|
Təhsildə İKT-dən istifadənin pedaqoji aspektləriBog'liq İKTTəhsildə İKT-dən istifadənin pedaqoji aspektləri
İnformasiya cəmiyyətinin və rəqabətədavamlı yüksək texnologiyalı milli iqtisadiyyatın
yaradılması bir sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Bu ölkələrdə
informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi inkişafın ən önəmli amili kimi çıxış
edir. Bu sahə dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və
ictimai münasibətlərin qloballaşmasını şərtləndirir. İnformasiya cəmiyyətinin təhsil sisteminin
necə qurulması, təhsilin modernləşdirilməsi üçün hansı texnologiyalardan istifadə edilməsi
hazırda ən aktual məsələlərdən biridir.
Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya
texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir.
İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır.
Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi
informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir.
Son 20 ildə bir çox sahələrdə dünyada tarixən analoqu olmayan intensiv inkişaf gedir, xüsusi ilə
informasiya silsilə ilə inkişaf edir. Bu intensiv inkişaf bir çox sahələrə, ilk növbədə isə təhsilə
ciddi təsir edir. Deməli, təhsilin daxili inkişaf dinamikası dünyanın ümumi inkişaf
dinamikasından sürətli olmalıdır. Bu günün təhsili - İnformasiya-Təhsil məkanı mühitində
reallaşır. Bu vəziyyət müəllimin peşə hazırlığına, onun metodik ustalığına yeni bir komponenti -
"informasiya mədəniyyəti" komponentini əlavə edir. Müasir müəllim öz fənnini tədris etməklə
yanaşı, həm də təhsil müəssisəsinin mühüm fəaliyyət istiqamətlərində İKT-nin tətbiqi üzrə
praktik işləri təşkil etməli, onları əlaqələndirməli və səmərəli idarə etməlidir. Başqa sözlə, müasir
müəllim, xüsusən də informatika müəllimi məktəbdə pedaqoji fəaliyyətlə yanaşı, həm də İT üzrə
menecer (İT üzrə inzibatçı) olmalıdır.
Daima mürəkkəbləşən və böyük informasiya həcmi ilə xarakterizə olunan müasir cəmiyyətdə
yaşamaq, oxumaq və uğurla işləmək üçün şagirdlər və müəllimlər İKT– dən səmərəli istifadə
etməyi bacarmalıdırlar.
Məntiqlə təşkil olunmuş təhsil mühitində şagirdlər aşağıdakı imkanları əldə edəcəklər:
• informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etmək;
• informasiyanı tapmaq, təhlil etmək və qiymətləndirmək;
• problemləri həll etmək və qərar qəbul etmək;
• əmək qabiliyyətini artıran vasitələrdən səmərəli şəkildə istifadə etmək;
• ünsiyyət prosesində iştirak etmək, əməkdaşlıq etmək, informasiyanı hazırlamaq və
yerləşdirmək;
• məlumatlı, fəal və məsuliyyətli vətəndaş olmaq.
İKT innovativ tədris və öyrənmə imkanlarının təmin edilməsi üçün müəllimlərə böyük imkanlar
yaradır, şagirdlərə informasiyanın əldə edilməsi, seçilməsi və izah edilməsinə, mülahizələrin
modelləşdirilməsinə, proqnozlaşdırılmasına və irəli sürülməsinə, öz bilik və bacarıqlarını
qiymətləndirməyə, yaradıcılıq imkanlarını inkişaf etdirməyə imkan verir. Eyni zamanda onlar
səmərəli məktəb idarəçiliyinin təşkil edilməsində əhəmiyyətli rol oynayırlar.
Təhsildə aşağıdakı müasir informasiyakommunikasiya texnologiyaları mövcuddur: İnternet,
elektron poçt, forum, video- konfrans, çat, mesencer, web resurslar, kataloqlar, elektron
dərsliklər və kitabxanalar, axtarış sistemləri, layihələr və müsabiqələr, distant təhsil, xəbərlər və
elanlar, xəbər linkləri, onlayn testlər, sorğu kitabçaları, sorğular, təqdimat, animasiya,
multimedia, layihələr, rəsmlər, diaqramlar, sxemlər, xəritələr, elektron dərslik.
|
| |