• CARİ VƏZİYYƏTİ XARAKTERİZƏ EDƏN ƏSAS AMİLLƏR
  • Cari vəziyyəti müsbət xarakterizə edən amillər
  • Cari vəziyyəti mənfi xarakterizə edən amillər
  • Azərbaycanda İnformasiya Cəmiyyətinin inkişafı




    Download 5,57 Mb.
    Pdf ko'rish
    bet2/64
    Sana10.01.2024
    Hajmi5,57 Mb.
    #134066
    1   2   3   4   5   6   7   8   9   ...   64
    Bog'liq
    İKT

    Azərbaycanda İnformasiya Cəmiyyətinin inkişafı 
     
    • Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya 
    texnologiyaları üzrə Milli Strategiya 
    • Azərbaycanda İnformasiya Cəmiyyətinin cari vəziyyəti xarakterizə edən əsas 
    amillər 
    • Cari vəziyyəti müsbət xarakterizə edən amillər: 
    • 
    Cari vəziyyəti mənfi xarakterizə edən amillər:
    Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2002-ci il tarixli 865 nömrəli 
    sərəncamına əsasən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birlikdə 
    hazırlanmış, müvafiq milli və beynəlxalq qurumların müsbət rəyini almış 
    Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya 
    texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın Azərbaycan 
    Respublikası üçün əhəmiyyətini nəzərə alaraq qərara alıram: 
    1. 
    "Azərbaycan 
    Respublikasının 
    inkişafı 
    naminə 
    informasiya 
    və 
    kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" təsdiq 
    edilsin (əlavə olunur). 
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn 
    məsələləri həll etsin. 
    XX əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyaları 
    cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların 
    təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və 
    sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini 
    əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya 
    və kommunikasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanırlar. 
    Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə 
    gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. 
    İnformasiya cəmiyyətinin əsas xüsusiyyətləri sırasına aşağıdakları aid etmək 
    olar: 
    · qlobal informasiya mühitinin yaradılması; 
    · informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə 
    edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaranması; 
    · informasiyanın əmtəəyə çevrilməsi, informasiya və bilik bazarının 
    yaradılması və inkişafı; 


    · təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional 
    səviyyədə 
    irformasiya 
    mübadiləsi 
    sistemlərinin 
    imkanlarının 
    genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artması; 
    · demokratik inkişafın vacib şərti sayılan vətəndaşların və sosial 
    institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi 
    hüquqlarını təmin edən mühitin yaradılması. 
    İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir 
    ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və 
    demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya bazarında elektron 
    ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin 
    rəqabət 
    aparmaq 
    qadiyyəti 
    onların 
    informasiya 
    və 
    kommunikasiya 
    texnologiyalarından səmərəli istifadəsindən asılı olacaqdır. 
    Dünya 
    təcrübəsi 
    göstərir 
    ki, 
    informasiya 
    və 
    kommunikasiya 
    texnologiyalarından geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət 
    edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcuddan 
    problemlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. 
    Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından 
    istifadə sahəsində müəyyən addımlar atılmış, bir sıra sahələrdə bu texnologiyaların 
    tətbiqində ciddi uğurlar qazanılmış və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin 
    prioritetlərindən birinə çevrilmişdir. 
    Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə istək 
    və marağını, həmçinin bu istəyin reallığa çevrilmə imkanlarını aşağıdakılar əyani 
    nümayiş etdirir: 
    · Azərbaycan hökuməti informasiya cəmiyyətinin formalaşdırılması 
    prosesini sürətləndirməyə qərarlıdır, digər tərəfdən BMTİP və başqa 
    beynəlxalq təşkilatlar bu sahədə ölkəyə texniki və maliyyə dəstəyi 
    göstərməyə hazırdırlar; 
    · informasiya cəmiyyətinin hüquqi-normativ bazasının yaradılması 
    sahəsində Azərbaycan dövlətinin artıq müəyyən müsbət təcrübəsi vardır; 
    · respublikanın ali və orta ixtisas məktəblərinə tələbə qəbulu prosesində 
    yeni texnologiyalar geniş şəkildə tətbiq edilmiş, online rejimində biliyin 
    yoxlanılması həyata keçirilmiş, bu sahədə informasiya resursları 
    formalaşdırılmışdır. Əhaliyə internet vasitəsilə geniş informasiya 
    xidmətləri göstərilir; 
    · respublikada məhkəmə hakimlərinin və bir sıra dövlət qulluqçularının 
    seçilməsi prosesində informasiya və kommunikasiya texnologiyaları 
    müvəffəqiyyətlə tətbiq edilmişdir; 


    · "Seçkilər" dövlət avtomatlaşdırılmış informasiya sistemi yaradılmışdır 
    və 2000-ci ildən başlayaraq əhalinin səs verməsi zamanı İKT-dən geniş 
    istifadə olunur; 
    · Azərbaycanın bir çox elm və təhsil müəssisələrini birləşdirən 
    telekommunikasiya şəbəkəsi yaradılmışdır; 
    · informasiya və kommunikasiya texnologiyaları üzrə sertifikatlı 
    mütəxəssislərin hazırlanması üçün regional Akademiyanın yaradılması 
    layihəsi həyata keçirilmişdir; 
    · "Azərbaycanın milli pasport sistemi" layihəsində müasir informasiya 
    və kommunikasiya texnologiyaları geniş tətbiq edilmişdir; 
    · Azərbaycanın bank sistemində real vaxt rejimində banklararası milli 
    elektron ödəniş sistemi və kiçik ödənişlər üçün avtomatlaşdırılmış klirinq 
    sistemi layihələri həyata keçirilmişdir; 
    · respublikada beynəlxalq təşkilatların dəstəyi ilə informasiya sahəsində 
    maarifləndirmə yönümlü bir sıra regional mərkəzlər yaradılmışdır; 
    · Transasiyaavropa layihəsi çərçivəsində respublikada optik rabitə 
    xətləri şəbəkəsi qurulmuş, bunun sayəsində mövcud rabitə kanalları 
    əsasən rəqəmli rejimə keçirilmişdir; 
    · TRACECA layihəsi çərçivəsində Bakı-Tbilisi dəmir yolu xətti 
    boyunca ortik rabitə xətti istifadəyə verilmişdir; 
    · Gömrük sistemində idarəetmənin və prosedurların təkmilləşdirilməsi 
    məqsədilə "Məlumatların ötürülmə şəbəkəsi və avtomatlaşdırılmış 
    nəzarət sistemi" yaradılmışdır; 
    · Azərbaycan Respublikası Dövlət Neft Şirkətində "İnformasiyanın 
    ötürülmə şəbəkəsi" və "Avtomatlaşdırılmış nəzarət sistemi" layihələri 
    həyata keçirilmişdir; 
    · bir sıra dövlət və özəl qurumlarda informasiya və kommunikasiya 
    texnologiyaları sahəsində əhəmiyyətli layihələr həyata keçirilmişdir və s. 
    CARİ VƏZİYYƏTİ XARAKTERİZƏ EDƏN ƏSAS AMİLLƏR 
    Ölkənin 
    bütövlükdə 
    elektron 
    hazırlığmın, 

    cümlədən 
    mövcud 
    telekommunikasiya infrastruktuaınun, texniki və proqram vasitələrinin, 
    informasiya resursları və xidmətlərinin, hüquqi-normativ bazanın təhlili göstərir ki, 
    ölkədə informasiya cəmiyyətinin formalaşdırılması prosesini daha da 
    sürətləndirmək üçün ilkin şərtlər və bir sıra obyektiv çətinliklər mövcuddur. 


    Cari vəziyyəti müsbət xarakterizə edən amillər 
    · əhalinin savadlılıq və təhsil səviyyəsinin yüksək olması; 
    · internet şəbəkəsindən ölkə miqyasında istifadə edilməsi üçün münasib 
    imkanların olması; 
    · milli özəl telekommunikasiya operatorlarının mövcudluğu və onların 
    inkişafda olması; 
    · milli layihələrdə informasiya və kommunikasiya texnologiyalarının 
    tətbiqi sahəsində geniş təcrübənin olması; 
    · ölkədə iqtisadi fəaliyyət və investisiyaların qoyuluşu üçün əlverişli 
    şəraitin mövcudluğu və bunun beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi 
    Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən tanınması və xarici 
    investorların informasiya və kommunikasiya texnologiyalarının tətbiqi 
    sahəsinə marağının olması; 
    · Azərbaycanın əlverişli coğrafi mövqeyi və ölkə ərazisindən 
    beynəlxalq nəqliyyat magistrallarının və rabitə kanallarının keçməsi; 
    · iqtisadiyyatın sabit inkişafı və ölkənin zəngin enerji resurslarına malik 
    olması; 
    · "2000-ci il problemi"nin həlli üzrə keçirilmiş tədbirlər nəticəsində 
    kömpüter parkının və proqram vasitələrinin yetərincə yeniləşməsi və 
    müasirləşməsi; 
    · respublika ərazisini praktiki olaraq bütünlüklə əhatə edən mobil 
    telefon şəbəkəsinin formalaşması və onun daim inkişaf etdirilməsi; 
    · respublikada naqilli telefon şəbəkəsinin müasirləşdirilməsi və 
    genişləndirilməsi, o cümlədən rabitə kanallarının rəqəmli rejimə 
    keçirilməsi və s. 
    Cari vəziyyəti mənfi xarakterizə edən amillər: 
    · ölkədə informasiya və kommunikasiya texnologiyalarından istifadə ilə 
    bağlı aparılan işlərin istiqamətlərini və onların prioritetlərini təyin edən, 
    görülən işlərin əlaqələndirilməsini təmin edən məqsədyönlü dövlət 
    siyasətinin hələlik tam müəyyən edilməməsi; 
    · informasiya və kommunikasiya texnologiyalarından istifadə ilə 
    əlaqədar yaranan münasibətləri tənzimləyən hüquqi-normativ bazanın 
    tam işlənilməməsi; 


    · bir tərəfdən ölkənin keçid iqtisadiyyatı dövrü yaşaması, digər tərəfdən 
    isə Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikası 
    ərazisinin 20%-nin işğal olunması nəticəsində bir milyondan çox 
    qaçqının və məcburi köçkünün mövcud olması ilə əlaqədar, informasiya 
    və kommunikasiya texnologiyalarının tətbiqinə hökumətin yetərincə 
    maliyyə vəsaitləri ayırmaq imkanlarının olmaması; 
    · ölkənin keçid iqtisadiyyatı dövrü yaşaması ilə əlaqədar olaraq inkişaf 
    etmiş ölkələrə "beyin axınının" mövcudluğu; 
    · informasiya və kommunikasiya texnologiyalarının imkanları və 
    üstünlükləri barədə geniş əhali kütlələrinin az məlumatlı olması; 
    · informasiya və kommunikasiya texnologiyaları sahəsində yüksək 
    səviyyəli mütəxəssislərin çatışmazlığı; 
    · ölkə miqyasında kompüterləşdirmənin səviyyəsinin aşağı olması; 
    · təhsilin bütün səviyyələrində informasiya və kommunikasiya 
    texnologiyaları ilə əlaqədar olan fənlərin tədrisinin müasir dövrün 
    täəblərinə cavab verməməsi; 
    · informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsinə 
    görə şəhər və rayonlar arasında kəskin fərqin olması; 
    · Azərbaycan dilinin informasiya və kommunikasiya texnologiyaları 
    sahəsində geniş istifadə olunmasında ciddi problemlərin olması; 
    · İKT sahəsində Azərbaycan dilində ədəbiyyatın azlığı; 
    · ümummilli informasiya resurslarının formalaşması prosesinin həddən 
    artıq ləng getməsi; 
    · respublikanın 
    informasiya 
    və 
    kommunikasiya texnologiyaları 
    sahəsində bir çox beynəlxalq inteqrasiya yönümlü layihələrdə fəal iştirak 
    etməməsi; 
    · respublikada 
    qüvvədə 
    olan 
    telekommunikasiya 
    tariflərinin 
    informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə maneələr 
    yaratması; 
    · telekommunikasiya sahəsində innovasiyaların tətbiqini ləngidən və 
    azad rəqabətə mane olan dövlət inhisarının mövcudluğu. 

    Download 5,57 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   64




    Download 5,57 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Azərbaycanda İnformasiya Cəmiyyətinin inkişafı

    Download 5,57 Mb.
    Pdf ko'rish