• İnformasiyanın mühafizəsi
  • İnformasiyanın tamlığı
  • Mövzu 20  İnformasiya Təhlükəsizliyi




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet58/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   ...   54   55   56   57   58   59   60   61   ...   64
    Bog'liq
    İKT

    Mövzu 20 
    İnformasiya Təhlükəsizliyi 
    İnformasiya təhlükəsizliyi dedikdə informasiyanın və informasiya mühitinin təsadüfi və ya 
    düşünülmüş təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə 
    təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçisinə və 
    sahibinə yolverilməz ziyanlar vura bilir. 
    İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunması üçün həyata 
    keçirilən kompleks tədbirlərdir. 
    Bu baxımdan dərsliyin mahiyyəti nisbətən cavan, amma dinamik inkişaf edən informasiya 
    texnologiyaları sahələrində istifadə olunan informasiyanın müdafiə olunma modelinin və 
    üsullarının, həmçinin bu məqsədlə istifadə edilən vasitələrinin öyrənilməsi və tədqiq edilməsidir. 
    İndiki zamanda informasiyanın təhlükəsizliyi informasiyanın ən çox yayılmış üç əsas aspektləri 
    aşağıdakılardır: konfidensiallıq, tamlıq və əlçatanlıq
    İnformasiyanın konfidensiallığı həddindən artıq məhdud dairədə olan insanlar ilə tanış olmağın 
    mümkünlüyünü ifadə edir. Bu insanlar informasiya sahibləridirlər. Əgər informasiyanı bu 
    şəxslərdən başqa icazəsi olmayan digər şəxslərdə istifadə edə bilirlərsə, onda informasiyanın 
    konfidensiallığı itmiş olur. 
    Bəzi informasiya növləri üçün konfidensiallıq əsas atribut sayılır (məsələn, strateji tədqiqatlarla 
    bağlı olan məlumatlar, tibbi qeydlər, sığorta ilə bağlı yazılar, yeni istehsal olunacaq məhsul 
    haqqında xüsusi məlumatlar və s.). Bəzi hallarda konkret şəxslər barədə olan məlumatlarda da 
    konfidensiallığı saxlamaq lazımdır (məsələn, bankın müştərisi haqqında informasiyanı, kredit 
    verənlər haqqında, vergi haqqında verilənləri, tibbi müəssisələrdə pasientlərin vəziyyəti haqqında 
    məlumatları və buna bənzərləri). 
    İnformasiyanın tamlığı onun təhrif olunmamış şəkildə saxlanma bacarığını (qabiliyyətini) 
    müəyyənləşdirir. Səlahiyyəti olmayan, qabaqcadan nəzərdə tutulmamış istifadəçi tərəfindən 
    informasiyanın itirilməsi (operatorun səhvi və ya səlahiyyətsiz şəxsin qəsddən etdiyi hərəkət 
    nəticəsində) onun tamlığının itirilməsinə səbəb olur. Tamlıq əsasən kritik infrastruktura malik 
    obyektlərin müəyyən fuksiyanı yerinə yetirməsində yararlı olan maliyyə verilənləri üçün 
    xüsusilə vacibdir (məsələn, enerji təminatında, hava yollarının idarə edilməsində və s.). 
    Pisniyyətli şəxsin İsveçrədə yerləşən nüvə fizikası laboratoriyasına gizli yolla daxil olaraq 
    kompüter sisteminə daxil olması və “ ” ədədində bir işarənin və ya vergülün yerinə dəyişməsi 
    laboratoriyada həyata keçirilən eksperimentin mənasız aparılmasına, nəticədə milyonlarla 
    paranın havaya sovrulmasına səbəb olacaqdır. 

    Download 5,57 Mb.
    1   ...   54   55   56   57   58   59   60   61   ...   64




    Download 5,57 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mövzu 20  İnformasiya Təhlükəsizliyi

    Download 5,57 Mb.
    Pdf ko'rish