Nizamlı sistem və mütəşəkkil sistemin fərqi




Download 1.73 Mb.
bet55/72
Sana24.03.2017
Hajmi1.73 Mb.
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

Nizamlı sistem və mütəşəkkil sistemin fərqi


Buraya qədər istər Priqoqinin, istərsə də digər təkamülçülərin iddialarına diqqət edilsə, çox mühüm xətaya yol verdikləri görüləcəkdir. Təkamülçülər termodinamika ilə təkamülü uzlaşdırmaq məqsədilə daima maddə və enerji giriş-çıxışı olan sistemlərdə (açıq sistemlər) müəyyən nizam əmələ gələ biləcəyini sübut etməyə çalışırlar.

Burada iki əsas məfhumu açıqlamaq təkamülçülərin yanıldıcı metodlarının aşkar edilməsi baxımından vacibdir.

Yanıltma iki müxtəlif məfhumun - “nizamlı” və “mütəşəkkil” anlayışlarının qəsdən qarışdırılmasıdır.

Bunu belə bir misalla açıqlaya bilərik: dəniz kənarı boyu uzanan qumsalı düşünün. Güclü dalğa sahilə çırpıldıqda bu qumsalda bəzi böyüklü-kiçikli qum təpəcikləri və qumda dalğalanmalar əmələ gətirir.

Bu “nizamlama” prosesidir: dəniz sahili açıq sistemdir və içəriyə doğru enerji axını (dalğa) qumsalın əvvəlki adi görünüşünü bəsit formalara çevirə bilər. Termodinamik mənada burada əvvəlkinə görə bir nizam əmələ gəlmişdir. Lakin bunu qeyd etmək lazımdır ki, eyni dalğalar dəniz sahilində qumdan bir qala tikə bilməzlər. Əgər qumdan tikilmiş qala görsək, bunu kiminsə tikdiyindən əmin ola bilərik. Çünki qala “mütəşəkkil”sistemdir. Yəni müəyyən dizayna və məlumata (informasiyaya) malikdir. Şüurlu bir şəxs tərəfindən planlı şəkildə, hər hissəsi düşünülərək tikilmişdir.

Qala ilə qum təpələri arasındakı fərq birincisinin mütəşəkkil kompleksliyə, ikincisinin isə ancaq bəsit təkrarlardan ibarət nizama malik olmasıdır. Təkrarlardan ibarət nizam bir makinanın klaviaturasındakı “a” hərfinin üzərinə bir cisim düşdüyü üçün (yəni içəri girən enerji axını ilə) yüzlərlə “aaaaaaaa...” yazması kimidir. Təbii ki, “a”ların bu şəkildə təkrarlı nizam içində olması nə bir məlumat, nə də hər hansı komplekslik təşkil edir. Məlumat ehtiva edən kompleks hərf ardıcıllığı (yəni mənası olan bir cümlə, abzas və ya kitab) yazmaq üçün mütləq ağıla ehtiyac var.

Eyni şey küləyin tozlu otağa girməsinə də aiddir. Külək otağa girdikdə daha əvvəl yerdə nizamsız şəkildə yayılmış toz təbəqəsi otağın kənarına toplana bilər. Bu yenə termodinamik mənada əvvəlkinə görə daha nizamlı formadır, lakin toz zərrəcikləri əsla küləyin enerjisi ilə “öz-özlərini təşkil edərək” otağın tavanında insan rəsmi əmələ gətirə bilməzlər.

Nəticədə təbii amillərlə əsla kompleks və mütəşəkkil sistemlər meydana gələ bilməz. Ancaq bəzən yuxarıdakı nümunələrə bənzər şəkildə sadə nizamlı formalar əmələ gələ bilər. Bu nizamlı formalar da müəyyən həddi aşmazlar.

Təkamülçülər bu cür təbii proseslərlə öz-özünə meydana çıxan nizamlanma (self ordering) hadisələrini təkamülün çox mühüm dəlili kimi təqdim edir və onları “özünütəşkiletmə” (self organization) nümunəsi kimi göstərirlər. Bu anlayış qarışıqlığı nəticəsində də canlı sistemlərin təbii hadisələr və kimyəvi reaksiyalar nəticəsində öz-özünə meydana gələ biləcəyini irəli sürürlər. Əvvəlki bölmədə təhlil etdiyimiz Priqoqin və tərəfdarlarının metod və fəaliyyətləri də bu yanıldıcı məntiqə əsaslanır.

Halbuki yuxarıda da bildirdiyimiz kimi, mütəşəkkil sistemlərlə nizamlı sistemlər bir-birindən tamamilə fərqli formalardır. Nizamlı sistemlər sadə ardıcıllıqlar, təkrarlar şəklində formalardır, mütəşəkkil sistemlər isə olduqca kompleks funksiyalar ehtiva edirlər. Mütəşəkkil sistemlərin əmələ gəlməsi üçün mütləq şüur, məlumat və dizayna ehtiyac var. Aradakı bu mühüm fərqi təkamülçü elm adamlarından Cefri Uiken belə tərif edir:

“Mütəşəkkil” sistemləri “nizamlı” sistemlərdən dəqiq ayırd etmək lazımdır. İki sistemdən heç biri “təsadüfi” deyil, amma nizamlı sistemlər sadə qəliblərdən ibarət olduqları üçün heç bir kompleksliyə malik deyil, mütəşəkkil sistemlərin isə hər hissəsi məlumat ehtiva edən xarici mənbədən gələn bir plana əsasən birləşirlər... Təşkil olunma buna görə funksional komplekslikdir və məlumat ehtiva edir.376

İlya Priqoqin də qəsdən bu anlayış qarışıqlığından istifadə etmiş və içəriyə doğru enerji axını əsnasında öz-özünə nizamlanan molekulların nümunələrini “öz-özünə təşkil olunma” kimi təqdim etmişdir. Amerikalı elm adamları Çarlz B.Takston, Uolter L.Bredli və Rocer L.Olsen “The mystery of life’s origin” (Həyatın mənşəyinin sirri) adlı kitablarında bu vəziyyəti aşağıdakı kimi açıqlayırlar:

... Hər cür vəziyyətdə mayenin içindəki molekulların təsadüfi hərəkətlərinin yerini dərhal olduqca nizamlı davranış əvəz edir. Priqoqin, Eycen və digərləri buna bənzər “öz-özünə təşkil olunmanın” üzvi kimyanın əsası ola biləcəyini irəli sürür və bunun da canlı sistemlər üçün lazım olan həddindən artıq kompleks molekulları açıqlama potensialına malik olduğunu iddia edirlər. Lakin bu paralelliklərin həyatın mənşəyi sualı ilə əlaqəsi yoxdur. Bunun əsas səbəbi onların nizam və kompleksliyi ayırd etməyi bacarmamalarıdır.377

Eyni elm adamları bəzi təkamülçülərin irəli sürdüyü “suyun buza çevrilməsi bioloji nizamlılığın öz-özünə əmələ gəldiyinə nümunədir” kimi məntiqin dayazlığını və ziddiyyətini belə açıqlayırlar:

Suyun kristallaşaraq buza çevrilməsi ilə bəsit monomerin milyonlarla il ərzində polimer şəklində birləşərək DNT və zülal kimi kompleks molekullara çevrilməsi arasındakı bənzətmə tez-tez müzakirə olunur. Hər iki halda, bənzətmə yanlışdır... Temperatur azaldılaraq termal təsir kifayət qədər kiçildikdə atomları bir-birinə bağlayan güclər su molekullarını nizamlı kristallaşmış formaya salırlar. Amin turşusu kimi üzvi monomerlər isə hər hansı bir temperaturda nəinki nizamlı formaya düşürlər, heç birləşmirlər.378

Bütün karyerasını termodinamikanı təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə həsr etmiş Priqoqin belə suyun kristallaşması ilə kompleks bioloji formaların əmələ gəlməsi arasında bənzərlik olmadığını qəbul etmişdir:

Burada qeyd etmək lazımdır ki, təcrid olunmamış (açıq) sistemdə çox aşağı temperaturda nizamlı və aşağı entropiyalı formaların əmələ gəlmə ehtimalı var. Bu nizamlama prinsipi kristallar kimi nizamlı formaların əmələ gəlməsində və maddənin xassələrinin dəyişməsində etibarlıdır. Təəssüf ki, bu prinsip bioloji formaların əmələ gəlməsini açıqlaya bilməz.379

Qısaca desək, heç bir fiziki və ya kimyəvi təsir canlıların mənşəyini açıqlaya bilmir, “maddənin özünütəşkiletməsi” anlayışı xəyaldan ibarət olaraq qalır.




Download 1.73 Mb.
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Download 1.73 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Nizamlı sistem və mütəşəkkil sistemin fərqi

Download 1.73 Mb.