Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri




Download 5,57 Mb.
Pdf ko'rish
bet1/64
Sana10.01.2024
Hajmi5,57 Mb.
#134066
  1   2   3   4   5   6   7   8   9   ...   64
Bog'liq
İKT



Mövzu №1 
İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri 
Müvafiq nəzəri baxışların əsasında görkəmli Amerika sosioloqu Daniel Bellin
“Postsənaye cəmiyyəti” konsepsiyası dayanır. Postsənaye cəmiyyətində maşın 
texnologiyasını informatikaya əsaslanan intellektual texnologiyalar əvəz etməyə başlayır, 
bu cəmiyyətin əsas siyası problemi elmə dövlət dəstəyinin forma və xarakteri ilə bağlıdır, 
burada artıq əzələ gücü və enerji deyil, informasiya əsas rol oynamağa başlayır. 
“Postsənaye cəmiyyəti” konsepsiyasının əsas müddəaları aşağıdakılardır: 
• iqtisadi sfera: sənaye məhsulları istehsalından xidmət istehsalına keçid;
• məşğulluq sahəsi: peşəkar mütəxəssislərin və texniklər sinfinin üstünlük təşkil etməsi; 
• əsas xətt: yeniliklərin mənbəyi kimi nəzəri biliklərin aparıcı rolu;
• gələcək istiqamətlər: texnologiyalar və texnoloji qiymətləndirmələr üzərində nəzarət; 
• qərar qəbuletmə prosesi: yeni intellektual texnologiyaların yaradılması.
Bəzi alimlər isə hesab edirlər ki, informasiya cəmiyyəti ideyasını ilk dəfə görkəmli 
Amerika alimi, kibernetikanın banisi Norbert Viner (1894-1964) irəli sürüb. O, hələ ötən 
əsrin 50-ci illərinin əvvəlində yazırdı ki, gələcəkdə insanla maşın, maşınla insan və 
maşınla maşın arasında informasiya mübadiləsinin inkişafı cəmiyyətdə mühüm rol 
oynayacaq . 
İnformasiya cəmiyyəti konsepsiyasının müəlliflərindən olan yapon alimi Yonezi Masuda
informasiya cəmiyyətinin əsaslarını aşağıdakı kimi təsvir etmişdir:
 yeni cəmiyyətin əsasını insanın əqli fəaliyyətini əvəz etmək və ya gücləndirmək üçün 
nəzərdə tutulan kompüter texnologiyası təşkil edəcək; 


  yeni telekommunikasiya texnologiyaları vasitəsi ilə yaradılan və yayılan intellektual 
istehsal iqtisadiyyatın aparıcı sahəsini təşkil etməklə informasiya inqilabı cəmiyyətin yeni 
istehsal gücünə çevriləcək;
 yeni cəmiyyətdə koqnitiv, sistemləşdirilmiş informasiyanın, texnologiyaların və 
biliklərin kütləvi istehsalı mümkün olacaq; 
 əməkdaşlıq, problemlərin birlikdə həll edilməsi imkanları artacaq;
 intellektual (elmtutumlu) istehsal iqtisadiyyatın aparıcı sahəsinə çevriləcək;
 informasiya cəmiyyətində sosial fəallığın əsas subyekti “azad cəmiyyət” olacaq;
 yeni cəmiyyətin əsas hədəfi “zamanın dəyərini” reallaşdırmaq olacaq. 
Amerikalı alim Elvin Toffler (1928) informasiya cəmiyyəti konsepsiyasının inkişafına 
mühüm töhfələr vermişdir. Onun “Gələcəyin şoku”, “Üçüncü dalğa” və “Hakimiyyətin 
metamorfozları” adlı əsərləri - triologiyası bu konsepsiyaya həsr olunmuşdur. “Gələcəyin 
şoku” əsərində dəyişikliklərin insanlara və təşkilatlara təsiri məsələlərinə baxılır. “Üçüncü 
dalğa” əsərində cəmiyyətə təsir edən dəyişikliklərin istiqamətləri təhlil edilir. 
“Hakimiyyətin metamorfozları” əsəri isə dəyişikliklər dövrünün idarəetmə problemlərinə 
həsr olur . E.Toffler informasiya cəmiyyətində iqtisadiyyatı aşağıdakı kimi xarakterizə 
edir: 
−informasiya və bilik mübadiləsinin rolu artır; −yeni informasiya texnologiyalarının 
hesabına müxtəlif çeşidli, lakin kütləvi olmayan məhsulların istehsalı artır; −ənənəvi 
istehsal amillərinin - əmək, torpaq, xammal və kapitalın əhəmiyyəti azalır; −ənənəvi 
pulların əvəzinə elektron informasiya əsas mübadilə vasitəsinə çevrilir; −əmtəə və 
xidmətlər daim standartlarının həcminin artmasını tələb edən sistemlərin tərkib hissələrinə 
çevriləcək. Bunun nəticəsində həmin standartların qeyd olunduğu informasiya uğrunda 


müharibələr baş verəcək; −ağır bürokratik əmək müəssisələri bir layihə ətrafında birləşən 
çevik, müvəqqəti əmək alyansları ilə əvəz olunacaq; −təşkilat formalarının sayı və 
rəngarəngliyi artacaq, onlar arasında informasiya mübadiləsi mürəkkəbləşəcək; −peşə 
sahələrində dar ixtisaslaşma prosesi dərinləşəcək, unikal bilik daşıyıcıları olan işçilərin 
bir-birlərini əvəz etməsi çətinləşəcək; −təxəyyül və bilikləri əməli fəaliyyətlə 
birləşdirməyi bacaran mütəxəssis əmək bazarının əsas simasına çevriləcək; −bir istehsal 
prosesinin tullantılarının növbəti istehsal prosesi üçün xammala çevrilməsi nəticəsində 
cəmiyyətdə bolluq yaranacaq, bu, müvafiq monitorinq proseslərinin kompüterləşməsi, 
elmi və ekoloji biliklərin dərinləşməsi nəticəsində mümkün olacaq; −sənaye inqilabı 
nəticəsində bölünmüş istehsalçı və istehlakçı bolluq yaradılması tsiklində yenidən 
birləşəcək; istehlakçı pulla yanaşı, effektli istehsal prosesi üçün vacib olan bazar və digər 
iqtisadi əhəmiyyətli informasiyaya malik olacaq.
Nə vaxtsa istehlakçı da istehsal prosesini sürətləndirə biləcək. −bolluq yaratma sistemi 
həm lokal, həm də qlobal miqyasda mümkün olacaq. Bu proses milli sərhədləri aşaraq bir 
çox dövlətlərin birgə səyləri nəticəsində mümkün olacaq. 
E.Toffler zamanı yeni sivilizasiyanın əsas dəyərlərindən biri sayır. Onun fikrincə, sürətli 
informasiya axınları və qloballaşma “real zaman iqtisadiyyatının” formalaşmasına gətirib 
çıxarır. E.Toffler informasiya cəmiyyətinin əsas əlamətləri kimi istehsalın fərdiləşməsini 
və insanların öz fəaliyyətlərində fərdiyyəçiliyə üstünlük vermələrini, informasiya 
mübadiləsinin kəskin artmasını, siyasi sistemlərdə özünüidarəetmənin üstünlük 
qazanmasını qeyd edir. Amerika alimi Manuel Kastels əsərlərində “informasiya 
cəmiyyəti” anlayışından istifadə etmir . Onun fikrincə bütün cəmiyyətlər informasiyadan 
istifadə edib, ona görə də onların hamısı, əslində, informasiya cəmiyyəti olub. O, yeni 
cəmiyyəti “şəbəkə cəmiyyəti” adlandırır, informasiya erasını qloballaşma erası kimi 
xarakterizə edir. Onun baxışlarına görə, zəruri informasiyanın toplanması, analizi və 


ötürülməsi məhsuldarlığın və hakimiyyətin fundamental mənbələridir. Hesab edir ki, 
“informasionalizmin” inkişafı şəbəkə cəmiyyətinin və yeni iqtisadiyyatın yaranmasına 
gətirib çıxarır. M.Kastels “İnformasiya əsri: iqtisadiyyat, cəmiyyət və mədəniyyət” 
əsərində göstərir ki, informasiya əsrində insanları, təşkilatları və dövlətləri bir-biri ilə 
birləşdirən şəbəkə əsas rol oynayacaq. M.Kastels yeni cəmiyyətdə beynəlxalq əmək 
bölgüsünü belə xarakterizə edir:
 yüksək dəyərli məhsul istehsalçıları (informasiya əməyinə əsaslanan); 
 böyük həcmli məhsul istehsalçıları (yüksək əmək məhsuldarlığına əsaslanmayan);
 xammal istehsalçıları (təbii resurslara malik olanlar); 
 bol məhsul istehsalçıları (təmin olunmuş əmək resurslarından istifadə edənlər). 
M.Kastels şəbəkə müəssisələrinin bu xüsusiyyətlərini göstərir: əhatə dairəsinin genişliyi, 
interaktivlik, çevik idarəetmə, brandinq və istehlakçıya yönəlmə. Eyni zamanda, qeyd edir 
ki, cəmiyyətin informasiya əsrinə keçidi təkcə texnologiya və iqtisadiyyatı əhatə etmir: 
“O, həm də mənəviyyatı, mədəniyyəti, ideyaları, həmçinin cəmiyyətin institusional və 
siyasi strukturunu əhatə edir. Bu, bütün insan həyatının tamamilə transformasiyaya 
uğraması deməkdir”. M.Kastelin “Şəbəkə cəmiyyəti” konsepsiyası informasiyanın sosial 
strukturun əsası kimi dərk etməsindən irəli gəlir. Belə ki, müəllif sosial strukturları yeni 
sosial quruluş qismində gördüyü şəbəkə strukturları kimi təqdim edir. Onun baxışlarına 
görə, insan həyatının bütün sahələrini əhatə edən operativlik, mobillik və çeviklik sosial 
strukturun şəbəkə formasına keçidi zəruri edir: iqtisadiyyatda şəbəkə sistemi, interaktiv 
siyasi sistem, vahid qlobal informasiya şəbəkəsi İnternet. M.Kastels şəbəkə (informasiya) 
cəmiyyətinin problemlərini belə xarakterizə edir: − İnternetin idarə edilməsi ilə bağlı 
problemlər; − İnternetin potensialından istifadə ilə bağlı məhdudiyyətlər, rəqəmsal 
bərabərsizlik; − informasiyanın işlənməsi qabiliyyətinin inkişafı ilə bağlı problemlər; − 
əmək münasibətlərinin transformasiyası ilə bağlı problemlər; − təbii resursların 


istismarının intensivliyinin artması ilə bağlı problemlər; − insanın yaratdığı 
texnologiyaların onun nəzarətindən çıxması qorxusu. Fransız sosioloqu Aren Turen
informasiya cəmiyyətini “proqramlaşdırılan cəmiyyət” adlandırırdı. O, bu cəmiyyətin 
fərqləndirici xüsusiyyətləri kimi, istehsal sahəsində, hakimiyyət və idarəetmə 
münasibətlərindəki dəyişiklikləri göstərirdi. Hesab edirdi ki, aqrar cəmiyyətdə əsas 
məşğuliyyət növü ticarət, sənaye cəmiyyətində istehsal, informasiya cəmiyyətində isə 
kommunikasiyadır . Amerikalı alim Piter Draker 1995-ci ildə nəşr etdirdiyi 
“Postkapitalizm cəmiyyəti” kitabı ilə informasiya cəmiyyəti konsepsiyasına mühüm töhfə 
vermişdir . Bu kitabda Qərb sivilizasiyasının mövcud vəziyyəti və inkişaf perspektivləri 
ilə bağlı öz fikirlərini ortaya qoymuşdur. O, sənaye təsərrüfatından bilik və informasiyaya 
əsaslanan iqtisadi sistemə keçidi özəl kapitalist mülkiyyətinin üstünlük təşkil etməsi, 
müasir insanın yeni dəyərlər sisteminin formalaşması və iqtisadiyyatın və cəmiyyətin 
qloballaşmasının təsiri ilə milli dövlətçilik ideyasının qlobal cəmiyyət ideyasına 
transformasiya olunması kimi xarakterizə edirdi. P.Drakerin fikrincə, ənənəvi istehsal 
amilləri olan torpaq, işçi qüvvəsi və kapital aradan qalxmayıb, sadəcə, ikinci plana keçir. 
Onun düşüncəsinə görə, zəruri biliklərə malik olmaqla ənənəvi istehsal resurslarını 
(torpağı, işçi qüvvəsini, kapitalı) asanlıqla əldə etmək olar. O, informasiya cəmiyyətində 
hakimiyyət və nəzarətin tədricən kapital sahiblərindən bilik və informasiya sahiblərinə, 
həmin resurslardan effektli istifadə texnologiyalarına malik olanlara keçir. 
Amerika iqtisadçısı Frits Maxlup 1962-ci ildə ABŞ iqtisadiyyatında ilk dəfə olaraq 
“biliklərin istehsalı və yayılması” sektorunu fərqləndirdi, elmi dövriyyəyə “biliklər 
iqtisadiyyatı” terminini daxil etdi . Alman sosioloqu Tom Stounerə görə, informasiya 
cəmiyyəti bolluq erası, burada hər kəs zadəgan, filosof olacaq. Onun fikrincə, sənaye 
cəmiyyətinin sonunda insanların ərzaq narahatçılığına son qoyulduğu kimi, kommunikativ 
cəmiyyətin sonunda maddi ehtiyacların ödənilməsi ilə bağlı narahatçılığı aradan qalxacaq: 
“Sənaye cəmiyyəti quldarlığı, aclığı, epidemiyaları aradan qaldırdığı kimi, informasiya 


cəmiyyəti də avtoritarizmi, müharibəni və ədavəti yox edəcək. Tarixdə ilk dəfə olaraq 
bizim problemləri həlletmə sürətimiz onların yaranma sürətini üstələyəcək”. T.Stouner 
hesab edir ki, informasiyanı da kapital kimi toplamaq və gələcəkdə istifadə üçün saxlamaq 
olar. Onun baxışlarına görə, informasiya cəmiyyətində milli informasiya resursları ən 
böyük potensial sərvətə çevriləcək və ona görə də, ilk növbədə, informasiya 
iqtisadiyyatının inkişafına diqqət ayrılmalıdır. Rus alimi Vladislav İnozemtsev hesab edir 
ki, informasiya texnologiyaları və resursları bizi “postiqtisadi cəmiyyətə” gətirib çıxarır 
ki, burada da iqtisadi cəhətdən motivasiya olunmuş əmək fəaliyyəti şəxsiyyətin 
özünüreallaşdırma vasitəsi olan yaradıcılıq fəaliyyəti ilə əvəz olunur . Amerikalı politoloq 
Zbiqnev Bjezinski “Texnotron cəmiyyət” konsepsiyasını irəli sürmüşdür . O, “İki əsr 
arasında. Texnotron əsrində Amerikanın rolu” adlı kitabında informasiya cəmiyyətinin 
texnotron cəmiyyətə çevriləcəyini düşünür. Hesab edir ki, texnotron cəmiyyət – texnika və 
elektronikanın, xüsusən, kompüter və kommunikasiyalar sahəsində inkişaf nəticəsində 
yeni mədəni, psixoloji, sosial və iqtisadi münasibətlərin formalaşmasıdır. Kanadalı alim 
Marşall Maklyuen kütləvi kommunikasiyalar nəzəriyyəsi sahəsində klassiklərdən biri 
sayılır. O, informasiya texnologiyalarına yeni cəmiyyətin sosialiqtisadi əsaslarının 
formalaşmasına təsir göstərən əsas amil kimi dəyər verirdi. M.Maklyuen hesab edirdi ki, 
telekommunikasiyaların, mass-medianın və kompüterlərin vasitəsilə elektrik enerjisi bütün 
yer kürəsini qlobal kəndə çevirir. Onun fikrincə, kütləvi kommunikasiyalar müasir 
cəmiyyətin bir hissəsinə çevrilir, eyni zamanda, onun üzərində müəyyən hakimiyyət əldə 
edir . Amerikalı sosioloq Herbert Şiller hesab edirdi ki, informasiya sferasında korporativ 
kapitalizmin maraqları dominantlıq edir. Onun baxışlarına görə, informasiya proseslərinin 
və texnologiyalarının inkişafı, ilk növbədə, bötüvlükdə, cəmiyyətin deyil, özəl biznesin 
maraqlarına xidmət edir. H.Şiller iddia edirdi ki, informasiya texnologiyaları üzərində, hər 
şeydən əvvəl, kooperativ kapitalın izləri var, istənilən digər maraqlar arxa plandadır. Digər 
rus alimi Nikita Moiseyevin informasiya cəmiyyətinə dair baxışları da mühüm əhəmiyyət 
kəsb edir . Onun fikrincə, bütün insanların informasiyaya sərbəst çıxışı təmin olunmadan 


informasiya cəmiyyəti – qlobal miqyasda kollektiv intellekt quruculuğundan danışmaq 
olmaz. O, hesab edirdi ki, informasiya cəmiyyəti quruculuğunun ikinci vacib şərti bütün 
insanların öz biliklərini paylaşmaq istəyində olmasıdır. N.Moiseyev “Kollektiv beyin” 
konsepsiyasını irəli sürmüşdür. O, “kollektiv beyin” dedikdə, insanları informasiya 
əlaqələri ilə birləşdirən sistemi başa düşürdü. Onun baxışlarına görə, kollektiv beyin tək 
informasiyanı toplamaq və ötürmək yox, eyni zamanda, analiz və nəticə çıxartmaq 
imkanlarına malik olan, fərdi intellektləri xüsusi bir qaydada birləşdirən məxsusi 
informasiya sistemidir. N.Moiseyev hesab edirdi ki, kollektiv beyin bu kimi funksiyaları 
yerinə yetirmək imkanlarına malik olduqda bəşəriyyət informasiya cəmiyyətinə qədəm 
qoyacaq. İngilis sosioloqu Entoni Giddens “informasiya cəmiyyəti” konsepsiyasını qəbul 
etmir. Hesab edir ki, cəmiyyət müasir dövrdə yox, elə əvvəlcədən informasiyalı olub. 
Onun fikrincə, müasir dövrdə informasiyanın dəyərinin artması yeni cəmiyyətin meydana 
gəlməsini söyləməyə əsas vermir. E.Giddensin nəzəriyyəsinə əsasən, insanlar KİV-dən və 
təhsil müəssisələrindən əldə etdikləri mücərrəd biliklər əsasında öz həyatlarının maddi və 
sosial şəraitini təmin edirlər. İstənilən informasiyanın əlyetərliliyi şəraitində insanlar həyat 
tərzini, davranış modelini seçirlər. İnkişaf etmiş cəmiyyətdə isə seçim imkanları ərazi, 
ənənəvi və digər amillərdən asılı deyil . Postmodernizmin görkəmli nümayəndəsi, 
amerikalı filosof Mark Poster informasiya cəmiyyətində İnternetin roluna xüsusi 
əhəmiyyət verir . O, hesab edir ki, İnternetin təsiri ilə baş verən qloballaşma prosesi milli 
dövlətləri dağıdır, İnternet insana vətəndaşlıqdan daha böyük azadlıqlar verir, İnternet 
vətəndaşı milli dövlətin zülmündən qurtararaq azad insana çevirir. M.Posterin bu baxışları 
dövlət maraqları baxımından təhlükəli hesab edilir. Çünki onun bu fikirlərində vətəndaş 
itaətsizliyinə çağırışlar yer alır. İtaliyalı alim Canni Vattimo informasiya cəmiyyətini 
kulturoloji aspektdən tədqiq edir . O, KİV-in sayının artması və əhatə dairəsinin 
genişlənməsini müasir cəmiyyətdə mühüm amil kimi qiymətləndirir. Hesab edir ki, efir və 
kabel televiziyalarının sayının sürətlə artması insanların yeni dövrün həqiqətlərinə və 
reallıqlarına inamını sarsıdır, KİV cəmiyyətə alternativ reallıqlar gətirir, mövcud 


reallıqları artırır, insanlar müxtəlif mədəniyyətlərin əhatəsində yaşamağa məcbur olurlar. 
Alman alimi Yurgen Habermas (1929) informasiyanın idarə olunması və manipulyativ 
texnologiyalar sahəsində araşdırmalar aparır . O, “İctimai sfera (informasiya sferası)” 
konsepsiyasını irəli sürmüşdür. Müəllif cəmiyyətdə informasiyanın əhəmiyyətinin artması 
ilə razılaşsa da, informasiya cəmiyyətinin yaranması ideyasını qəbul etmir.Y.Habermas 
ictimai informasiya sferasında böhranın aşağıdakı əlamətlərini göstərir: − informasiya 
əmtəəyə çevrilir; − informasiya zibili çoxalır; − ictimai institutlar (kitabxana, muzey, 
qalereya və s.) kommersiyalaşır; − siyasətdə və reklamda müzakirəyə yox, inandırmaya 
əsaslanma müşahidə edilir. İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri kanadalı alim 
Don Tapskottun “Elektron-rəqəmsal cəmiyyət” adlı əsərində daha geniş şərh olunmuşdur: 
Biliklərə yönəlmə. İntellektual əmək madd dəyərlərin yaradılmasının, gəlirlərin əldə 
edilməsinin əsasına çevrilir. Bilik məhsulun tərkib hissəsinə çevrilir. Biliklərə yönələn 
texniki vasitələr yayılmağa başlayır. İnformasiya-idarəetmə sistemi biliklər sisteminə 
transformasiya olunur. Obyektlərin rəqəmsal təqdimetmə forması. Sənədlər elektron-
rəqəmsal formaya keçir. İnsanlar arasında ünsiyyət vahidlər və sıfırlar formasını alır. 
Analoq texnikasından elektronrəqəmsal texnikaya keçid baş verir (rabitə, faktların qeydə 
alınması sistemləri, nüsxələmə). Virtual xüsusiyyət. Fiziki predmetlər, təşkilatlar 
virtuallaşır. Virtual mağazalar, anbarlar, iş yerləri, briqadalar yaranır. Verilənlərin 
virtuallaşması baş verir, “virtual reallıq sistemləri” formalaşır. Molekulyar struktur. 
İnzibati-komanda iyerarxiyasının sonu çatır. Ayrı-ayrı işçilər və briqadalar fəaliyyət 
sərbəstliyi və dəyər yaratmaq imkanı qazanır. Çoxfunksiyalı və dəfələrlə istifadəni 
nəzərdə tutan komponentlər yaranır. İnteqrasiya. Şəbəkələrarası qarşılıqlı əlaqə. Yeni tip 
müəssisə - şəbəkə elementidir. Vahid xidmət və istehsal şəbəkəsini təşkil edən müstəqil 
modul təşkilatları meydana gəlir. Maddi dəyərlərin yaradılması, ticarət, ictimai həyat 
ümumi istifadədə olan qlobal infrastruktura əsaslanır. Vasitəçilərin aradan qalxması. 
Agentlərin, 
maklerlərin, 
topdansatış 
mərkəzlərinin 
təsərrüfat 
fəaliyyətindən 


kənarlaşdırılması nəticəsində istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlər 
yaranır. Konvergensiya. İqtisadiyyatın əsas sahələrinin, təşkilati strukturların 
konvergensiyası baş verir. İnnovativ mühit. Yenilikçilik iqtisadi fəaliyyətin və 
müvəffəqiyyətin hərəkətverici qüvvəsinə çevrilir. Dəyərlərin əsas mənbəyi kimi ənənəvi 
uğur amilləri olan xammala çıxış, məhsuldarlıq, miqyas, işçi qüvvəsinin dəyəri deyil, 
insan təxəyyülü çıxış edir.
“İstehsalçı-istehlakçı” münasibətlərinin transformasiyası. İstehsalçı ilə istehlakçı 
arasındakı sərhədlər silinir. İstehlakçının bilikləri, informasiyası məhsulun 
yaradılmasında, o cümlədən informasiya sistemlərinin, proqram məhsullarının 
işlənməsində istifadə edilir. İstehlakçı onun istəyinə uyğun olan məhsulun yaradılmasını 
izləyə, ona düzəliş edə bilər. Dinamizm. Yeni cəmiyyət real zaman rejimində fəaliyyət 
göstərir. Ticarət elektron formaya keçir, kommunikasiya ani olaraq həyata keçirilir, 
birbaşa nəzarət və idarəetmə prosesin bütün zəruri parametrləri ilə həqiqi mənzərəsinin 
əldə edilməsini təmin edir. Qlobal miqyas. Biliklər sərhədlərə sığmır. İqtisadiyyat 
qloballaşır. Qarşılıqlı fəaliyyətin, əməkdaşlığın təşkili zaman və məkanla məhdudlaşmır. 
İşi istənilən yerdə, o cümlədən evdə yerinə yetirmək mümkün olur. Ölkələrin qarşılıqlı 
asılılığı artır. Ziddiyyətlərin mövcudluğu. Çalışan və bilikləri lazım olmayan, işdən azad 
olunan işçilər, biliklillər və biliksizlər, informasiya magistrallarına çıxışı olanlar və 
olmayanlar arasında kütləvi sosial qarşıdurma yaranır. 



Download 5,57 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   64




Download 5,57 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri

Download 5,57 Mb.
Pdf ko'rish