibarətdir. (14 san)
    10. Geniş mənada enerji səmərəliliyi və enerjiyə qənaət enerji resurslarının (elektrik və istilik enerjisi, təbii qaz, benzin, dizel və s.) itkilərini azaltmaq, tullantıların və enerjinin geri qazanılmasını və dəyərləndirilməsini təmin etmək, müasir texnologiyaların və elmi texniki nailiyyətlərin tətbiqi ilə istehsala toxunulmadan enerji tələbini azaltmaq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni artırmaq kimi tədbirləri əhatə edir. (28 san)
    Download 18.78 Kb.




    Download 18.78 Kb.