• “İlk məməliyə keçid hələ də sirdir”
  • Beynimizin içində əmələ gələn “xarici dünya”




    Download 1.74 Mb.
    bet61/209
    Sana24.03.2017
    Hajmi1.74 Mb.
    #1343
    1   ...   57   58   59   60   61   62   63   64   ...   209

    Məməlilərin mənşəyi


    Təkamül nəzəriyyəsi daha əvvəl də bildirdiyimiz kimi, dənizdən təkamül keçirərək çıxan bir cür xəyali canlıların sürünənlərə çevrildiyini, quşların da sürünənlərin təkamül keçirməsiylə əmələ gəldiyini iddia edir. Eyni ssenariyə əsasən, sürünənlər təkcə quşların deyil, həm də məməlilərin əcdadıdır. Ancaq bu iki canlı sinfi arasında çox böyük fərqlər var. Məməlilər istiqanlı heyvanlardır (bədən temperaturlarını özləri verirlər və sabit saxlayırlar), balalarını doğurlar, əmizdirirlər və bədənləri tüklərlə örtülüdür. Sürünənlər isə soyuqqanlıdır (bədən temperaturlarını özləri verə bilmirlər və bədən temperaturları çöldəki havaya görə dəyişir), yumurtlayaraq çoxalırlar, balalarını əmizdirmirlər və bədənləri pulcuqlarla örtülüdür.

    Görəsən, necə olub ki, bir sürünən bədən temperaturunu verməyə başlamış, bu temperaturu tənzimləyən tərləmə mexanizmi əmələ gətirmiş, pulcuqlarını tüklərlə dəyişdirmiş və süd ifraz etməyə başlamışdır? Təkamül nəzəriyyəsi məməlilərin mənşəyinə dair açıqlama verməsi üçün, əvvəlcə, bu suallara qənaətbəxş elmi cavablar tapmalıdırlar.

    Lakin təkamülçü mənbələrə baxdıqda ya bu mövzuda səssizliyin hakim olduğunu, ya da tamamilə fantastik və elmdənkənar ssenarilər danışıldığını görürük. Bu ssenarilərdən biri belədir:

    Soyuq bölgələrdə yaşayan bəzi sürünənlər bədənlərini isitmək üçün üsul tapdılar… Pulcuqları getdikcə daha sivri şəklə düşdü və nəticədə təkamül yolu ilə tüklərə çevrildi. Bununla bərabər baş verən digər adaptasiya isə tərləmənin inkişafı oldu. Bu, canlıya lazım gəldikdə suyun buxarlanması sayəsində bədənini soyutma imkanı verirdi. Elə bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənində əmələ gələn təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəbdən getdikcə daha çox ifrazata başladı və bu ifrazat nəticədə südə çevrildi. Bu sayədə bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar.148


    Yuxarıdakı ssenari təxəyyül gücünün məhsulundan başqa bir şey deyiil. Çünki bu danışılanların baş verdiyinə dair nə bir dəlil var, nə də belə bir şeyin baş verməsi mümkündür. Bir canlının anasının bədənindəki təri “yalayaraq” süd kimi olduqca keyfiyyətli, qidalandırıcı, dəyəri yaxşı nizamlanmış qidanı ortaya çıxardığını irəli sürməsi olduqca ağlasığmaz iddiadır.

    Bu cür ssenarilərin uydurulmasının səbəbi məməlilər və sürünənlər arasında əslində keçilməz uçurumlar olmasıdır. Bu uçurumlara başqa bir misal sürünənlərin və məməlilərin çənə quruluşlarıdır. Məməlilərdə alt çənədə təkcə bir sümük var və dişlər bu sümüyün üzərində yerləşir. Sürünənlərdə isə alt çənənin hər iki tərəfində üç dənə kiçik sümük var. Başqa əsas fərq bütün məməlilərin orta qulaqlarında üç dənə sümük (zindan, üzəngi və çəkic sümükləri) olmasıdır, bütün sürünənlərdə isə orta qulaqda bircə sümük var. Təkamülçülər sürünən çənəsinin və sürünən qulağının mərhələli şəkildə məməli çənəsinə və qulağına çevrildiyini iddia edirlər. Bu çevrilmənin hansı mərhələlərlə baş verdiyi sualı isə cavabsızdır. Xüsusilə tək sümükdən ibarət qulağın üç sümüklü formaya necə çevrilməsi və eşitmə hissinin bu zaman necə davam etdiyi əsla cavablana bilməyən sualdır.

    Bütün bunlar sürünənlərin məməlilərə təkamüllə çevrildiyi fərziyyəsinin heç bir elmi əsası olmadığını göstərir. Belə ki, sürünənlərlə məməliləri bir-birilə əlaqələndirən bircə ara keçid forma fosili belə tapılmamışdır. Buna görə, Rocer Levin: “İlk məməliyə keçid hələ də sirdir”, -demək məcburiyyətində qalmışdır.149

    XX əsrin ən böyük təkamülçülərindən və neodarvinist nəzəriyyənin banilərindən biri olan Corc Qeylord Simpson isə təkamül nəzəriyyəsi baxımından çox təəccüblü olan bu həqiqəti belə ifadə edir:

    Dünyadakı həyatın ən dolaşıq məsələsi Mezozoy dövrünün, yəni sürünənlər dövrünün məməlilər dövrünə ani surətdə keçməsidir. Sanki bütün baş rolunu çox sayda və növdə sürünənlərin oynadığı dramın pərdəsi bir anda endirilmişdir. Pərdə yenidən açıldıqda isə bu dəfə baş rolu məməlilərin oynadığı və sürünənlərin bir kənarda qaldığı tamamilə yeni bir dövr başlamışdır. Üzə çıxan məməlilərin əvvəlki dövrə aid izləri isə yoxdur.150

    Habelə, ani surətdə üzə çıxan məməlilər bir-birlərindən çox fərqlidir. Yarasa, at, siçan və balina kimi olduqca fərqli canlıların hamısı məməlidir və eyni geoloji dövrdə üzə çıxmışdırlar. Bu canlıların aralarında təkamül əlaqəsi qurmaq ən zəngin təxəyyül gücü üçün belə qeyri-mümkündür. Təkamülçü zooloq Erik Lombard “Təkamül” (Evolution) adlı jurnalda belə yazır:

    Məməlilər sinfi daxilində təkamül xarakterli qohumluq əlaqələri (filogenetik əlaqələr) qurmaq üçün məlumat axtaranlar ümidsizliyə düşəcəklər.151

    Qısaca desək, məməlilərin mənşəyi digər canlı qruplarında olduğu kimi, təkamül nəzəriyyəsi ilə heç cür açıqlana bilmir. Corc Qeylord Simpson bu həqiqəti uzun illər əvvəl belə etiraf etmişdir:

    Bu, məməlilərin 32 fərqli dəstəsinin hamısına aiddir... Hər dəstənin məlum olan ən qədim və ən ibtidai üzvü bu dəstəyə aid əsas xüsusiyyətlərin hamısına malikdir və heç cür bir dəstədən digərinə doğru irəliləyən davamlı inkişafa rast gəlinmir. Bir çox nümunədə fərq o qədər kəskin və boşluq o qədər böyükdür ki, bütün dəstənin mənşəyi şübhəli və həddindən artıq mübahisəlidir...

    Ara keçid formaların bu sistemli yoxluğu sadəcə məməlilərə xas deyil və paleontoloqların uzun zamandan bəri anladığı kimi, demək olar ki, universal faktdır. Bu fakt onurğalı və ya onurğasız – bütün heyvan siniflərinə və bütün dəstələrə aiddir. Açıq desək, eyni fakt bitkilərin fərqli kateqoriyalarına da aid edilir.152




    Download 1.74 Mb.
    1   ...   57   58   59   60   61   62   63   64   ...   209




    Download 1.74 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Beynimizin içində əmələ gələn “xarici dünya”

    Download 1.74 Mb.