Həyatin gerçƏK




Download 1.74 Mb.
bet58/209
Sana24.03.2017
Hajmi1.74 Mb.
#1343
1   ...   54   55   56   57   58   59   60   61   ...   209

Archæopteryx və digər qədim quş fosilləri


Son dövrlərdə tapılan bəzi fosillər archæopteryxlə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.

1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Archæopteryx ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında archæopteryxdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle (büzdüm sümüyü) adlı forma bu quşda da vardı.135 Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən archæopteryxlə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət archæopteryxin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət

dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi.136 Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasını əsassız olduğunu bildirmişdi.137

Archæopteryxlə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Archæopteryxdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi.138

Beləliklə, archæopteryx və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və archæopteryxə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya archæopteryxin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.




Download 1.74 Mb.
1   ...   54   55   56   57   58   59   60   61   ...   209




Download 1.74 Mb.