• İstifadə olunmuş ədəbiyyat siyahısı 1.
  • Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti




    Download 184.65 Kb.
    Sana08.10.2022
    Hajmi184.65 Kb.
    #26924
    Bog'liq
    Dmanisi paleolit düşərgəsi Leyla Mustafayeva


    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
    BAKI DÖVLƏT UNİVERSİTETİ

    Sərbəst iş №1

    Fakültə: Tarix


    Kurs: 1
    Qrup: T1122
    Fənn: Arxeologiya
    Müəllim: Tarix Dostayev
    Tələbə: Leyla Mustafayeva
    Mövzu: Dmanisi paleolit düşərgəsi

    Bakı-2022
    Azərbaycan Respublikası ərazisində son 55 il ərzində aparılan arxeoloji tədqiqatlar nəticəsində ilk ibtidai insanların məskunlaşmasına aid zəngin arxeoloji, paleontoloji və paleoantropoloji materiallar aşkar edilmişdir. Həmin elmi tapıntılar əsasında respublikamızın ərazisi ibtidai insanın formalaşdığı ərazilər sırasına daxil edilmişdir. Aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ilk ibtidai insanların 2-2,5 milyon il bundan əvvəl məskunlaşmağa başlamaları elmi faktlarla sübuta yetirilmişdir. Azərbaycan arxeologiyasının Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay, Zuvandçay, Daşaltıçay və digər çay vadilərində aşkar edilmiş Quruçay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen, Azil, Mezolit, Neolit arxeoloji mədəniyyətlərinə aid maddi mədəniyyət qalıqları şərh olunmuş və onların xarakterik xüsusiyyətləri müəyyən edilmişdir. Əsərdə həmçinin respublikamızın ərazisində Daş dövrünə aid düşərgələrdən aşkar olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların mağara həyatından, əmək alətləri hazırlanmasının texniki-tipoloji xüsusiyyətlərindən, ovçuluq təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qədim insan qalıqlarından, qayaüstü rəsmlərdən, ibtidai icmanın ayrı-ayrı inkişaf mərhələləri və Qarabağın ən qədim tarixindən bəhs olunur. Eyni zamanda dünyanın ən qədim və arxeoloji tapıntılarla zəngin olan Olduvay, Türkanə, Azıx, Dmanisi, Vallone, Kondel-Araqo, Lazaret, Kudaro, Tağlar, Qazma və digər arxeoloji abidələr haqqında müfəssəl elmi məlumatlar verilmişdir.
    Buradan tapılmış paleoantropoloji qalıqlara şərti olaraq Nomo Dmanisi adı verilmişdir. Son 10 ildə Azıx paleolit düşərgəsinin daş məmulatının və Dmanisi paleolit abidələrində aparılan kompleks elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu ərazilərdə ibtidai insanlar – Homo erektus tipli insanlar 2-2,5 milyon il bundan əvvəllərdən məskunlaşmağa başlamışlar. Azərbaycan, Dmanisi, Kudaro I, III, Soni və digər paleolit düşərgələrindən tapılmış ayrı-ayrı arxeoloji mədəniyyətlərin maddi mədəniyyət qalıqlarının tədqiqi bu arxeoloji mədəniyyətlər arasında varisliyin olduğunu söyləməyə imkan verir. Həmçinin, iki milyon il bundan əvvəllərdən başlamış Homo erektus tipli insanların inkişaf edib, Azərbaycan və Qafqazın digər ərazilərində kamil insanlara – Homo sapiens tipli insanlara çevrilməsinin baş verdiyini arxeoloji və paleoantropoloji tapıntılar əsasında sübuta yetirir. Aparılan kompleks arxeoloji tədqiqatlar zamanı qədim, orta və üst Paleolit dövrlərinin bütün inkişaf mərhələlərinə aid çoxtəbəqəli düşərgələr qeydə alınmış və arxeologiyanın müasir metodları əsasında tədqiq olunmuşdur.
    Dmanisi paleolit düşərgəsi Tbilisi şəhərindən 90 km aralı olub Çavaxeti dağlarında yerləşir. Abidədə 1980-cı ildən etibarən arxeoloji qazıntı işləri aparılmışdır. Mağarada 1991-2002-ci illər ərzində aparılmış qazıntı işləri zamanı dörd metrlik çöküntü qalıqları üzə çıxarılmış, daş məmulatları, paleoantropoloji tapıntıları qeydə alınmışdır. Abidədə aparılan kompleks arxeoloji tədqiqatlar nəticəsində 6 təbəqə qeydə alınmışdır. Beşinci təbəqədən qədim insana məxsus paleoantropoloji tapıntılar əldə olunmuşdur. Tədqiqi göstərir ki, Dmanisidən tapılan insan sümükləri Şərqi Afrikanın (Yava-Pitikanrop) qədim insan tapıntıları ilə yaxın analogiya təşkil edir və bu tapıntılar Homo habilisdən (kamil insan) - Homo erektusa (dik gəzən insan) keçid mərhələsinə aid olunur. Dmanisi düşərgəsindən aşkar olunmuş qədim insan qalıqları şərti olaraq Homo Dmanisi adlandırılmışdır. Mağaradan qədim insanlara aid dörd kəllə və dörd çənə qalığı aşkar edilmişdir. Dmanisi rayonunda aparılan kompleks elmi tədqiqatlar zamanı burada qədim insanların 1,7-1,8 mln il bundan əvvəl məskunlaşması müəyyən edilmişdir. Düşərgədə qazıntı işləri arxeoloq D.Lordkiparidzenin rəhbərliyi ilə aparılmışdır. Aparılan arxeoloji qazıntılar zamanı II, III və V təbəqədən zəngin arxeoloji materiallar tapılmışdır. Maddi-mədəniyyət qalıqları içərisində əsas yeri çay daşlarından hazırlanmış kobud çapma alətləri təşkil edir.
    Aparılan kompleks elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, bəşər tarixində qədim paleolit olduqca uzun bir inkişaf dövrü keçmişdir. Eyni zamanda, bu inkişafla yanaşı, ibtidai insanların da təkamül inkişafı getmişdir. 1994-cü ildən başlayaraq Şərqi Afrikanın Tanzaniya, Keniya və Efiopiya ərazilərində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı yaşı 6 milyon ilə bərabər olan arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar aşkar edilmişdir. 2003-cü il fevralın 21-23-də Fransanın Totavel şəhərində keçirilən beynəlxalq elmi konfransda Şərqi Afrika ərazisində tapılmış yeni arxeoloji tapıntılar geniş müzakirə olunmuş və ibtidai insanların bəşər tarixində ilk dəfə olaraq çaydaşılarından məhz bu ərazidə əmək alətləri hazırlamaları yekdilliklə təsdiq edilmişdir. Beynəlxalq elmi konfransda Fransa, İtaliya, İspaniya, Hollandiya, Almaniya, Rusiya, Gürcüstan, Tanzaniya, Keniya və digər ölkələrin arxeoloqları, paleontoloqları və paleoantropoloqları və digər elm sahələrinin mütəxəssisləri iştirak etmişlər. Professor Anri dö Lümleyin sədrliyi altında keçən beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Ə.Q.Cəfərov da iştirak etmişdir.
    Elmi konfrans iştirakçılarının Keniyanın Türkanə gölü ətrafında tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar xüsusi marağına səbəb olmuşdur. Azərbaycan və Qafqaz ərazilərində hazırda ibtidai insanların qədim Paleolit dövründə məskunlaşmasına aid maddi mədəniyyət qalıqları Azıx paleolit düşərgəsinin VII-X təbəqələrindən və Dmanisi paleolit abidəsindən tapılmışdır. Ona görə də bu gün dünyanın arxeoloq, paleontoloq, paleoantropoloq, paleogeoloq, paleogeomorfoloq və digər alimlərinin diqqəti Azıx və Dmanisidən tapılmış maddi mədəniyyət qalıqlarına yönəlmişdir. Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji tədqiqat işlərini iki mərhələyə ayırmaq olar: birinci mərhələdəki arxeoloji qazıntı işləri 1982-1990-cı illəri əhatə edir. 1982-ci ilə qədər aparılan arxeoloji qazıntılar zamanı isə Dmanisi arxeologiya elminə orta əsr şəhər yeri kimi məlum olmuş və tədqiqatlar zamanı orta əsrlərə aid qala divarları, saxsı qab nümunələri və digər maddi mədəniyyət nümunələri tapılmışdır.
    1982-ci ildə Gürcüstan arxeoloqları Dmanisi orta əsr şəhər yerində olan taxıl saxlanılan çalada apardıqları arxeoloji qazıntılar zamanı pleystosen çöküntüsünə rast gəlmiş və oradan heyvan sümükləri tapmışlar. Aparılan paleontoloji tədqiqatlar zamanı həmin sümüklərin cənub fili, etrus kərgədanı və ən qədim ata aid olması müəyyən edilmişdir.
    İlk vaxtlar bu tapıntı yerini arxeoloqlar eopleystosenin axırı - ən qədim Pleystosen dövrünə aid heyvan sümüklərinin tapıldığı yer kimi göstərmişlər. Lakin bir neçə ildən sonra aparılan arxeoloji qazıntılar zamanı heyvan sümükləri ilə bərabər Paleolit dövrünə aid daş alətlər də tapılmağa başlamışdır. 1991-ci ildən başlayaraq Gürcüstan, Almaniya və digər Avropa alimlərinin arxeoloqları Dmanisi paleolit düşərgəsində yaxşı təşkil olunmuş arxeoloji qazıntı işlərinə başlamışlar ki, bununla da düşərgədə elmi tədqiqatların II mərhələsinin təməli qoyulmuşdur. 1991-ci il sentyabrın 24-də Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı ibtidai insana məxsus olan alt çənə tapılmışdır. Bununla əlaqədar olaraq Dmanisi paleolit düşərgəsinin maddi mədəniyyət qalıqları arxeoloq, paleontoloq, paleoantropoloq və digər mütəxəssislərin diqqətini cəlb etmişdir. 1991-ci ildə tapılmış çənə üzərində aparılan elmi tədqiqatlar zamanı onun Homo erektus tipli ibtidai insana məxsus olması müəyyən edilmişdir.
    Homo erektusa məxsus olan çənə Dmanisi paleolit düşərgəsinin V təbəqəsində tapılmışdır. Bu tapıntı paleoantropoloqlar tərəfindən bütün Avrasiya məkanında mühüm elmi tapıntı kimi qiymətləndirilmişdir. Bu tapıntıya qədər Homo erektus tipli ibtidai insan qalıqları Şərqi Afrikanın Olduvay düşərgəsində tapılmış və onun mütləq yaşı 1,8 milyon ilə bərabər olması müəyyən edilmişdir (Lübin, Belyayeva, 2006). 1991-2007-ci illərdə Dmanisi paleolit düşərgəsində kompleks şəkildə arxeoloji qazıntı işləri aparılmışdır. Nəticədə, bu vaxta qədər düşərgənin 400 kv.m sahəsi qazılıb tədqiq olunmuşdur.
    Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 6 təbəqə müəyyən edilmişdir. Düşərgədə çöküntünün ümumi qalınlığı 4 m-dən bir qədər artıqdır. Ən aşağı təbəqə olan VI təbəqə vulkan külündən ibarətdir. Aparılan arxeoloji qazıntılar zamanı arxeoloji və paleontoloji tapıntılar düşərgənin II, III və V təbəqələrindən əldə olunmuşdur. İbtidai insanlara məxsus kəllə qalıqları, çənələr və dişlər isə V təbəqədən tapılmışdır. Dmanisi paleolit düşərgəsində ibtidai insanların məskunlaşdıqları ərazinin sahəsi 5 min kv.m-dən bir qədər artıq olmuşdur. Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı 6 ibtidai insana məxsus kəllə, 4 alt çənə, 12 diş və digər sümük qalıqları tapılmışdır. Paleoantropoloji tapıntılar Qobunya tərəfindən təyin olunmuşdur. Gürcü antropoloqu Qobunyanın fikrinə görə, Dmanisidən tapılmış qədim insana məxsus kəllə və çənələr analoji cəhətcə Şərqi Afrikanın Olduvay dərəsindən tapılmış Homo habilis tipli insanlara yaxınlıq təşkil edir.
    Antropoloq Qobunyaya görə Dmanisinin paleoantropoloji tapıntıları Homo habilisdən Homo erektus tipli insanlara keçid mərhələsindədir. Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı minlərlə daş məmulatı və fauna qalıqları tapılmışdır. Fauna qalıqları Dmanisi düşərgəsinin IV və V təbəqələrində daha çox tapılmışdır. Sümük məmulatı içərisində əsas yeri heyvan kəllələri, çənələri, dişləri və ayaq sümükləri təşkil edir. Dmanisi paleolit düşərgəsinin fauna qalıqlarının elmi tədqiqi ilə A.K.Vekua məşğul olmuşdur. Onun təyinatına görə, düşərgənin sümük məmulatı içərisində əsas yeri cənub fili, etrus kərgədanı və maral sümüklərinin qalıqları təşkil edir.
    1991-2007-ci illərdə Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı minlərlə daş məmulatı tapılmışdır. Düşərgənin daş məmulatı, əsasən, kvars, kvarsit, tuf və digər daşlardan hazırlanmışdır.
    Daş məmulatı içərisində əsas yeri çaydaşılarından hazırlanmış kobud çapma alətləri, bəsit qəlpələr, üzərində qopuq izləri olan çaydaşıları, nüvələr və digər alətlər təşkil edir (Lübin, 1998; Lübin, Belyayeva, 2006). Aparılan arxeoloji qazıntılar zamanı düşərgənin II təbəqəsinin alt qatından, IV və V təbəqələrdən daha çox daş məmulatı tapılmışdır.
    Dmanisi paleolit düşərgəsinin daş məmulatının elmi tədqiqi ilə məşğul olan M.Nioradze və Lübinin mülahizələrinə görə, düşərgənin daş məmulatı qədim Aşeldən çox əvvəl hazırlanmasını qeyd edirlər. Lakin, Fransa arxeoloqları Anri dö Lümley başda olmaqla qeyd edirlər ki, Dmanisi paleolit düşərgəsinin daş məmulatını Şərqi Afrikanın Keniya və Efiopiya ərazilərindəın tapılmış Olduvay mədəniyyətinə aid əmək alətləri ilə müqayisə oluna bilər. Çünki Dmanisinin əmək alətləri içərisində Olduvay mədəniyyətinə oxşar alətlər qeydə alınmışdır. Keniya və Efiopiya ərazilərində olan paleolit düşərgələrində tapılmış əmək alətlərinin hazırlanma tarixi 2 milyon ilə bərabərdir. Dmanisi paleolit düşərgəsinin V-VI təbəqələrindən tapılmış kobud çapma alətləri daş məmulatı içərisində çoxluq təşkil edir. Lakin düşərgənin II təbəqəsindən tapılmış alətlər nisbətən inkişaf etmiş texniki üsullarla hazırlanmışdır. Eyni zamanda II təbəqənin daş məmulatı içərisində qəlpələrdən kiçik alətlər də hazırlanmışdır. Onların içərisində qaşovlar, qaşovcuqlar və gəzli alətlər çoxluq təşkil edir. Dmanisi paleolit düşərgəsində təbəqədən-təbəqəyə əmək alətlərinin inkişaf texnikası və tipologiyasının dəyişməsi burada ibtidai insanların uzun müddət yaşadıqlarını göstərir.
    Beləliklə, hazırda Azərbaycan və Qafqaz ərazilərində ibtidai insanların 2-2,5 milyon il bundan əvvəl məskunlaşmasını göstərən maddi mədəniyyət qalıqları Azıx paleolit düşərgəsinin VII-X təbəqələrindən və Dmanisinin V-VI təbəqələrindən tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılardan ibarətdir. Beynəlxalq İNTAS-2000 proqramı üzrə Ə.Q.Cəfərovun Avropa alimləri ilə birgə apardığı elmi tədqiqatlar zamanı Azıxda aşkar olunmuş Quruçay arxeoloji mədəniyyətinin Azərbaycan və Qafqazda ən qədim arxeoloji mədəniyyət olması və ibtidai insanların 2-2,5 milyon ildən artıq bir zamanda burada yaşamağa başlamaları elmi əsaslarla sübuta yetirilmişdir.Gürcüstanın Dmanisi paleolit düşərgəsində aparılan arxeoloji tədqiqatlar zamanı 4 kəllə və 4 qədim insan çənəsi tapılmışdır. Dmanisi düşərgəsinin V təbəqəsindən tapılmış paleoantropoloji tapıntıları antropoloq L.Qobunya tədqiq etmişdir. Onun fikrinə görə Dmanisidən tapılmış qədim insan çənələri analoji cəhətcə Şərqi Afrikanın Olduvay (Homo habilis) və Asiyanın (Yava pitikantrop) qədim insan tapıntıları ilə yaxınlıq təşkil edir.
    Gürcü antropoloqu Qobunyaya görə, Dmanisidən aşkar olunan paleoantropoloji tapıntılar Homo habilisdən Homo ekectusa keçid mərhələsinə aid təyin olunur. Dmanisi düşərgəsinin tapıntıları paleomaqnit yolu ilə təyin olunmuşdur. Qafqaz ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində yaşı 2 milyon ilə bərabər olan maddi mədəniyyət nümunələri, heyvan sümüklərinin qalıqları, paleoantropoloji tapıntıları hələlik Dmanisi paleolit düşərgəsindən, Azərbaycanın Azıx paleolit düşərgəsinin ən aşağı təbəqələrindən və Cəbrayıl rayonu ərazisindən qeydə alınmışdır.

    İstifadə olunmuş ədəbiyyat siyahısı
    1. Azərbaycan arxeologiyası. Altı cilddə, I cild. Bakı, “Şərq-Qərb”, 2008.
    2. Avşarova İ.N., Pirquliyeva Q.Ə. Qafqaz arxeologiyası. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010.
    Download 184.65 Kb.




    Download 184.65 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti

    Download 184.65 Kb.