2
Tədris yonumlu ETV-nin təsnifatı. İstənilən növ tədris materiallarının
məzmunu (istənilən təhsil texnologiyasının tətbiqi zamanı) kompleks
halda
şagirdin mənimsəməli olduğu bilik və bacarıqların zəruri və kafi
səviyyəsini əks etdirir. Tədris yönümlü ETV-nin məzmunu dövlət
standartlarna və muasir təlim texnologiyalarına tam uyğun formada tərtib
edilməlidir. Tədris materialı elə strukturlaşmalıdır ki, oyrəncidə elmi-
predmet yonumlu biliklərin şəxsi təzahuru formalaşsın, onların tətbiqi
vərdişləri inkişaf etsin.
Hal-hazırda təhsil sisteminin informasiyalaşdırılmasında əsas diqqət effektiv
elektron təhsil resurslarının hazırlanmasına və istifadəsinə yönəlib. Əsasən
elektron
tədris resursları dedikdə assosiativ olaraq, ilk növbədə tədris məzmunlu elektron
forma nəzərdə tutulur. Elektron təhsil resurslarını səsləndirmək üçün müxtəlif
elektron mexanizm və maşınlardan istifadə edirlər. Ən müasir və tədrisdə səmərəlı
istifadə olunan resurslar kompyuterlərdə hazırlanır və istifadə olunur.
Elektron formada olan resurslar elektron resurslar və
ya e-resurslar
adlanır. Elektron tədris resursları adi dərslikdən fərqlənir. Elektron resurslar
təlim prosesinin bütün komponentlərini əhatə edə bilir: həm məlumatın əldə
olunmasına, həm praktiki məşğələlərə, həm də attestasiyasınına (tədris
nailiyyətərin nəzarəti). Kitab isə tək məlumatın əldə olunmasını təmin edir.
Elektron resursların interaktivliyi isə şagirdin müstəqil işləməsini təmin edir. Bu
fikri əsaslandırmaq üçün 2 cür ev tapşırığını müqayisə edək:
Birincisi, kitabdan
səyahət,
eksperiment, musiqi əsəri haqqında məlumat əldə etmək, ikincisi isə
müstəqil olaraq həmin səyahəti, ekspirementi virtual həyata keçirmək musiqiyə
qulaq asmaq, tədqiq olunan əşya və proseslərə təsir etmək, onların cavab
reaksiyalarını müşahidə edərək maraq dairəsində olan mövzuları daha dərindən
araşdırmaq. Aydındır ki, elektron tədris resurslarının adi kitablardan çoxlu
üstülükləri vardır.