3. İKT-dən istifadə edən fənn müəllimlərinin və informatika müəllimlərinin
əməyinin yetərincə qiymətləndirilməsi, onların fəaliyyətinin stimullaşdırıl-
ması və motivasiyası sisteminin hazırlanması;
4. regionlarda təhsil işçilərinin İKT üzrə hazırlanması və təkmilləşdirilməsi
üçün müvafiq qurumların – informasiya-metodiki mərkəzlərinin yara-
dılması;
5. təhsil işçilərinin İKT sahəsində təkmilləşdirilməsi prosesində müntəzəmliyin
və sistemliliyin təmin olunması;
6. ali, orta ixtisas və texniki peşə təhsili sistemində təhsilin informasiyalaş-
dırılması ilə bağlı yeni ixtisasların daxil edilməsi.
Təhsil müəssisəsinin İKT avadanlığı ilə təminatı bu avadanlığın tədris prosesinə
inteqrasiyasına
və
vahid
təhsil-informasiya
sisteminin
yaradılmasına
yönəlməlidir. Təhsil müəssisələrinin kompüter avadanlığı və
telekommunikasiya
vasitələri ilə təminatı müntəzəm olaraq aparılmalıdır.
Təhsil müəssisələrinin İKT avadanlığı ilə təmin olunması və onun istifadəsi
prosesində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
• İKT avadanlığından kompleks istifadənin daha effektiv olması;
• Avadanlığın parametrlərinin tez-tez dəyişməsi və maksimum səmərəli
istifadənin mümkünlüyü;
• Təhsil müəssisələrinin İKT-dən səmərəli istifadə imkanlarının müxtəlif
səviyyədə olması.
Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminolunma prosesi aşağıdakıları
nəzərdə tutur:
• təhsil müəssisəsinin İKT avadanlığını qəbul etməyə hazır olması;
• kompüter sinifləri (müəllim və şagird yerləri nəzərə alınmaqla);
• İKT avadanlığı (printer, skaner, rəqəmsal kamera, proyektor və s.) və
effektivliyin artırılmasına xidmət edən digər texniki vasitələr;
• təhsilin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün avadanlıq,
şəbəkə avadanlığı, resurs mərkəzlərinin komplektləşdirilməsi üçün lazım
olan avadanlıq və proqram təminatı;
• İKT üçün nəzərdə
tutulan mebel;
• təhsil sahəsinin bütün istiqamətləri üzrə proqram-metodiki təminat;
• rəqəmsal fənn laboratoriyalarının yaradılması;
• müvafiq lisenziya və sertifikatları olan proqram məhsulları ilə təminat;
• mövcud avadanlığa proqram-texniki xidmət infrastrukturunun qurulması;
• təhsil müəssisəsindəki bütün kompüterlərin şəbəkəyə qoşulması (şəbəkəyə
qoşulmamış ayrıca kompüterlərin mövcudluğu məqsədəuyğun
hesab
olunmur);
• məktəblərdəki istifadə müddəti başa çatmış, fiziki olaraq yararsız
olan avadanlığın müntəzəm olaraq yeniləşdirilməsi;