Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri




Download 5,57 Mb.
Pdf ko'rish
bet64/64
Sana10.01.2024
Hajmi5,57 Mb.
#134066
1   ...   56   57   58   59   60   61   62   63   64
Bog'liq
İKT

Asan imza barədə məlumat 
“Asan İmza” (Mobil ID) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi 
təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. “Asan İmza” (Mobil ID) texnologiyası 
vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl 
qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını 
təqdim edir. “Asan İmza” (Mobil ID) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl 
imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 
“Asan İmza” (Mobil ID) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. Qeyd edək ki, 
hazırda müxtəlif dövlət və özəl təşkilatlar tərəfindən vətəndaşlara təqdim olunan ölkə üzrə 650-
dən artıq elektron xidmətdən istifadədə “Asan İmza” gücləndirilmiş mobil elektron imza 
xidmətindən istifadə edilir. “Asan İmza” (Mobil ID) vasitəsilə vergi, gömrük, maliyyə, təhsil və 
bir çox digər sahələrdə müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. Belə ki, elektron vergi 
bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək 
müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə qəbulun onlayn 
qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər “Asan İmza” vasitəsilə icra 
edilir, “Asan İmza” mobil elekton imza xidməti artıq dövlət və özəl strukturların telefon-çağrı 
mərkəzlərinə də inteqrasiya edilib. 
“Asan İmza” (Mobil ID) mütəmadi olaraq müxtəlif beynəlxalq konfrans və sərgilərdə “Made in 
Azerbaijan” brendi altında təqdim olunur. 
“Asan İmza” texnologiyasının üstünlüyü smart kartın oxunması üçün əlavə qurğuların və 
proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya 
və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun 
mövcudluğu kifayətdir. Ətraflı məlumat üçün: www.asanimza.az 
“Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza 
sertifikatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi 
(ASXM) tərəfindən təqdim edilir. ASXM vətəndaşlara, dövlət və yerli özünüidarəetmə 
orqanlarının əməkdaşlarına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə 
təkmil sertifikatlar təqdim etmək hüququna malikdir. Ətraflı məlumat üçün: www.asxm.gov.az 
 
 
 

Download 5,57 Mb.
1   ...   56   57   58   59   60   61   62   63   64




Download 5,57 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri

Download 5,57 Mb.
Pdf ko'rish