ƏMƏLİYYAT SİSTEMLƏRİ
Əməliyyat sistemi kompüter ilkin açılan zaman
BİOS vasitəsilə
RAM-a yüklənir. Sistem proqram təminatının
ən əsas hissəsidir.
Əməliyyat sistemlərinin təsnifatı
1. Sistemdə eyni vaxtda işləyən istifadəçilərin sayına
görə
1. Biristifadəçili (MS-DOS)
2. Çoxistifadəçili
2. Sistemdə eyni vaxtda yerinə yetirilə bilən
əməliyyatların sayına görə
1. Birməsələli (MS-DOS)
2. Çoxməsələli
3. Prosessorların sayına görə
1. Birprosessorlu
2. Çoxprosessorlu
4. Prosessorun mərtəbələrinin sayına görə
1. 8-mərtəbəli
2. 16-mərtəbəli (ms-dos)
3. 32-mərtəbəli (os/2 , windows 95)
4. 64-mərtəbəli (windows 7, windows 10)
5. İnformasiyanın emalı rejiminə görə
1. Paket emallı
2. Vaxt bölgülü
3. Real vaxta görə
6. İnformasiya resurslarından istifadəyə görə
1. Şəbəkə (İBM LAN, Solaris, Bonyan Viness,
Windows Server (2003, 2008, 2012),
Windows NT,
Unix, Linux, Novel netware)
2.
Lokal
7. İstifadəçi interfeysinə görə
1. Qrafiki (obyektyönümlü)
2. Əmrli (mətnli) – (MS-DOS)
İnterfeysin bir neçə növü
1. İstifadəçi
interfeysi
2.
Proqram interfeysi
3. İntelektual interfeys
4. İnsan-maşın interfeysi
Fayl anlayışı. Faylların əsas xarakteristikaları. Fayl sistemləri
İnformasiya xarici daşıyıcılarda fayllar şəklində yadda saxlanılır.
Yaddaşın müəyyən hissəsində bir
ümumi ad altında qeyd olunaraq saxlanılan verilənlər yığımı fayl adlanır, yəni yaddaşın adlandırılmış
hissəsi
fayl adlanır.
Fayllar müxtəlif tipli olurlar. Məsələn:
•
İcra olunan fayllar – istifadəçilərin kompüterdə informasiya emalı prosesini həyata keçirmək üçün
lazım olan proqramlardır. Sadəcə olaraq müəyyən bir əməliyyatı yerinə yetirirlər.
•
Sənəd faylları – istifadəçilər tərəfindən kompüterdə müəyyən proqramların köməyilə yaradılmış
informasiya toplusudur (mətnlər, şəkillər, cədvəllər və s).
•