• Mövzu 21 Elektron İmza Elektron imza
  • Dövlətin İnformasiya təhlükəsizliyi –




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet60/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   ...   56   57   58   59   60   61   62   63   64
    Bog'liq
    İKT

    Dövlətin İnformasiya təhlükəsizliyi – dövlətin informasiya mühitinə təsir etmək yolu ilə ona 
    əhəmiyyətli ziyanın vurulmasının mümkün olmadığı vəziyyətidir. 













    Mövzu 21 
    Elektron İmza 
    Elektron imza
     
    Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi 
    məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxmışdır. Məlumat mübadiləsi zamanı 
    ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. Dövlət orqanları ilə 
    müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfin ələ 
    keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa elektron 
    əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi də 
    təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini 
    ortaya çıxarır. 
    Elektron imza ideyası 20-ci əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı 
    hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu 
    informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır. 
    Hal-hazırda elektron imzanı tətbiq edən ölkələr digərlərinə nisbətən daha inkişaf etmiş hesab 
    olunur və həmçinin belə ölkələrdə inkişaf daha da dinamik baş verir. 
    Bu gün elektron hökumətin əsas atributlarından sayılan elektron imza Azərbaycanda da uğurla 
    tətbiq edilməkdədir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 
    Qanunu qəbul edildikdən sonra “elektron imza”nın reallaşdırılması mərkəzi icra orqanı kimi 
    Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırıldı. 
    Bu Fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas 
    vəzifəsi Ali SXM kimi digər SXM-lərə nəzarət funksiyasını həyata keçirmək, onların 
    Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram 
    təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir. 2011-ci ilin sentyabr ayından rəsmi 
    olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, 
    sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına 
    xidmət göstərir. Elektron imza xidmətlərini operativ şəkildə təmin etmək məqsədilə Bakı 
    şəhərinin əsas mərkəzi poçt şöbələri və filiallarında, həmçinin ölkənin regionlarındakı poçt 
    şöbələrində Qeydiyyat Mərkəzləri təşkil olunmuşdur. 
    Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək, həmçinin onları 
    maraqlandıran sualları cavablandırmaq məqsədilə Mərkəzin mütəxəssisləri tərəfindən www.e-
    imza.az saytı hazırlanmışdır. Sayt vasitəsilə vətəndaşlar Mərkəzin fəaliyyəti ilə yanaşı, elektron 
    imzadan istifadə qaydaları, müxtəlif təlimatlar, öz sertifikatları haqqında ətraflı məlumat əldə edə 
    bilərlər. 
    Bu gün respublikamızda elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron 
    xidmətlərin göstərilməsi gələcəkdə ölkəmizin dünya informasiya sisteminə, Avropaya 
    inteqrasiyasını daha da sürətləndirmiş olacaq. 

    Download 5,57 Mb.
    1   ...   56   57   58   59   60   61   62   63   64




    Download 5,57 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Dövlətin İnformasiya təhlükəsizliyi –

    Download 5,57 Mb.
    Pdf ko'rish