3
sertifikatları aldığınızı təsdiqləyirsiniz. Bununla sertifikatlar aktivləşdirilir və siz Asan İmza
(Mobil imza) xidmətlərindən istifadə etməyə hazırsınız.
• Dövlət Vergi Xidməti Mərkəzləri
• “ASAN xidmət” mərkəzləri
Asan İmza (Mobil imza) elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər
(vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün
elektron imza
sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün
nəzərdə tutulmuşdur. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə
bilərsiniz. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət
qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət
təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
Əlavə məlumat almaq üçün zəhmət olmasa bizə (email) vasitəsilə sorğu göndərin və
ya Azercell, Bakcell və Nar mobil operatorlarının internet səhifələrinə daxil olun.
Asan İmza (Mobil imza) sertifikatları 3 il ərzində etibarlıdır.