• Autentifikasiya
  • Şəxsin İnformasiya təhlükəsizliyi
  • İnformasiyanın əlçatanlığı




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet59/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   ...   56   57   58   59   60   61   62   63   64
    Bog'liq
    İKT

    İnformasiyanın əlçatanlığı sistemdəki informasiya obyektinə müvafiq səlahiyyət sahibi olan 
    istifadəçinin ona mənsub olan vaxt ərzində həmin obyektə maniəsiz daxil olma xüsusiyyətinin 
    müəyyən edilməsidir. İnformasiyanın bloklanması və ya məhv edilməsi əlçatanlığın itməsinə 
    gətirib çıxarır (məsələn, əməliyyatın düşünülmüş şəkildə və ya səhv olaraq yerinə yetirilməsi). 
    Əlçatanlıq informasiya sisteminin maliyyələşdirilməsinin əsas atributudur. Əlçatanlıq 
    müştərilərə xidmətin göstərilməsinə istiqamətlənir (məsələn, sərnişinlərə dəmir yolu biletlərinin 
    satılması, proqram təminatının yenilənməsinin həyata keçirilməsi və bu sahə ilə maraqlananlara 
    çatdırılması və s.). 
    Əgər səlahiyyət verilmiş (təhkim edilmiş) istifadəçi müəyyən işləri yerinə yetirmək üçün 
    informasiya sisteminə əlşatanlıqdan məhrumdursa, bu vəziyyət xidmətdən imtina kimi nəzərə 
    alınır (məsələn, şəbəkə sistemindən istifadə edəçək şəxsin şəbəkədən istifadə etməsinə icazə 
    verilmir). 


    Öndə göstərilənlərdən başqa daha iki xüsusiyyət informasiya təhlükəsizliyi üçün çox vacibdir. 
    Bu xüsusiyyətlərə autentifikasiyanı və appelliyasiyanın verilməsini aid etmək olar. 
    Autentifikasiya məlumat sahibinin kimliyinin gerçəklənməsi imkanını müəyyən edir. 
    Apellyasiyanın verilməsi isə məlumat sahibinin həqiqətəndə başqası deyil, o şəxs olduğunu 
    sübut etməyə imkan verir. 
    Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” Qanundan irəli gələrək aşağıda 
    şəxsin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyi anlayışları verilir. 
    Şəxsin İnformasiya təhlükəsizliyi – insanı əhatə edən informasiya fəzasına təsir etmək yolu ilə 
    onun şəxsiyyətinə əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir. 
    Cəmiyyətin İnformasiya təhlükəsizliyi – cəmiyyətin inormasiya mühitinə təsir etmək yolu ilə 
    ona əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir. 

    Download 5,57 Mb.
    1   ...   56   57   58   59   60   61   62   63   64




    Download 5,57 Mb.
    Pdf ko'rish