MİLLİ İNNOVASİYA SİSTEMİNİN YARADİLMASİNDA XARİCİ




Download 289.95 Kb.
bet20/25
Sana02.07.2021
Hajmi289.95 Kb.
#15345
1   ...   17   18   19   20   21   22   23   24   25
2.3 MİLLİ İNNOVASİYA SİSTEMİNİN YARADİLMASİNDA XARİCİ

ÖLKƏLƏRİN TƏCRÜBƏSİNDƏN İSTİFADƏ

Təcrübə göstərir ki, inkişaf etmiş ölkələr öz milli mənafeyinə uyğun «Milli innnovasiya sistemi» formalaşdırırlar.Bu zaman iqtisadiyyatın inkişafına xidmət edən yeni texnologiyaların yaradılmasına və tətbiqinə, yeni istehsal hadisələrinin təşkilinə yönələn elmi birliklərə, stimullaşdırıcı tədbirlərin tətbiqinə üstünlük verilir.Çünki innovasiya iqtisadi inkişafın əsas həlledici amilidir və onun tətbiqi ilə iqtisadiyyatda və eyni zamanda elm sektorunda ciddi dəyişikliklər – texnoloji hadisələrin təkmilləşdirilməsi, elmi-tədqiqatların nəticələrinin reallaşması və s. baş verir.

Keçən əsrin 80-ci illərindən başlayaraq, Qərb ölkələrində innovasiya biznesi geniş vüsət almışdır.Burada söhbət müxtəlif birgə risk müəssisələrindən, elmi-tədqiqat konsorsiumlarından, elmi-istehsal birliklərindən və s. gedir.Məsələn, hal-hazırda BIRLƏŞMIŞ ŞTATLAR-da təqribən 60 elmi istehsal konsorsiumu fəaliyyət göstərir ki, burada da aparıcı sahələrin onlarla aparıcı firmaları birləşmişdir.Geniş inteqrasiya proqramları Yaponiya və Qərbi Avropada da geniş yayılmışdır.Bundan əlavə, BIRLƏŞMIŞ ŞTATLAR-da, bir sıra digər ölkələrdə (Böyük Britaniyada, AFR-da, Hollandiyada) keçən 10 illikdə aparıcı universitetlərin, böyük tədqiqat mərkəzlərinin və korporasiyaların nəzdində yeni firmalar – «inkubatorlar», yeniliklər mərkəzi, «sənaye texnologiyası mərkəzləri» və s. yaradılmışdır ki, bu kollektiv innovasiya biznesinin yeni formalarındandır.

İnkişaf etmiş ölkələrdə Milli İnnovasiya Sistemi (MİS) yeni texnologiyaların yaradılmasında və yayılmasında iştirak edən müxtəlif institutların (firma, elmi müəssisələr, ali məktəblər və s.) məcmusudur.Milli İnnovasiya Sistemi dövlətin innovasiya siyasətini həyata keçirən əsas mənbədir.Respublikamız xarici iqtisadi əlaqələrin genişlənməsində, dünya dövlətlərinə inteqrasiyada maraqlıdır.İqtisadi inteqrasiya dövlətlərin elmi-texniki potensialından və maliyyə ehtiyatlarından birgə fəaliyyət məqsədləri üçün istifadəsinə, yeni növ məhsulların işlənməsinə və istehsalına, yeni texnika və texnologiyaların tətbiqinə, istehsalın müasir metodlarla idarə olunmasına imkan yaradır.İri həcmli layihələrin reallaşdırılmasında investisiyaların cəmləşdirilməsi isə yekun nəticələrin alınmasını sürətləndirir.

Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsinə əsasən, güzəştli şərtlərlə bu fonddan innovasiya hadisələrinin reallaşdırılması üçün də kreditlər nəzərdə tutulub.Lakin, Respublikada iqtisadiyyatın inkişafını təmin edən «modernləşmə» siyasətinin – yeni müasir istehsal sahələrinin yaranması, mövcud sahələrin təkimlləşdirilməsi, elmi-texniki nailiyyətlərin sahibkarlar tərəfindən reallaşdırılması üçün daha səmərəli şərait yaradılmalıdır.Tarix boyu bir çox dövlətlərdə, habelə BIRLƏŞMIŞ ŞTATLAR-da dövlət sifarişlərinə əsaslanan birgə müəssisələr vasitəsi ilə kicik və orta sahibkarlığın inkişafı dövlət tərəfindən stimullaşdırılır və himayə olunur.Dövlət ölkədə baş verən sosial-iqtisadi hadisələri, müəssisələrin fəaliyyətini nəzarətdə saxlayır və bununla da ölkə iqtisadiyyatının məq-

sədyönlü inkişafını təmin edir.Bu gün dünyanın inkişaf etmiş ölkələrində, xüsusən də Yaponiyada dövlət tənzimlənməsinə əsaslanan birgə müəssisələr iqtisadiyyatın əsasını təşkil edir.Yaponiyada xaricdən alınmış lisenziya əsasında innovasiya yönümlü layihələri reallaşdıran müəssisələr dövlət tərəfindən məqsədyönlü şəkildə stimullaşdırılır.Bu təcrübəyə əsaslanaraq, respublikanın əsas istehsal sahələrini qısa bir zamanda inkişaf etdirmək və dünya standartlarına cavab verən məhsullar istehsal etmək mümkündür.Azərbaycanda ixtiraların cəmi 20 faizi tətbiq olunursa, inkişaf etmiş ölkələrdə bu göstərici 80 faizdən çoxdur.Təcrübə göstərir ki, inkişaf etmiş dövlətlərdə iqtisadiyyatın 2/3 hissəsini elmi-texniki tərəqqinin nəticələri təşkil edir.Ona görə də, elmi-texniki potensialdan səmərəli istifadə olunması keyfiyyətcə yeni istehsal sahələrinin yaranmasına imkanlar açardı.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən respublikadakı müəssisələrin 25 faizi innovasiyanın tətbiqi ilə məşğul olmuşdur ki, bu da əksər iri müəssisələrin (kicik müəssisələrin 20 faizində innovasiya hadisələri tətbiq olunmuşdur) payına düşür.Halbuki, İİ dünya müharibəsindən sonra iqtisadi cəhətdən bizdən çətin bir şəraitə düşən Yaponiyada elmi-texniki tərəqqinin və başqa dövlətlərdən alınmış lisenziyaların tətbiqi əsasən kicik müəssisələrdə həyata keçirilmiş və dövlət tərəfindən himayə olunmuşdur.Dünya təcrübəsi göstərir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan kicik firma və müəssisələrdə elmi yeniliklər daha tez tətbiq olunur.Belə ki, BIRLƏŞMIŞ ŞTATLAR-da kicik elmi biznes dövlətin elmi-texniki layihələrində iştirakı ilə stimullaşdırılır.Kicik və orta müəssisələrdə yerinə yetirilən tədqiqatlar elmi-texniki nailiyyətlərin 50 faizini təşkil edir və iri müəssisələrə nisbətən 4 dəfə çox yeni məhsullar istehsal edirlər.

Əksər inkişaf etmiş dövlətlərdə kicik və orta sahibkarlığı elmə ayrılan xərcləri artırmaqla daha da inkişaf etdirirlər.Almaniyada elmi-tədqiqat işlərinə ayrılmış 80,7 mlrd. markanın 48 mlrd. markası xüsusi firma və müəssisələrdə yerinə yetirilən tədqiqatlara ayrılmışdır ki, həmin müəssisələr də yekun nəticələrin tətbiqində maraqlı olmuşlar.Bu cür dövlətlərdə iqtisadi inkişafın artım tempi və əlverişli investisiya mühiti dövlət təxsisatları hesabına təmin olunur və investisiyaların 30 faizini təşkil edir.Korporasiya səviyyəsində təxsisatların ən optimal strukturunu təşkilati-iqtisadi, texniki-texnoloji və sosial amillər təşkil edir.

Qeyd etmək lazımdır ki, innovasiya hadisələrinin həyata keçirilməsində Qərbin hər bir inkişaf etmiş ölkəsinin özünə məxsus xüsusiyyətləri vardır.

Məsələn, BIRLƏŞMIŞ ŞTATLAR-da onu fərqləndirən başlıca cəhətlərdən biri, ümumiyyətlə

azad sahibkarlıq üçün əlverişli iqtisadi mühitin mövcudluğudur.Məhz buna görə, hər il yaradılan yeni müstəqil firmaların sayına görə (600 mindən çox) BIRLƏŞMIŞ ŞTATLAR bütün inkişaf etmiş Qərb ölkələrini xeyli qabaqlayır, iqtisadiyyatda çalışan hər on adamdan biri isə rəsmi cəhətdən qeydə alınmış sahibkarlıq statusuna malikdir.Bu ölkədə sahibkarlıq fəaliyyətini, o cümlədən innovasiya fəaliyyətini şərtləndirən əlverişli iqtisadi mühitə gəldikdə isə, onun fərqli cəhətləri kimi vençur kapitalın iri bazarının və bu sahədə həvəsləndirici dövlət siyasətinin mövcudluğudur.Bura öz növbəsində sahibkarlığın dövlət səviyyəsində geniş təbliği, yeni yaradılan firmalara dövlətin maliyyə köməkliyi və vergi güzəştləri, onların fəaliyyətinin daha çevik şəkildə tənzimlənməsi, müstəqil firmaların, iri korporasiyaların elmi-texniki tərəqqi, yüksək texnoloji nəticələr və s. bu kimi proqramları üçün dövlətin maliyyə ehtiyatlarının ayrılması və s. daxildir.Məhz bu və digər səbəblərə görə innovasiya hadisələri BIRLƏŞMIŞ ŞTATLAR-ın iqtisadi inkişafının əsas amillərindən biridir.Əgər 50-60-cı illərdə bu ölkənin 2,5-3 faiz səviyyəsində olan illik inkişaf tempinin təqribən yarısı bu innovasiya hadisələrinin və texnoloji dəyişikliklərin payına düşürdüsə, bu gün həmin göstəricinin payı xeyli yüksəlmişdir.Yaponiyada innovasiya mühitinin digər xüsusiyyətlərindən biri, iqtisadi fəaliyyətdə xarici kəşflərdən, ideyalardan, layihələrdən və s. geniş istifadə edilməsidir.Belə ki, son 30 ildə bu ölkə xarici texnologiyaların alınmasına 10 milyard dollardan çox vəsait sərf etmişdir.Bu dövrdə Yapon firmaları tərəfindən təqribən 42 min lisenziya əldə edilmişdir ki, bunların da təqribən yarısı BIRLƏŞMIŞ ŞTATLAR-ın payına düşür. Bu ölkədə innovasiya hadisələrinin ən fərqli cəhətlərinin birini ölkənin texnoloji məqsədlərinin dövlət ölçüında müəyyən edilməsi, bu məqsədə çatmaq üçün iqtisadiyyatın bütün imkanlarının səfərbərliyə alınması, xüsusi sahibkarlığın bu sahədə geniş həvəsləndirilməsi və s. təşkil edir.Məsələn, 70-ci illərdə Yapon dövləti xarici texniki-texnoloji layihələrin idxalını azaltmaq və əsasən yapon elmi texniki və texnoloji nailiyyətləri bazasında iqtisadi artımı təmin etmək vəzifəsini irəli sürmüşdü.Qeyd etmək lazımdır ki, müasir dövr üçün bu vəzifə əsasən yerinə yetirilmiş və Yapon konsernləri özlərinin müstəqil elmi-texniki potensialını yaratmışdır.Lakin buna baxmayaraq, xarici müasir lisenziyaların alınması təcrübəsi yenə də əhəmiyyətli yer tutur.Məsələn, 1993-1994-cü maliyyə ilində xarici lisenzyalardan istifadəyə görə 471 milyard ien vəsait ödənilmişdir.

Amerika və Yaponiya ilə müqayisədə Qərbi Avropa ölkələrində innovasiya mühiti nisbətən az inkişaf etmişdir ki, bunun da əsas səbəblərindən biri risklə bağlı əməliyyatlara zəif meyllilikdir.Böyük Britayanın və İtaliyanın kicik innovasiya kompaniyaları əsasən iri korporasiyalarla çox möhkəm və sərt subpodrat əlaqələri sistemində fəaliyyət göstərirlər və bir çox cəhətdən onlardan asılıdırlar.

Qərbi Avropada vençur kapitalının nisbətən geniş bazarı İngiltərədə və Hollandiyada mövcuddur və o, əsasən, 80-ci illərdən inkişaf etməyə başlamışdır.Həm də burada bütün kapitalın təqribən yarısı tamamilə yeni yaradılmış yüksək texnoloji firmalara, yerdə qalanı isə artıq mövcud olan kompaniyalara, (o cümlədən, əhəmiyyətli bir hissəsi fəaliyyətdə olan amerikan kompaniyalarına) yönəldilir.

İnnovasiya mühitinin müxtəlif ölkələrdə fərqli xüsusiyyətlərinə baxmayaraq, onları bu sahədə ümumiləşdirən xeyli cəhətlər vardır.Bu gün bütün inkişaf etmiş Qərb ölkələrində innovasiya mühiti və onunla bağlı olan hadisələr elmi-texniki tərəqqi şəraitində gələcək inkişafın və iqtisadi sistemin transformasiyasının əsası, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin, iqtisadi artımın təmin edilməsinin vacib şərti kimi qəbul edilir.

Nəhayət, göstərmək lazımdır ki, innovasiya hadisələri təkcə ayrı-ayrı ölkələr səviyyəsində aparılmır.Bu gün vahid innovasiya siyasəti bir sıra ölkələrin birliyi ölçüında aparılan birgə və razılaşdırılmış iqtisadi siyasətin əsas tərkib hissələrindən birini təşkil edir.Bu baxımdan Avropa birliyi ölkələrinin təcrübəsi daha təqdirə layiqdir.Müasir dövrdə burada əlaqələndirilmiş halda həyata keçirilən innovasiya siyasətinin əsas istiqamətləri kimi aşağıdakılar çıxış edirlər: elmi texniki və texnoloji yeniliklərə yönəldilən vəsait üçün güzətli vergi dərəcələrinin tətbiqi; elm

tutumlu kicik biznesin həvəsləndirilməsi;məhsulların və qabaqcıl texnologiyanın işlənib hazırlanması ilə məşğul olan firmaların birbaşa maliyyələşdirilməsi; universitet və elmtutumlu məhsulların yaradılması ilə məşğul olan şirkətlərin birgə əməkdaşlığının həvəsləndirilməsi və s.Bütün bu tədbirlər son nəticədə Avropa birliyi ölkələrinin hər birində innovasiya mühiti üçün bərabər imkanların və eyni iqtisadi mühitin yaradılmasına yönəldilmişdir.



Hazırda bir çox dövlətlərdə tezləşdirilmiş amortizasiya ayırmaları tətbiq olunur və bu da innovasiya fəaliyyətinin sürətləndirilməsinə xidmət edir.İnkişaf etmiş ölkələrdə elmi-texniki nailiyyətlərin tətbiqini genişləndirən «lizinq biznesi» investisiya hadisələrində iri rol oynayır.Belə ki, istehsal avadanlıqlarının və ya əsas fondların icarəyə verilməsi hesabına əldə edilən gəlir müəssisənin başqa xərclərini ödəməyə imkan verir.Xərclər şəraitin dəyişməsindən asılı olmayaraq, istehsal fəaliyyətinin sabitliyini təmin etdiyi üçün sahibkarlığın inkişaf etdirilməsində renovasiya xərclərindən istifadə edilməsi məqsədəuyğundur.Sahibkarlığı inkişaf etdirmək üçün texnoloji-innovasiya mərkəzlərinin yaradılması zəruridir, çünki bu mərkəzlər sahibkarları yeni texnoloji yeniliklər, lazımi məlumatlar və lazım gələrsə, texnoloji menecment üzrə kadrlar ilə təmin edər.Almaniya və Yaponiya kimi dövlətlərdə innovasiya hadisələrinin tətbiqini sürətləndirmək üçün xüsusi stimullaşdırıcı amortizasiya, vergi, maliyyə-kredit siyasəti həyata keçirilir, innovasiya yönümlü müəssisələrin riskli maliyyələşdirmə hadisələri də dövlət tərəfindən himayə olunur.Qeyd olunduğu kimi, Azərbaycanda innovasiya hadisələrinin tətbiqi ilə məşğul olan müəssisələr 20 faiz təşkil edir.Ona görə ki, hələlik belə müəssisələr ilk addımlarını atır, dövlət tərəfindən himayə olunmur və ilk növbədə, yüksək ixtisaslı kadrlar ilə təmin olunmayıb .



Download 289.95 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   25




Download 289.95 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MİLLİ İNNOVASİYA SİSTEMİNİN YARADİLMASİNDA XARİCİ

Download 289.95 Kb.