bütün proseslərin, tələbənin dərsə davamiyyətinin, elmi-pedaqoji potensialın,
administrativ
işlərin elektronlaşmasını əhatə edir.
29 oktyabr 2014-cü il tarixdə AMEA Gəncə Bölməsində İnformasiya Texnologiyaları
İnstitutunun Distant Tədris Mərkəzi yaradılmışdır. Gəncə DTM-də təşkil olunan dərslərdə 4
universitet və 6 elmi-tədqiqat institutunun doktorantları iştirak edəcək.
Distant təhsilin nəticələri o zaman uğurlu ola bilər ki, o mövcud bazanın təməlləri üzərində
davam gətirə bilsin. Azərbaycanda distant təhsil tətbiq etmək üçün aşağıdakı proseslərin həyata
keçirilməsi zəruridir:
• Azərbaycan Respublikasında distant təhsillə bağlı hədəfləri bəlli edən strategiyanın
hazırlanması.
• Strategiyanı həyata keçirə biləcək kadr potensialının və vəzifələrin müəyyənləşdirilməsi
• DT ilə bağlı qanunvericilik bazasının yaradılması Cəmiyyətin distant təhsilə hazırlığına,
maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələri tərəfindən aparılmasına geniş
şəraitin yaradılması.
• Azərbaycanda nümunəvi Distant Təhsil Universitetinin yaradılması.
• Cəmiyyətin bütün təbəqələrinin Distant dərsləri almasına şərait yaradan Distant Təhsil
Televiziyasının yaradılması.
• Bu sahədə dünyanın qabaqcıl ali təhsil müəssisələrinin qabaqcıl təcrübəsindən istifadə
edilməsi.
Neçə ildir respublikamızda “Elektrron təhsil”, “Ən yaxşı müəllim” və s. müsabiqələr keçirilir, ən
yaxşı elektron tədris vəsaitləri geniş istifadəçi auditoriyasına təqdim edilir, müəllimlərin
İnternetdə öz resurslarını yaratması, istifadəsi və inkişaf etdirməsinə şərait yaradılır.
Ali məktəb müəllimləri üçün də belə müsabiqələr keçirilsə nə qədər elektron tədris vəsaitləri
hazırlanar, tədris prosesinin keyfiyyətinin yüksəlməsinə çox böyük təsir edər. Təbii ki, müxtəlif
layihələrlə ali məktəb müəllimləri üçün təlimlərin keçirilməsinin də böyük təsiri ola bilər.
Ümumtəhsil məktəblərində yeni təhsil proqramının (kurikulum) tətbiqi ilə bağlı fənn müəllimləri
10 günlük kurslarda iştirak edir, dərslərini fəal (interaktiv) təlim metodlarından istifadə edərək
qururlar. Ali məktəblərdə (müəllim hazırlığı istiqamətində fəaliyyət göstərən) işləyən
müəllimlərin əksəriyyəti tədris prosesini müasir tələblərə uyğun qurmaqda çətinlik çəkirlər.
Tələbələrə məqsədəuyğun olaraq seçilmiş şəkillər, animasiyalı, audio-video materiallarla zəngin
təqdimatlar, elektron tədris vəsaitlərindən (ETV), interaktiv təlim metodlarından istifadə etməklə
mühazirələrin oxunması, seminarların keçirilməsinin dərsin maraqlı, canlı qurulması, tələbələr
tərəfindən mövzunun daha yaxşı mənimsənilməsi, tələbənin XXI əsrin müəllimi kimi
formalaşmasına çox böyük köməyi ola bilər. Bu günün tələbəsi bir və ya bir neçə ildən yeni
təhsil proqramının tələbləri ilə dərs keçmiş şagirdlərlə işləməli olacaq, ona görə də tələbənin ali
məktəbdə bu istiqamətdə hazırlanması cox gözəl nəticələr alınmasına kömək edə bilər.