Kompüter – təlim vasitəsi kimi




Download 5,57 Mb.
Pdf ko'rish
bet15/64
Sana10.01.2024
Hajmi5,57 Mb.
#134066
1   ...   11   12   13   14   15   16   17   18   ...   64
Bog'liq
İKT

Kompüter – təlim vasitəsi kimi 
Tədris fəaliyyətində İKT–dən istifadəni interaktiv tədrisin ən yaxşı nümunəsi hesab etmək olar. 
Tədrisin kompüter vasitələri şagirdin fəaliyyətinə “cavab verdiyi” üçün interkativ hesab edilir. 
İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik 
edir. "Müəllim - şagird - dərslik" tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini 
individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan 
verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia 
vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya 
qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun 
etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin 
keyfiyyəti xeyli artır. 
Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun 
əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya 
barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları 
interaktiv rejimdə aparmaq olar. "Ağıllı" lövhə, həmçinin kompüterə qoşulan mikroskop, skaner, 
rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də proyektor vasitəsilə qəbul 
edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mühüm əhəmiyyətə malikdir. 
Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını və 
videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini 
"möcüzəli" ekranda izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki 
bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, uşaqlarda yaradıcı yanaşma, 
düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini daha da 
artırır."Ağıllı" lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində 
aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi 
yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərsləri 
buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, 
şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən 
geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.
İnteraktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, 
əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi 
aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə 
uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. 
İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və 
ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. 1-4-cü sinif 
şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə malik olduğunu nəzərə alsaq, onlar üçün keçilən 
dərslərdə uşaqların görmə, eşitmə duyğularını, emosiya və təsəvvürlərini cəlb edən metodların 
istifadə edilməsi olduqca əhəmiyyətə malikdir. Dərslərin məhz interaktiv rejimdə deyilməsi bu 
işdə çox faydalı olur. 
İKT–dən istifadə müəllimə aşağıdakıları həyata keçirməyə imkan verir: 
− Şagirdləri fəaliyyətə həvəsləndirmək (məsələn, oxumaq, kompüterdə işləmək, çalışmaları 
yerinə yetirmək, tədqiqatlar aparmaq, prezentasiyalar hazırlamaq, tənliklər həll etmək, 
qrafik, xəritə, çertyoj qurmaq, mətnlər, mahnılar, layihə və proqramlar yazmaq, rəsmlər 
çəkmək, obyektlər düzəltmək və s.), müstəqil analitik, yaradıcı və tədqiqat aparmaq 
bacarıqlarını artırmaq məqsədilə dərsliklərdən, yollardan və vasitələrdən istifadə etmək.
− Şagirdlərlərin və müəllimlərin kompüterdən, internetdən istifadəsi onların bilik və 
bacarıqlarını inkişaf etdirməyə imkan verir.



− Dərs vaxtından səmərəli istifadə etmək. Dərsi qurmaq, tədris–metodiki vəsaitlər işləyib 
hazırlamaq və təqdim etmək, tədris fəaliyyətini optimallaşdırmaq və avtomatlaşdırmaq. 
Tədris prosesini idarə etmək və dəyişdirmək. 
− İnteraktiv və dialoq xarakterli tədris prosesindən istifadə etmək. İKT şagirdin və 
müəllimin fəaliyyətinə cavab vermək,onlarla dialoqa girmək imkanına malikdir ki, bu da 
onun əsas xüsusiyyətini təşkil edir. Kompüterlə rahat müstəqil rəftar imkanı yaratmaqla 
şagirdin fərdi ehtiyaclarını nəzərə almaq.
− Şagirdlərin müstəqil və qrup işlərini səmərəli şəkildə birləşdirmək. Belə ki, tapşırıqların 
çətinlik səviyyəsini seçmək imkanı var. 
− Şagirdlərin nəticələrini səmərəli şəkildə izləmək, bütün şagirdlərin öyrənilmiş materialı 
mənimsəmə səviyyələrinin ümumi mənzərəsini əldə etmək və şagirdin nailiyyətlərini və 
qarşılaşdığı problemləri aşkar etmək, şagirdin inkişafı üçün yeni, qeyri-ənənəvi tədris 
forma və metodları axtarmaq. Bu həm də müəllimin peşəkar inkişafını təmin edir. 
− Səhvlərin göstərilməsi ilə şagirdə yoxlamanın nəticələrini obyektiv şəkildə göstərmək.
Beləliklə, İKT–dən istifadə şagirdə daha yaxşı mənimsəməsi üçün informasiyanı tapmağa, 
mənimsəməyə və ötürməyə kömək edir. Şagirdin idraki fəaliyyətinin güclənməsində mühüm rol 
oynayır. 
İKT vasitəsilə dərsə hazırlaşarkən müəllim dərsin məqsədinə uyğun plan hazırlamalı, tədris 
materialının seçimində əsas didaktik prinsiplərə əməl etməlidir: sistemlilik və ardıcıllıq, 
əlçatanlıq, differensial yanaşma, elmilik və s. 
Deməli, təhsilin keyfiyyətinin yüksəldilməsində İKT əhəmiyyətli rol oynayır. Müasir şəraitdə 
cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin 
kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. 
Buna görə də BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Üçüncü minilliyin səkkiz inkişaf 
məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, İKT-dən 
bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir 
göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. 
İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və 
bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli 
məsələdir. Fənlərin tədrisi zamanı İKT-dən istifadə motivasiyasını gücləndirir, şagirdlərin 
dərketmə fəaliyyətini aktivləşdirir. 
Dərslərin yüksək estetik və emosional səviyyədə keçirilməsinə imkan verir, əyaniliyi təmin edir, 
böyük həcmdə didaktik materialların cəlb edilməsinə kömək edir. Bu isə öz növbəsində bir 
dərsdə şagirdlərlə görülən işin həcmini bir neçə dəfə artırır, şagirdlərə diferensial yanaşmanı 
təmin edir. Həmçinin, şagirdlərdə müstəqil işləmək, şagirdlərin tədqiqat aparmaq imkanlarını 
genişləndirir, ən əsası isə, təhsilin keyfiyyətinin artmasına gətirib çıxarır. 
Ümumilikdə isə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas 
xüsusiyyətlərindən 
biridir. 
Belə 
ki, 
tədris 
prosesində 
informasiya 
kommunikasiya 
texnologiyalarından istifadə innovativ tədris və öyrənmə imkanlarının təmin edilməsi üçün 
müəllimlərə böyük imkanlar yaradır, onlar səmərəli məktəb idarəçiliyinin təşkil edilməsində 
əhəmiyyətli rol oynayır. Müəllim-şagird münasibətlərinə müsbət təsir edir, münasibətlərin 
genişlənməsinə və şagirdlərin sərbəst çalışmalarına şərait yaradır. Təlimin həm təhsilləndirici, 
həm inkişafetdirici, həm də tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə göstərir. 
Dərsi zənginləşdirir, istedadlı şagirdləri üzə çıxarır, onların inkişafına şərait yaradır, mövzunun 
izahına əyanilik gətirməyə, şagirdlərdə dünyagörüşün formalaşmasına, təlimin keyfiyyətinin 



yüksəldilməsinə şərait və imkan yaradır, şagirdlərin bilik və intellektual səviyyəsini inkişaf 
etdirir. 
Bütün texnoloji imkanlara sahib olan XXI əsr insanı öz biliyi, bacarığı və inkişaf səviyyəsinə 
görə, ilk növbədə, kompüter texnologiyalarının durumuna görə fərqlənir. 
Şagirdin bir şəxsiyyət kimi formalaşmasında müəllim peşəkarlığının xüsusi rolu vardır. Hər bir 
müəllimin əsas vəzifəsi yalnız şagirdlərə bilik vermək deyil, həm də şagirdin mənəvi 
mədəniyyətini inkişaf etdirmək, onu fəal düşüncələrə malik tərbiyəli, təhsilli, yaradıcı şəxsiyyət 
kimi yetişdirməkdir. Bu fikirlər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
Strategiyası"nda xüsusilə vurğulanmışdır. 
Bilik keyfiyyətinin əsas meyarlarından biri tədris edilən materialın akademik tərəflərini 
araşdırmaqla bərabər, şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirmək, biliyin necə əldə olunması 
yollarını başa salmaq, nəticəyə gedən yolu araşdırmağı öyrətməkdir. Tədris prosesində biliyin 
praktik əhəmiyyəti şagirdlərə başa salınmalı, şagirdlər arasında təcrübə mübadiləsi, müzakirəsi 
aparılmalıdır. Bunu həyata keçirmək üçün isə ən yaxşı metod fəal və interaktiv təlim 
metodlarından, yeni pedaqoji texnologiyalardan istifadə etməkdir. 
Yeni pedaqoji texnologiyalardan istifadə etməkdə məqsəd şagirdin idrak qabiliyyətini, 
təfəkkürünü, intellektual səviyyəsini inkişaf etdirməkdir. Bu gün əsas məqsəd şagirdə daha çox 
bilik vermək deyil, ona öyrənməyi öyrətmək, onun düşünmək qabiliyyətini, fikri fəallığını, 
müstəqilliyini inkişaf etdirməkdir. Şagirdə yaxşını və pisi seçmək, həqiqəti öyrətmək deyil, 
həqiqəti tapdırmaq bu gün yeni pedaqoji təfəkkürün mahiyyətini əks etdirir. 
Vaxtilə böyük alman alimi Adolf Disterverq müəllimlərə müraciətlə deyirdi ki, uşaqlara 
bacardıqca az öyrədin. Onlara düşünməyi, fikirləri deyil, fikirləşməyi öyrədin, düşünən insan 
bilən insandır. 
Artıq pedaqogika elmi təsdiq etmişdir ki, şagirdlərin fəallığının və bilik keyfiyyətinin 
yüksəldilməsi müəllimin peşəkarlıq səriştəsi, onun yaradıcı fəaliyyəti və fəal, interaktiv 
metodlardan səmərəli istifadə etməsi ilə mümkün olur. 
Fəal təlim metodlarının tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan 
qaldırılmasına, təfəkkürün inkişafına, təlimin keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Fəal 
təlim metodlarının tətbiqi nəticəsində Təhsil sahəsində İslahat Proqramının, Təhsil Qanununun 
tələblərini 

təlim-tərbiyə 
prosesinin 
demokratikləş 
dirilməsi, humanistləşdirilməsi, 
humanitarlaşdırılması, diferensiallaşdırılması, fərdiləşmə, inteqrasiya, səmərəlilik, keyfiyyətlilik 
prinsiplərini geniş tətbiq etməklə həyata keçirmək olar. 
Belə təlim metodlarından istifadə zamanı uşaq hüquqlarına, insan şəxsiyyətinə, ləyaqətinə 
hörmət edilir, şagird şəxsiyyət kimi formalaşdırılır. Eyni zamanda şagirdlərə elmi bilikləri 
qazanmaqda, onların bacarıq və vərdişlərinin möhkəmləndirilməsində çox geniş imkanlar 
yaranır. Bu zaman müəllim keyfiyyətli dərsin əsas amili kimi, əks-əlaqəyə girərək müəllim-
şagird əməkdaşlığında iştirak edir. 
Fəal dərs sadəcə yaradıcı motivasiya və kreativ düşüncənin formalaşması üzərində qurulmaqla 
bitmir. Şagird təffəkürünü inkişaf etdirmək üçün dərs prosesi elə qurulmalıdır ki, şagirdlər Blum 
taksonomiyasını əks etdirən piramidanı dərketmənin bütün 6 səviyyəsinə (qavrama, bilik, təhlil, 
tətbiq, sintez, qiymətləndirmə) qədər gəlib çıxa bilsinlər. 
Dərs prosesindəki müşahidələrə əsaslanaraq demək olar ki, şagirdlərdə yüksək düşüncə tərzini 
formalaşdırmaq üçün ilk növbədə motivasiya düzgün qurulmalıdır. Verdiyimiz ilkin biliyi şagird 
necə qavrayırsa o şəkildə də tətbiq edir və qavramaya görə Blumun aşağısəviyyəli dərketmə 
formalarından təhlil, sintez, qiymətləndirmə səviyyəsinə qədər gəlir. Sinifdə tətbiq olunan ilkin 



biliyin perspektivliyini artırmaq üçün şagirdlərdə fərdi xüsusiyyətləri inkişaf etdirəcək hər 
şagirdin bilik səviyyəsinə uyğun tapşırıqlar hazırlamağa, tədris prosesini motivasiyanı artırmağa 
yönəlmiş tədris sistemi kimi təkmilləşdirməyə səy göstərmək lazımdır. Səmərəli bilik transfer 
etmək, həm də şagirddə özünü inkişafı tətbiq edilə bilər, çünki müasir tədris prosesində dərsin 
standartı reallaşdıracaq tərzdə qurulmasının aparıcı rolu böyük im kanlar yaradır, 
informasiyalaşdırma mühitini artırır. Riyaziyyatın tədrisində informasiya texnologiyalarından 
istifadə etmək dərsi maraqlı və anlaşıqlı edir. Sinif kompüter təminatı ilə tam təmin olunsa, 
şagirdlər özlərini daha yaxşı hiss edərlər. Komfortlu şərait tədrisin yeni xüsusiyyətlərini bilməyə 
imkan verən bir vasitədir. 
Kompüter texnologiyasından istifadə fikrimcə, bir tərəfdən uşaqların intellektual potensialının 
genişləndirilməsi üçün mükəmməl mühit, digər tərəfdən isə onların kütləvi informasiya 
məkanına aludə olması üçün təhlükə yaradır. Bütün bunları nəzərə alaraq virtual aləmdə, 
kompüter texnikasından düzgün istifadə etmək üçün yaş həddi nəzərə alınmalı və buna 
müəllimlər, valideynlər tərəfindən nəzarət olunması vacibdir! 
İnternet nəhəng bir resursdur. Ondan faydalı istifadə etmək məqsəd və təlimin məzmununu 
dəyişir. Təhsil prosesində İKTdən istifadə üçün seçilən variantları nəzərdən keçirəndə aydın olur 
ki, kompüter laboratoriyasında keçirilən dərsdə aşağıdakı vəzifələr həyata keçirilir:
• birincisi, bəzi mövzulara uyğun krassvord, pazl, qrafik, oyunlar, dəyirmi masalar və 
cədvəlləri yaratmaq üçün PC-dən istifadə edərək təhsil materialını işləmək, ikincisi
müxtəlif proqram imkanlarını tədqiq etmək; 
• müstəqil iş mövzusunda ənənəvi dərslər elektron informasiya resursları ilə, xüsusi təlim 
sistemləri, elektron dərsliklə əvəz olunur. 
Riyaziyyatda informatikanın tətbiqi olduqca mürəkkəb mövzudur. Buna görə də, resursların, 
tədris metodları və texnologiyaların ən yaxşı birləşməsini tapmaq lazımdır ki, təlimin 
səmərəliliyi artırılsın. 
Tədrisin keyfiyyətini yüksəltmək prosesində məlumat mübadiləsi olmadan, həm də müzakirəsiz 
keçirmək olmaz. Bu gün "İnformasiya texnologiyaları" termini deyiləndə elektron resurslar 
vasitəsilə toplanmış informasiyaların emalı, təqdimatı, informasiyadan istifadə üsul və vasitələri 
prosesləri nəzərdə tutulur. Bunlarla yanaşı müəllimin qarşısında üç prinsip var: 
• adaptasiya prinsipi; 
• interaktiv prinsip; 
• fərdi prinsip. 
Bu prosesdə, xüsusən interaktiv metodların tətbiqi mühüm əhəmiyyət kəsb edir. “İnteraktiv” bizə 
ingilis dilindən keçərək üç mənanı ifadə edir: Birincisi, “interno” şəklində, yəni “daxili”, "daxil 
olmaq" mənasında, ikinci, "İnter"-dialoq, əməkdaşlıq, üçüncü isə “international” şəklində 
“beynəlxalq əlaqə” mənasında işlədilir. “Aktiv” sözü isə beynəlxalq status almış “aktivation” 
sözündən olub, “fəal”, “fəallıq”, “fəallaşmaq” mənasında işlədilir. Deməli, “interaktiv” sözü 
pedaqoji prosesin son dərəcə dinamik fəallaşdırılması kimi başa düşülməlidir. Bu dərsin bütün 
mərhələlərində həyata keçirilməlidir. 
İnteraktiv prinsip dialoq və pedaqojiyönümlü şəklində istifadəçi ilə fəal qarşılıqlı interfeys 
əlaqədə olan şagirdin şüurlu fəaliyyətini idarə edən kompüter əməliyyatları tərəfindən 
dəstəklənən mühit prinsipdir. 
Fərdi prinsip isə fərdi vəzifələr ilə təmin olunmanın və onların icrası nəticələrini yoxlamaq
təhsil fəaliyyətinin aktivləşməsinin öyrənmə gücünü artıraraq şagirdlərə müstəqil iş üçün şəraitin 
yaradılmasını nəzərdə tutur. 



İnteraktiv təlimə tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusu 
kimi baxmaq olar. İnteraktiv təlim üçün aşağıdakı cəhətlər səciyyəvi sayılır:
− müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının 
yaradılması; 
− problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılma sı;
− şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və 
mənimsənilməsi üçün şəraitin yaradılması. 
Yeni yanaşmanın mahiyyəti ondan ibarətdir ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi 
biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf 
etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsinə, ən mühüm 
bacarıq və vərdişlərin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlmişdir. Bu zaman 
şagirdlər müəllimin rəhbərliyi altında xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən 
vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, 
qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr 
aparmağı öyrənirlər.
İnteraktiv təlim metodunun tədris prosesinə daxil edilməsi şagirdlərin passivliyinin aradan 
qaldırılmasına, lazım olan təfəkkür xüsusiyyətlərinin və yaradıcılığın formalaşdırılması və təlim 
keyfiyyətinin yüksəldilməsinə şərait yaradır.
İnteraktiv təlim prosesində şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı”, araşdırıcı” mövqeyidir; 
o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll 
edir. Şagirdlər təlim prosesində passiv dinləyici deyil, fəal düşünən, danışan, fikir söyləyən, 
münasibət bildirən bir subyekt, təlim prosesinin tam hüquqlu iştirakçısı, tədqiqatçısı kimi çıxış 
edir, bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər. 
Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı") daha çox istiqamətverici mövqedir. O, 
problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat 
məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir. 
Son dövrlərdə nəşr olunan "Pedaqogika" dərslik və dərs vəsaitlərində professor R.L.Hüseynzadə, 
professor L.N.Qasımova çox haqlı olaraq fəal və interaktiv təlim metodlarına geniş yer 
vermişlər. Tədqiqatçı pedaqoq Z.Veysova bu sahədə bir neçə dəyərli vəsait yazmış və qiymətli 
tədqiqatlar aparmışdır. Bu dəyərli mənbələrdə xüsusilə göstərilir ki, təlim prosesində interaktiv 
metodların tətbiqi zamanı müəllimdən, ilk növbədə yaradıcılıq, peşəkarlıq səriştəliliyi, 
novatorluq tələb edilir. 
Qeyd edək ki, bu prosesdə kompüter texnologiyalarını xarakterizə edən meyarlara ciddi əməl 
edilməlidir: 
• texniki mühit (əsas vəzifələri üçün istifadə texnika növü); 
• proqram ətraf mühiti (proqram alətlər dəsti); 
• mövzu mühiti (elm, texnologiya, bilik xüsusi domen məzmunu);
• metodiki mühit (təlimat, istifadə, performans qiymətləndirilməsi və b). 
Yuxarıda, əsasən, ilk növbədə riyaziyyatın öyrənilməsində informasiya texnologiyalarının 
tətbiqindən danışıldı. Bu proqramlarla işlərkən yalnız tanışlıq deyil, eyni zamanda özlərini 
maarifləndirmək üçün müəllimlərlə yanaşı şagirdlər də yüksək professionallıq əldə edə bilərlər.
Müəllim nə qədər məhsuldar işləyərsə, şagirdlərin kommunikativ bacarıqlarının inkişafı bir o 
qədər innovatik, bilikyönümlü, şəxsiyyətyönümlü olar. Çünki riyaziyyatda informasiya 
texnologiyalarının və WEB alətlərinin tətbiqi şagirdlər üçün daha cəlbedicidir. 



Riyaziyyat dərsində İKT-dən istifadə motivasiyanı artırır, vaxta qənaət bilik və bacarıqların 
çoxtərəfli və hərtərəfli mənimsənilməsini fəallaşdırır ki, bu da fəal dərsin əsas şərtlərindən 
biridir. Mövzunun aydın və rəngarəng materiallarla təmin olunması dərsə marağı artırır.
İnformasiya texnologiyalarından dərslərdə istifadənin müxtəlif növləri vardır: 
1. Dərs-mühazirə; dərs hazırlanması və problemlərin həlli; 
2. Yeni materialın dərsə tətbiqi; Integrated dərslər və s. 
Fikrimizcə, müəyyən bacarıq və bilik tələb edən yeni anlayışlar, nümayiş modelləri kimi 
Mathlab, Ceo-cebra proqramları, Texnolojik, Wolfhram saytları müasir təhsil standartlarına tam 
uyğundur. Bu tədris metodlarını (məlumat və qəbul, reproduktiv, problem, araşdırma) necə 
öyrənmək prosesinə rəvac verir. 
Bu proqram və saytların orta və aşağı təhsil imkanlarından şagirdlər suallara cavab tapmaq, 
biliklərini sistemləşdirmək və ümumiləşdirmək, yüksək akademik qabiliyyət, müxtəlif idrak və 
düşüncə tərzini genişləndirmək və biliklərini dərinləşdirmək üçün istifadə edirlər. 
Elm və texnikanın sürətlə inkişaf etdiyi dövrdə hər bir müəllim yeni texnologiyalardan istifadə 
etmək bacarıqlarına yiyələnməlidir. Müasir şəraitdə informasiya texnologiyasından səmərəli 
istifadə etməklə şagirdin fərdi öyrədilməsinə, praktik biliklər əldə etməsinə nail olmaq olar. 
Məsələn, təlimdə mükəmməl öyrədici proqram sistemlərindən, web texnologiyalardan, onlayn 
resurslardan, elektron lövhələrdən istifadə olunması buna imkan verir. Təlimdə fərdi yanaşma 
prinsipini təmin etmək müəllimdən yüksək peşəkarlıq tələb edir. 
Riyaziyyatda İKT-dən istifadə təcrübəsi ən effektiv üsul hesab edilə bilər. Eyni kompüter 
sinfindən istifadə, multimedia alətləri ilə təşkil olunan interaktiv dərslər səmərəliliyi dəfələrlə 
artırır, şagird yalnız bir passiv tamaşaçı və ya dinləyici olmur, o, fəal təlim prosesinə cəlb olunur. 




Download 5,57 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Download 5,57 Mb.
Pdf ko'rish