• Üçüncü qrup
  • Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet6/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   2   3   4   5   6   7   8   9   ...   64
    Bog'liq
    İKT

    Birinci qrup - müəllimin nəşrlə bağlı fəaliyyətidir: əyani vəsaitlərin, xüsusi 
    vərəqələrin, sxem və s. bu kimi vəsaitlərin hazırlanması. Prezentasiya şəkilli 
    çıxışlara hazırlığı da bura aid etmək olar; 
    İkinci qrup - bura bəzi riyazı hesablama və məlumatlar bazasının təşkili aiddir. 
    Elektron jurnalların, şagirdlərin dərsə davamiyyətinin uçotunun aparılmasını da bu 
    qəbildən hesab etmək olar. 
    Üçüncü qrup - İnternet şəbəkəsi ilə bağlı fəaliyyət növüdür: müxtəlif metodik 
    materialların axtarışı və həmkarlarla yazışmaların aparılmasını və s. bura aid etmək 
    olar. 
    Dərs prosesində kompüter texnikasından bir-birindən fərqli formalarda istifadə 
    oluna bilər: 


    − Nümayış etdirici bir vasitə kimi istifadə olunur: bu halda müəllim 
    qabaqcadan hazırladığı təqdimetmə materiallarını-çıxışını və ya müəyyən 
    ixtisasa aid nümayiş xarakterli materiallarını təqdim edir; 
    − Hər şagird öz kompüteri arxasında işləyir. Bu halda şagirdin yerinə yetirə 
    biləcəyi işlərin və istifadə edəcəyi proqramların çeşidi çox genişdir. Həmin 
    proqramların bəziləri aşağıda göstərilmişdir: 
    ❖ Müxtəlif fənn və ixtisaslar üçün tematik proqram və vasitələr (elektron 
    dərsliklər, ensiklopediya və sorğu kitabları, təlim trenajorları, atlaslar, 
    multimedia proqramları, testlər və s); 
    ❖ Adi proqram - redaktorlar (Word, Power Paint və s.) və ya şagirdlərin 
    layihələndirmə fəaliyyətinin və nəşr işinin təşkili üçün xüsusi proqramlar; 
    ❖ Kompüterin başqa texniki avadanlıqlarla (skayner, rəqəmsal foto, mikrofon 
    və s.) işini təmin edən xüsusi proqramlar; 
    ❖ İnternet şəbəkəsində lazımi məlumatların axtarışı üçün proqramlar. 
    Təhsildə İKT-nin tətbiq edilə biləcəyi sahələrindən biri də peşə təhsili 
    müəssisələrində avtomatlaşdırılmış kitabxananın yaradılmasıdır. Belə kitabxanada 
    fondun, abonement haqqında məlumatın uçotunun avtomatlaşdırılması, kitabxana 
    fondundan istifadənin analizi təmin olunur. Bu kitabxana, ilk növbədə, 
    istifadəçilərin rahatlığına istiqamətlənmiş olur. Oxucu ona lazım olan ədəbiyyatın 
    kitabxana fondunda olub-olmaması barədə məlumatı çox qısa müddətdə əldə edir. 
    Təhsil müəssisəsində elektron kitabxana yaradılarsa, bu zaman evdə oturmaqla 
    həmin kitabxanadan İnternet vasitəsilə istifadə etmək olar. 
    İKT-dən istifadə etməklə idarəetmənin təşkili məsələsi bütün fəaliyyət sahələrinin 
    menecmentinin, o cümlədən peşə təhsilinin aktual məsələlərindən biridir. Təhsilin 
    idarə olunmasında İKT-dən istifadə idarəedici qərarların operativ verilməsinə, 
    idarəetmənin keyfiyyətinin artırılmasına və kağızsız iş texnologiyasına gətirib 
    çıxarır. Bu asrektdə yaradılması vacib olan peşə təhsili sahəsinin vahid informasiya 
    mühitinin əhəmiyyəti xususi qeyd olunmalıdır. 
    İKT vasitəsilə texniki peşə təhsili müəssisəsinin İnternet saytının yaradılması peşə 
    məktəbi və reşə liseyləri qarşısında geniş imkanlar yaradır. Yaradılan saytda reşə 
    təhsili müəssisəsi və onun maddi-texniki bazası haqqında, orada hazırlanan peşələr 
    və onların xarakteristikaları haqqında, sagird qəbulu qaydaları və bunun üçün tələb 
    olunan sənədlərin siyahısı, karyeralarını qura bilmiş məzunlar haqqında və s. bu 
    kimi məlumatları orada yerləşdirməklə təhsil müəssisəsinin cəmiyyətdə nüfuz və 
    hörmətini, ixtisaslı kadr hazırlığına sifarişlərin artırılması və məzunların işlə təmini 
    işini yaxşılaşdırmaq olar. Bu istiqamətdə Qərb ölkələrinin təcrübəsini öyrənmək 
    məqsədəuyğundur. Belə ki, Türkiyədə Milli Təhsil Nazirliyinin saytında 
    yaradılmış xüsusi "e-məzun" səhifəsində məzunlar özləri haqqında, müxtəlif 
    təşkilatlar vakant iş yerləri barədə məlumatları yerləşdirirlər. Beləliklə, bu sayt 
    məzunların işlə təmin olunmasında və onların bir-biri ilə əlaqə saxlamasında 
    mühüm rol oynayaraq, iqtisadi və sosial məsələlərin həllinə yardımçı olur. 


    Yaradılacaq saytda şagird, məzun və digər istifadəçilər üçün açıq forumlar, virtual 
    qəbul saatları təşkil etməklə onların rroblemlərini orerativ həll etmək, təklif və 
    düşüncələrini bilməklə reşə təhsili müəssisəsinin işini əmək bazarının tələblərinə 
    uyğun daha çevik şəkildə qurmağa imkan verəcəkdir. 
    Tədris-istehsalat emalatxanasında, təlim təsərrüfatında istehsal olunan məhsulların 
    satış sərgisini həmin saytda yerləşdirməklə müəssisənin büdcədənkənar vəsaitinin 
    artırılmasını təmin etmək olar. 
    Valideynlər övladlarının identifikasiya kodunu yığmaqla muvafiq saytdan onların 
    dərsə davamiyyəti və müvəffəqiyyəti haqqında informasiyanı operativ əldə edə 
    bilərlər. Bununla da keyfiyyətli kadr hazırlığında əsas şərtlərdən biri sayılan təhsil 
    müəssisəsi və valideynin birgə fəaliyyətini təmin etmiş olarıq. 
    İKT-nin tədris prosesinə inteqrasiyası şagirdlərin ev tapşırıqlarının, buraxılış 
    işlərinin müdafiəsinin və s. təqdimatlar şəklində hazırlanmasını tədricən adi hala 
    cevirəcək, onların gələcək peşə fəaliyyəti zamanı müxtəlif şəraitdə kompüter 
    texnologiyasından sərbəst istifadə etmək vərdişlərini aşılamış olacaqdır. 
    Dövlət Proqramının həyata keçirilməsi ölkənin texniki peşə təhsili sisteminin 
    müasir İKT avadanlıqları ilə təmin olunmasına yönəlib. Beləliklə, texniki peşə 
    təhsili sahəsində informasiya və kommunikasiya texnologiyalarından istifadə, 
    İnternet şəbəkəsinə qoşulma, məsafədən təhsilin təşkili, informasiya şəbəkəsinin 
    yaradılması təmin olunacaq və peşə təhsili sahəsi üçün müəllim hazırlığına 
    münasibət dəyişərək, onlarda informasiya mədəniyyətinin formalaşdırılmasına 
    istiqamətlənəcəkdir. Butun bunlar mütərəqqi texnologiyalarda işləməyi, kompüter 
    texnikasından sərbəst istifadə etməyi bacaran yüksək ixtisaslı kadrların 
    hazırlanmasına zəmin yaradacaqdır. 

    Download 5,57 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   64




    Download 5,57 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri

    Download 5,57 Mb.
    Pdf ko'rish