Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri




Download 5,57 Mb.
Pdf ko'rish
bet56/64
Sana10.01.2024
Hajmi5,57 Mb.
#134066
1   ...   52   53   54   55   56   57   58   59   ...   64
Bog'liq
İKT

DT-in çatışmazlıqları öyrənənlər və öyrədənlər arasında birbaşa canlı ünsiyyətin olmaması, 
praktik məşğələlərdə çatışmazlığın hiss olunmasıdır. Distant tədrisi reallaşdıran tədris 
müəssisələrinin çoxunda axşam və ya istirahət günlərində əyani məşğələlər də keçirilir. Bu 
məşğələlər məcburi deyil, amma təhsilalanların praktik bacarıqlarının formalaşması üçün çox 
faydalıdır. Tədris müəssisələri sırasında istirahət günlərində öyrənənlərin qrup işini təşkil etmək 
üçün qısa (iki-üç günlük) “gəzən” məktəblərdən də istifadə olunur. 
Texnoloji yeniliklərin meydana gəlməsinə baxmayaraq müasir dövrdə bəzi hallarda daha sadə 
üsullardan da istifadə olunur. Məsələn, Hindistanda distant təhsil prosesində əhalinin çox böyük 
hissəsi üçün əlyetən olduğuna və əlavə infrastrukturun zəruriliyinə ehtiyac olmadığına görə 
radiodan istifadə çox populyardır və tədrisin həqiqətən açıq, kütləvi olmasına imkan yaradır. Son 
zamanlar Hindistanda Alfaz-eMewat yerli radiostansiya dinləyiciləri son xəbərlərlə tanış etməklə 
bərabər, uşaqlara əyləncəli şəkildə öyrənməyə kömək edir. Amerikan “Sesame Street” 
proqramının ekvivalenti olan “Гали – Гали Sим - Sим” proqramı ilə 2006-cı ildən indiyə qədər 
20 milyondan artıq uşaq əlifbanın hərfləri, sağlam həyat tərzi, düzgün qidalanma, ətraf mühit 
haqqında maraqlı məlumatlar almış, müəyyən biliklər qazanmışlar. Proqram o qədər populyar 
olmuşdur ki, dövlət məktəblərində dərs vəsaiti kimi tədris olunması məsləhət görülmüşdür. 
İnternet-radio imkanlarından istifadə olunarsa, qadınlar belə hər hansı bir işlə məşğul olduğu 
vəziyyətdə (ev işləri, mağazada xidmət zamanı və s) trafikdən az istifadə edərək onun üçün 
maraqlı, faydalı olan bilik və bacarıqları mənimsəyə bilər. Xarici dil öyrənənlər üçün bu daha 
əlverişlidir (məs. dəfələrlə məşq etməklə sözləri düzgün tələffüz etmək olar) Sistemli olaraq 
audiotürücülərdə, audio və videodaşıyıcılarda olan çalışmaların dinlənilməsi və öyrədənin 
ardınca təkrar olunması öyrənənlərdə nəzəri və praktik bacarıqların formalaşmasına səbəb olur. 
Mobil telefonla İnernet radioya qoşulmaq və istifadə etmək çox rahatdır və iqtisadi cəhətdən 
səmərəlidir. Azad WiFi ərazilərində bundan istifadə daha effektiv ola bilər. 
Müasir dövrdə televiziya vasitəsilə ikitərəfli açıq dərslər (xüsusilə kimya, fizika dərsləri, 
laboratoriya işləri, reaksiyaların aparılmasına aid və s.) keçirmək, canlı bağlantı ilə sorğu 



aparmaq, diskussiya təşkil etmək də faydalı ola bilər. Dərsdə verilən tapşırıqların cavabını e-mail 
vasitəsilə verilişə göndərmək olar. 



Download 5,57 Mb.
1   ...   52   53   54   55   56   57   58   59   ...   64




Download 5,57 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Mövzu №1 İnformasiya cəmiyyəti, onun xüsusiyyətləri

Download 5,57 Mb.
Pdf ko'rish