istifadəçi ilə kompyuter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini
idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşkarlayıb ona
çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompyuter istifadəçisinin
araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.
Proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:
1.Sistem proqramları- bu proqramalar həmişə işə hazır vəziyyətdə olub yaddaşda
saxlanılırlar. Onların əsas vəzifəsi kompyuterin qurğuları və aparat hissəsi ilə iş
prosesində istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır (məsələn
BİOS proqramı);
2.Qeyri-rezident (adi) proqramlar - ən geniş yayılmış kateqoriyalı
proqramlardır. Bu proqramlar vasitəsilə istənilən növ məsələni kompyuterdə həll
etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən sonra əməli yaddaş
boşaldılaraq idarəetmə digər proqramlara verilir;