İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri
(sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın
dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi
təmin edir.
Maşın dilləri çoxsaylı əmrlər ardıcıllığından ibarət kompyuterin birbaşa başa düşə
biləcəyi kodlarla işləyir.
Təbii dilə yaxın olan daha sadə dillər proqramlaşdırma dilləridir. Proqramlaşdırma
dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib
olunan
proqramlar istənilən kompyuterdə işləyir və onlarla işləmək əlverişli və asandır.
Çatışmayan cəhətləri kompyuterin texniki xarakteristikalarının nəzərə alınmasının
mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:
− məntiqi məsələlərin həlli üçün;
− elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;
− texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin
proqramlaşdırılması üçün.
Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl
translyator
adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu
ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya
kompilyator
adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa
yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı oxuduqdan sonra maşın koduna çevirərək səhvlər
haqqında məlumatları istifadəçiyə çatdırır. Beləliklə, kompilyator operatorların
təhlili və maşın koduna çevrilməsi prosesini bir dəfəlik aparır. Buna görə də
kompyuterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur,
proqramın əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və yaddaşdan digər
məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.