Həyatin gerçƏK




Download 1.74 Mb.
bet60/209
Sana24.03.2017
Hajmi1.74 Mb.
#1343
1   ...   56   57   58   59   60   61   62   63   ...   209

Həşəratların mənşəyi


Quşların mənşəyindən bəhs edərkən təkamülçü bioloqların bu mövzuda ortaya atdıqları “kursorial nəzəriyyə”dən danışmışdıq. Keçən dəfə də bildirdiyimiz kimi, kursorial nəzəriyyə sürünənlərin necə “qanadlandıqları” sualına “qabaq ayaqları ilə milçək ovlamağa çalışan sürünənlər hekayəsi” ilə cavab verirlər. Bu fərziyyəvi nəzəriyyəyə əsasən, sözügedən sürünənlər milçək ovlamağa çalışarkən qabaq ayaqlarını zamanla qanadlara çevirmişlər.

Bu nəzəriyyənin heç bir elmi tapıntıya əsaslanmadığını da qeyd etmişdik. Ancaq bu nəzəriyyə ilə əlaqədar olan və toxunmadığımız mühüm bir cəhət də var. Bəs milçəklər görəsən, necə qanadlanıblar? Ümumiyyətlə, milçəklər sinfinin də aid olduğu həşəratların mənşəyi nədir?

Həşəratları canlıların təsnifatında artropodlar (buğumayaqlılar) şöbəsinin insecta yarım-şöbəsinə aid edirlər. Ən qədim həşərat fosilləri Devon dövrünə (410-360 milyon il əvvəl) aiddir. Daha sonrakı Pensilvaniya dövründə (325-286 milyon il əvvəl) isə çox sayda müxtəlif həşərat növü bir anda üzə çıxır. Məsələn, hamam böcəkləri ani surətdə və bu günkü quruluşları ilə üzə çıxmışdır. Amerika Təbiət Tarixi Muzeyindən Betti Feyber “350 milyon il əvvələ aid hamam böcəyi fosillərinin dövrümüzdəkilərlə eyni olduğunu” bildirir.143

Hörümçək, gənə və qırxayaq kimi canlılar əslində həşərat deyil, amma əsasən, həşərat kimi tərif edilir. Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının (American association for the advancement of science) 1983-cü ildəki illik toplantısında bu canlılarla bağlı çox mühüm fosil tapıntıları təqdim edilmişdir. Hörümçək, gənə və qırxayaqlara aid olan 380 milyon illik bu fosillərin maraqlı xüsusiyyəti isə yaşayan nümunələrindən fərqi olmamasıdır. Tapıntıları təhlil edən elm adamlarından biri fosillər haqqında: “Sanki dünən ölüblər”, -demişdir.144

Uçan həşəratlar, yəni milçəklər də fosil qeydlərində bir anda və özünəməxsus quruluşları ilə üzə çıxır. Məsələn, Pensilvaniya dövrünə aid çox sayda cırcırama fosili tapılmışdır və bu cırcıramalar dövrümüzdəkilərlə tamamilə eyni quruluşa malikdirlər.

Burada maraqlı olan bir cəhət cırcıramalar kimi milçəklərin qanadsız həşərat növləri ilə eyni anda ortaya çıxmalarıdır. Bu da qanadsız həşəratların zamanla qanadlanaraq milçəklərə təkamül yolu ilə çevrilməsi fərziyyəsini əsassız edir. Robin Vutton və Çarlz P.Ellinqton “Təkamüldə biomexanika” (Biomechanics in evolution) adlı kitabdakı bir məqalələrində bu mövzu ilə bağlı belə yazırlar:

Həşəratlar Orta və Üst karbonifer dövrlərində ilk dəfə ortaya çıxırlar, bir-birlərindən çox fərqlənirlər və böyük hissəsi də qanadlıdır. Bir neçə qanadsız və daha ibtidai həşərat var, amma heç bir ara keçid forma yoxdur.145

Fosil qeydlərində bir anda ortaya çıxan milçəklərin mühüm bir xüsusiyyəti də uçuş texnikalarıdır. İnsan saniyədə 10 dəfə qolunu açıb-bağlaya bilmir, amma bir milçək saniyədə təqribən 500 dəfə qanad çalma qabiliyyətinə malikdir. Həm də hər iki qanadını eyni anda çırpır. Əgər qanadların titrəməsi arasında ən kiçik uyğunsuzluq olsa, milçək müvazinətini itirər, ancaq əsla bu cür uyğunsuzluq olmur.

R.Vutton “Milçək qanadlarının mexaniki dizaynı” adlı məqaləsində belə yazır:

Milçək qanadlarının funksiyasını öyrəndikcə malik olduqları dizaynın nə qədər həssas və qüsursuz olduğunu daha yaxşı anlayırıq... Olduqca elastik xüsusiyyətlərə malik hissələr havadan ən yaxşı şəkildə istifadə edilməsi üçün lazımi qüvvətlər qarşısında lazımi elastikliyə malik şəkildə həssaslıqla birləşdirilmişlər. Milçək qanadlarına çatan texnoloji cihaz yoxdur.146

Bu cür qüsursuz yaradılışa malik olan canlıların yer üzündə bir anda üzə çıxmalarının təkamüllə açıqlanması, əlbəttə, qeyri-mümkündür. Bu səbəbdən, Pol Pier Qrasse: “Həşəratların mənşəyi məsələsi bizə tamamilə qaranlıq qalıb”, -deyir.147 Həşəratların mənşəyi açıq şəkildə bütün canlıları Allahın yaratdığını təsdiqləyir.


Download 1.74 Mb.
1   ...   56   57   58   59   60   61   62   63   ...   209




Download 1.74 Mb.